İSLAMA XİDMƏT
   
 
  1. Səhər yuxudan oyanarkən

SƏHƏR YUXUDAN OYANARKƏN

 Quran əxlaqına uyğun bir şəkildə yaşayan Müsəlmanlar ilə Allahı inkar edənlər arasındakı əsas fərqlərdən biri, Allaha iman gətirərək Ondan qorxub çəkinənlərə və vicdanlarını unutmayanlara verdiyi ağıldır. (Daha müfəssəl məlumat üçün baxın: Harun Yəhya, Qurana Görə Gerçək Ağıl) İman gətirənlər sahib olduqları ağıl sayəsində inkarçıların və ya həqiqətləri dərk edə bilməyərək qəflət içində yaşayan insanların mənasız şey və ya təsadüf kimi qiymətləndirdikləri hadisələrin arxasında dayanan hikmətləri dərhal anlayırlar.
Mömin səhər oyandığı ilk andan etibarən gün ərzində qarşılaşdığı və yaşadığı hər hadisədə Allahın Quranda bildirdiyi ifadə ilə desək "ayələr" olduğunu bilir. "Ayələr", Quranda Allahın varlığının, birliyinin və sifətlərinin dəqiq dəlilləri olan hadisələr və varlıqlar mənasında işlədilir. Bu ifadə ilə oxşar bir məna daşıyan digər bir anlayış isə, "iman həqiqətləri"dir. İman həqiqətləri də, "imana doğru aparan, imana vasitə olan və eyni zamanda imanın artmasını, inkişaf etməsinimöhkəmlənməsini təmin edən həqiqətlər" kimi izah edilə bilər. Ancaq bu ayələri və ya iman həqiqətlərini dərk etmək yalnız səmimi bir şəkildə Allaha üz tutan insanlara xas bir xüsusiyyətdir. Ali İmran surəsinin 190 ayəsi buna bir misal kimi verilə bilər:
“Həqiqətən göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir – birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir.” (“Ali – İmran surəsi, ayə 190)
Hər yeni gün iman sahibləri və Quran əxlaqını mənimsəyənlər üçün Allahın varlığının dəlilləri ilə, iman həqiqətləri ilə doludur. Məsələn, gözlərini açaraq yeni günə başlamaq Allahın insanlara verdiyi nemətlərdən və haqqında düşünülməsi vacib olan iman həqiqətlərindən biridir. Belə ki, insan bütün gecə boyunca şüursuz şəkildə yatır. Onun yuxuda keçən uzun saatlara dair xatırlaya biləcəyi yeganə şey yalnız 3 – 5 saniyəlik yuxulardır. İnsan bu müddət ərzində dünya ilə heç bir əlaqəsi olmadan yatır. Onun bədəni ilə ruhu bir-birindən ayrılır və yatdığını zənn etdiyi bu müddət boyunca əslində bir növ ölüdür. Allah insanların yuxuda canlarının alındığını Quranda belə xəbər verir:
 
“Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar…” (“Zumər” surəsi, ayə 42)
 
“Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin...” (“Ənam” surəsi, ayə 60)
 
Rəbbimiz yuxarıdakı ayələrdə insanların yuxuda canlarını aldığını, ancaq daha sonra müəyyən olunmuş ölüm vaxtları gələnə qədər təkrar geri verdiyini bildirir. İnsan yatdığı müddətdə şüurunu və ətraf aləmi dərk etmək qabiliyyətini qismən itirir. "Ölüm bənzəri" olaraq ifadə olunan yuxudan şüurlu və bir gün əvvəlki halına qovuşmuş bir şəkildə oyanmaq, qüsursuz bir şəkildə görmək, eşitmək və hiss etmək haqqında dərindən düşünülməsi lazım olan möcüzəvi hallardır. Gecə yatan insan bu bənzərsiz nemətlərin səhər yenidən ona veriləcəyinə əmin ola bilməz. Bundan başqa, insan hər hansı bir fəlakətlə qarşılaşmadan və ya səhhəti ilə bağlı problemi olmadan oyanacağına da əsla əmin ola bilməz.
Günə yeni başlayan mömin, bu həqiqətləri düşünür, Allahın onun üzərindəki geniş rəhməti və qoruması üçün Ona şükr edir, yeni günü Allahın razılığını və cənnəti qazanmaq üçün Allahın ona verdiyi bir fürsət kimi qiymətləndirir. Səhər gözünü açdığı andan etibarən Allaha üz tutaraq səmimi bir dua ilə yeni günə başlayır. Gün ərzində Allahın onu daim izlədiyini düşünərək hərəkət edir. Onun rizasını qazanmağa, əmr və tövsiyələrini yerinə yetirməyə çalışır. Allahla yaxın bir əlaqə quraraq səmimi bir dua ilə günə başlayır. Beləliklə, gün ərzində möminin Allahın rizasını unutması və ya Onun hədlərini qulaqardına vurması ehtimalı azalır, gün boyunca Allahın onu dünyada imtahan etdiyini bilərək  hərəkət edir.
Səmimi qəlbdən Allaha yönəlmiş bir insanın ona verilən nemətlər barədə dərindən düşünməsi bu nemətləri ona Allahdan başqa heç kimsənin verə bilməyəcəyini dərk etməsinə yardım göstərir. Rəbbimiz İnsanların bu barədə düşünməsinin vacib olduğunu bir Quran ayəsində belə bildirir:
 
“De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?...”” (“Ənam” surəsi, ayə 46)
 
Şübhəsiz ki, yuxunu insan üçün istirahət vaxtı edən, səhər isə insana sahib olduğu nemətləri yenidən bağışlayan qüvvə sonsuz bir güc və elm sahibi olan Uca Allahdır. Bu həqiqəti dərk edənlər günə başladıqları ilk andan etibarən Allahın yaxınlığını hiss edər və bu bənzərsiz nemətlərə sahib olmanın sevincini yaşayarlar.
Allahın dinindən uzaq yaşayan və söz mövzusu gerçəyi düşünməyən insanlar isə, sahib olduqları nemətləri heç bir zaman tam şəkildə dərk edə və möminlərin yaşadığı bu sevinci yaşaya bilməzlər. Ümumiyyətlə səhərin ilk saatlarında isti bir yataqdan qalxmanın çətinliyini, sıxıntısını və ya təlaşını hiss edərlər. Bəziləri hər səhər yerinə yetirməli olduğu işlərdən bezir. Yataqdan qalxmaq istəmir, bir dəqiqə daha çox yatmaqla yataqdan qalxmaq arasında mübarizə aparırlar. Oyananda əsəbi, gərgin olmaq bu kimi insanlarda çox tez - tez rast gəlinən bir əxlaq pozuntusudur.
Nemətlərin sevincini yaşamayan inkarçılar, səhər oyandıqları andan etibarən hər gün eyni şeyləri etməyin yeknəsəgliyini və yoruculuğunu bir daha yaşayırlar. Yaşayacaqları günün bəlkə də Allahın onlara verdiyi son bir fürsət olmasının fərqində olmayan, bunu anlamayan digər bir qisim insanlar isə yalnız daha artıq pul qazanmaq, daha yaxşı yaşamaq, yalnız insanların diqqətini cəlb etmək və ya bəyənilmək arzusu ilə yeni günə həvəslə başlayır, tələsə - tələsə hazırlaşırlar.
Allahın Quranda bildirdiyi həqiqətləri qulaqardına vuran insanlar günə fərqli tərzdə başlaya bilərlər. Ancaq belələrinin davranışında ortaq bir ağılsızlıq var: Allahın onları yaratdığını, Ona qulluq etmək, Onun rizasını qazanmağa görə məsuliyyət daşıdıqlarını və qarşılarındakı günün bunun üçün yeni bir fürsət olduğunu düşünməmək. Allah onların bu halını “insanların haqq – hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər.” (“Ənbiya” surəsi, ayə 1) ayəsi ilə xəbər verir.
Böyük bir qəflət içində yaşayan bu insanlar çox mühüm bir xətaya yol verirlər. Unutmaq olmaz ki, hər səhər insanın dünya həyatında onun üçün müəyyən olunmuş son gününün başlanğıcı ola bilər. İşə və ya məktəbə gedərkən baş verən bir yol qəzası, "gözlənilməz" bir ürək tutması və ya başqa saysız səbəblərə görə ölüm onu hər an yaxalaya bilər. İnsan o halda yuxarıda da bildirdiyimiz kimi, qarşısındakı günü Allahı razı edəcək şəkildə keçirmək üçün nələr edəcəyi barədə düşünməlidir.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?