İSLAMA XİDMƏT
   
 
  1. Tufan və Çanaqlı bağa

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)

  
TUFAN VƏ ÇANAQLI BAĞA
Tufan ən sevdiyi hekayələrdən biri olan "Dovşan ilə Çanaqlı bağa"nı oxuyurdu. Dovşanın vəziyyətinə çox gülmüş və çanaqlı bağadan "ağıllı olmanın" nə qədər əhəmiyyətli olduğunu, ağılla bütün fiziki üstünlüklərin aşağı edilə biləcəyini öyrənmişdi. Deyərkən, birdən-birə kitabdakı çanaqlı bağa Tufana səsləndi:
Çanaqlı bağa: Mərhaba Tufan! Bu kiçik yaşında bu qədər ağıllı olub dovşanla hekayəmdən dərs almağın çox gözəl.
Tufan: Sən neçə yaşındasan?
Çanaqlı bağa: Belə kiçik göründüyümə baxma, mən 45 yaşdayam. Çanaqlı bağalar ortalama 60 il yaşayarlar. Hətta Testusda adlı bir cins çanaqlı bağa 189 yaşına qədər yaşaya bilir.
Tufan: Ən çox hansı mövsümü sevərsən?
Çanaqlı bağa: Hava istiliyinin həyatımızdakı əhəmiyyəti böyükdür. Çünki bədən istiliyimiz ətraf istiliyinə görə dəyişər və ümumiyyətləətraf istiliyinin 0,1-0,2 dərəcə altındadır. Həzm əməliyyatımız da istilik artdıqca sürətlənər. Hər şeyi yaradan Uca Allah kiçik bədənimizi düşünərək bizə istilərdə asanlıq təmin etmək üçün belə bir xüsusiyyət vermişdir. Biz Allahdan gələcək hər nemətə möhtacıq, O isə heç bir şeyə ehtiyacı olmayandır.
Tufan: Ən sevdiyiniz yemək nədir?
Çanaqlı bağa: Sarı rəngli "pələng dişi çiçəyini" çox sevərik. Bilirsənmi gözlərimizin çox iti olmasının yanında biz xüsusilə sarı rəngi çox yaxşı seçə bilirik. Ən sevdiyimiz yeməyi asanca tapa bilərik.
Tufan: Qış yuxusuna yatarsınızmı yaxşı?
Çanaqlı bağa: Bəli, Oktyabr ayından etibarən havalar soyuduqca və yeməklər azaldıqca bizim də bedensel fəaliyyətlərimiz azalar, özümüzü qorumaq üçün yuxu halına keçərik. Ürək atışlarımız və tənəffüsümüz də yavaşlayar. Oktyabrla Mart arası qış yuxusuyla keçər. Allah bizi bu şəkildə yaratdığı üçün qışda oyanıq qalaraq yemək yeyə bilməyib, ölməkdən xilas oluruq. Halbuki Allah ən uyğun zamanda bizi yatırdaraq nəsilimizi qorumuşdur.
Tufan: Sən quruda yaşayırsan, bir də suda yaşayanlarınız var yəqin. Mənə onlar haqqında da məlumat verərsənmi?
Çanaqlı bağa: Haqlısan Tufancığım. Quru, şirin su və dəniz çanaqlı bağası olmaq üzrə fərqli növlərimiz var. Mən quruda yaşayaram, daha çox tarlaları, yumşaq torpaqları, üzüm bağlarını sevərəm. Şirin su çanaqlı bağaları yəni akvariumda bəslədikləriniz, onlar gölləri, dərə sahillərini sevərlər. Dəniz çanaqlı bağaları isə isti dənizlərdə yaşar və yumurtlama zamanı yer dəyişdirərlər. Sənə Caretta adlı dəniz çanaqlı bağalarıyla əlaqədar maraqlı bir məlumat verim:
Carettalar yumurtalarını buraxmaq üçün isti dəniz sahillərinəgedərlər. Yumurtadan çıxan balalar Allahın ilham etməsiylə dənizdən əks olunan işığa doğru hərəkət edərək, yaşayacaqları mühitə yəni dənizə yönələrlər. Bu kiçik balalar daha doğular doğulmaz yaşayacaqları ən uyğun mühitin dəniz olduğunu necə bilsinlər ki? Bu şübhəsiz Uca Rəbbimizin ilham etməsiylədir.
Tufan: Haqlısan, düşünərək yaşayan hər insan üçün yer üzü Allahın ayətləriylə doludur. Sənin, digər bütün heyvanların, mənim, ağacların... Hər şeyin Onun təcəllisi olduğunu heç unutmadan yaşamalıyıq. Bu gözəl söhbət üçün təşəkkür edirəm. Hoşçakal.
Çanaqlı bağa: Hoşçakal ağıllı uşaq!
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?