İSLAMA XİDMƏT
   
 
  1. Zina və onun gətirdiyi bəlalar haqqında

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
 
İctimai bəlalar və problemlər seriyası – 1 (16.05.2008)
 
                       
ZİNA HAQQINDA
“Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl və pis bir yoldur!”
 (“İsra” surəsi, ayə 32)                 
 
 
ŞƏHVƏT HİSSİNİN DƏF EDİLMƏSİNİN ƏN PİS YOLU
“Allahın insanda qoyduğu şəhvət hissi bəşər nəslinin qorunub saxlanması, davam etdirilməsi, ailə mühitində, ər – arvad arasında bir sıra ruhi və mənəvi istəklərin yaradılması üçündür. Məhz bu istəklər ailə ocağında mehr məhəbbət yaradır və şəhvət hissini qanuni və məhdud yolla təmin edir. Amma çirkin zina əməli cəmiyyətdə nəslin qorunub saxlanması məqsədinin əksinə olaraq, cəmiyyəti dərin və qorxulu uçurumlara doğru sövq edir, cinsi pozğunluqdan əmələ gələn on milyonlarla xəstələrin müalicəsinə milyonlarla dollar sərf olunur və bu yolla əmələ gələn milyonlarla uşaq başsız qalır.” (“İctimai bəlalar”, səh 143)
Misal üçün, hər bir ölkənin iqtisadi potensialının yüksəldilməsi üçün minlərlə geniş miqyaslı layihələr irəli sürülür. Lakin bunun müqabilində milyonlarla uşaq başsız qalır. Qısa müddətli və doğulan bu ötəri görüşlərin sayəsində uşaqların hamısı da dünya iqtisadiyyatını böyük problemlərlə üzləşdirir. Bundan əlavə, dövlət tərəfindən bu uşaqların təlim – tərbiyəsi üçün lazım olan vəsaitlərin hazırlanmasına baxmayaraq, onlar yenə də bir qrup təhlükəli və şər insanlara çevrilirlər. Bu da cəmiyyəti müxtəlif cinayətlərlə təhdid edir və nəhayət məhkəmə və polis orqanları həmişə bu kimi şəxslərdən qorxu hissi keçirirlər.
Qeyd olunduğu kimi, insanı dəhşətə gətirən bu təzadlar, əksər hallarda fahişəlik və cinsi pozğunluqlardan əmələ gəlir. Biz tarixin inkişaf etmiş mədəniyyən səhifələrinə qara ləkə sayılan bir neçə hadisəni qeyd edirik:
“Böyük Britaniyanın Dövlət Enskilopediyası”nın 23 – cü cildinin 45 – ci səhifəsində yazılır:
“Amerika Birləşmiş Ştatlarında aparılan tədqiqatlardan məlum olur ki, bu ölkənin əhalisinin üst – üstə 90 faizi cinsi pozğunluqdan yaranan xəstəliklərə düçar olmuşlar. Amerikanın dövlət rəsmi xəstəxanalarında müalicə olunanların sayı 360000 (üç yüz altımış min) nəfərə çatır. Bu ölkədəki xəstəxanaların 650 (altı yüz əlli) – si təkcə cinsi pozğunluqlarla əlaqədar olan xəstəlikləri müalicə edir. Halbuki, belə xəstələrin 1.5 qat artığı xüsusi həkimlərə müraciət edirlər.”
“Cinsi qanunlar” adlı kitabın 304 – cü səhifəsində yazılır:
“Hər il Amerikada orta hesabla 30 – 40 min uşaq irsi şəkil almış cinsı xəstəliklərindən ölürlər. Amerikada bu xəstəliklərdən yaranan insan təlafatı, sair xəstəliklər səbəbilə yaranan təlafatla müqayisədə daha artıqdır.”
“Keyhan” qəzetinin 5356 – cı nömrəsində yazılır:
“Londonun psixoloji xəstəxanasının həkimi Doktor Mulnenr öz məqaləsində yazır: Hər il Londonda 50 min uşaq abort etdirilir, doğulan hər iyirmi uşaqdan biri qanunsuz yolla dünyaya gəlir.”
“İttilaat” qəzetinin 10414 – cü nömrəsində yazılır:
“1957 – ci ildə Amerikada 201700 (iki yüz bir min yeddi yüz) uşaq qanunsuz yolla dünyaya gəlmişdir. Keçən iyirmi il ərzində bu rəqəm 5 faiz artmışdır. Həmin ildə qanuni və rəsmi nikah olmadan hamilə olan qadınların sayı 44000 (qırx dörd min) nəfərə çatmışdır. Onların da əksəriyyətini yaşı 18 – dən aşağı olan qızlar təşkil edir.
Parisdə 43515 (qirx üç min beş yüz on beş) uşaqdan 4145 (dörd min yüz qırx beş) – i qanunsuz yolla dünyaya gəlir.
İsveçdə hər il 17000 (on yeddi min) uşaq qanunsuz yolla doğulur.”
 
ZİNANIN DÜNYA VƏ AXİRƏTDƏKİ AĞIR TƏSİRİ
Həzrət Baqir (ə) buyurub:
“Zinanın altı təsiri vardır ki, onların üçü dünyaya, üçü də axirətə məxsusdur. Zinanın dünyadakı təsirləri budur ki, insanın abır – heysiyyətini aparır, ruzini azaldır və əcəli yaxınlaşdırır. Axirətdəki təsirləri isə budur ki, o, Allahın qəzəbinə səbəb olur, hesabı çətinləşdirir və Cəhənnəm oduna daxil olub, orada əbədi qalmağa səbəb olur.” (“Fürui – Kafi”, zina babı, 5 – ci cild, səh: 541)
 
MƏƏR SƏHNƏSİNDƏ HAMI ZİNAKARI LƏNƏTLƏYİR
Həzrət Əli (ə) buyurub:
“Qiyamət günündə Allahın əmri ilə üfunətli bir külək əsər və bütün məhşər əhlini narahat edər. Onların nəfəs almaları çətinləşər. Carçı nida eləyər: “Bilirsinizmi bu iy nədir?”
Deyərlər: “Biz bilmirik, amma bu işdən çox narahatıq.”
Sonra deyilər: “Bu tövbə etmədən dünyadan gedən zinakarın övrətinin iyidir. Allah ona lənət edir, siz də onları lənətləyin!”
Məhşərdə olan hər bir kəs onu lənətləyərək deyərlər: “Pərvərdigara zinakara lənət et!” (“Vəsailuş – şiə”, nikah babı, 10 – cu bab, səh: 243)
 
ZİNA QƏFİL ÖLÜM VƏ FƏQİRLİK GƏTİRİR
Peyğəmbər (s) buyurub:
“Məndən sonra zina artarsa, qəfil ölüm artacaqdır.”
Həzrət (s) yenə buyurub:
“Zina fəqirlik gətirər, abadlıqları viran edər.” (“Vəsailuş – şiə”, nikah babı, səh: 233)
 
NƏSƏBLƏRİN POZULMASI VƏ UŞAQ TƏRBİYƏ
Həzrət Sadiqin (ə) məktubunda yazılır:
“Allah zinanı ona görə haram etmişdir ki, bu iş insanları öldürülməsinə, nəsəblərin aradan getməsinə, uşaqların tərbiyədən məhrum olmasına və irslərin qarışmasına səbəb olur.” (“Vəsail”, nikah babı, səh: 39)
 
ƏRLİ QADINLA ZİNA
Həzrət Sadiq (ə) buyurub:
“Qiyamət günü üç dəstə insan vardır ki, Allah onlarla danışmaz, onları paklamaz. Onlar üçün ağır və dərdli əzab vardır. Bu üç dəstədən biri də öz ərinin yatağında başqa kişi ilə zina edən qadındır.” (“Vəsailuş – şiə”, nikah babı, səh: 247)
Rəsuli – Əkrəmdən (s) belə nəql olunub:
“Hər kəs ərli qadınla zina etsə, Cəhənnəmdə hər ikisini övrətindən 500 (beş yüz) illik yol qədər çirk xaric olar və Cəhənnəm əhli onların üfunətli iyindən əziyyət çəkər. Onlara verilən əzab hamının əzabından daha şiddətlidir.” (“Vəsailuş – şiə”)
 
XƏBƏRDARLIQ
Zina əməlinin ictimai münasibətlərə xələl gətirdiyinə, cəmiyyətdə fitnə - fəsad törətdiyinə, eləcə də axirətdə insanların həlak olmasına səbəb olduğundan, Allah – təala Özünün yetərli hikməti əsasında bir neçə məsələni vacib etmişdir ki, əgər müsəlmanlar həmin məsələlərə riayət etsələr, heç vaxt belə böyük günaha düçar olmazlar.
 
HİCAB VƏ ÖRPƏK QURANIN ZƏRURİ HÖKMLƏRİNDƏNDİR
Qurani – Kərimin bir neçə yerində qadınların örpək örtməsinə əmr olunmuşdur. O, cümlədən “Nur” surəsində buyurulur:
“Qadınlar gərək öz baş örpəklərini sinələrinə vursunlar (öz boyunlarını, başlarına örtdükləri örpək vasitəsi ilə örtsünlər ki, saçları, qulaqlarının ardı və sinələri örtülmüş olsun). Və onlar öz gözəlliklərini zinət və bəzəklərini yalnız ərlərinə və məhrəmlərinə - ata, qayınata, oğul, ərinin ayrı arvaddan olan oğlu, qardaşı və qardaşının oğlanları, bacısının oğlanları və sair müsəlman qadınlar, insanın mülkiyyətində olan kənizlər və zina əməlinə ümumiyyətlə meylləri olmayan xidmətçilər, şəhvət məsələlərindən xəbəri olmayan uşaqlar və ağılsızlar, eləcə də tam ayırd etmə həddinə çatmayan uşaqlar, qadınla yaxınlıq məsələlərindən və onların övrətindən xəbəri olmayan uşaqlardan başqasına göstərməsinlər. Qadınlar ayaqlarını yerə möhkəm vurmamalıdırlar ki, ayaqlarında olan xal – xal və sair zinət əşyaları məlum ola.” (“Nur” surəsi, ayə 31)
“Ey Peyğəmbər, özünün və sair möminlərinin qadınlarına və qızlarına de: Öz çadralarını başlarına salsınlar, özlərini və çiyinlərini onunla örtsünlər ki, bu iş onların iffətli və azad şəxs kimi tanınmalarına səbəb olar, beləlikləəyyaşların və həvəsbazların onlara toxunmalarından amanda olarlar.” (Əhzab” surəsi, ayə 59)
Bu Quran göstərişlərinə uyğun olaraq müsəlman qadınlar vəzifəlidirlər ki, özlərini, aralarında heç bir məhrəmlik olmayan yad və naməhrəm kişilərdən örtsünlər, ümumi ictimai yerlərdə xüsusi libasda zahir olsunlar ki, onların bədənləri əyyaşların, təcavüzkarların və həvayi – nəfsə tabe olanların zəhərli və ehtiraslı baxışlarına hədəf tutulmasın. Bütün qadınların vəzifəsidir ki, bu yolla öz şəxsiyyət və dəyərlərini qorusunlar. Eləcə də bu yolla təbii olaraq kişilərin şəhvətlərini təhrik edən, nəticədə onları təhlükəli və qanunsuz işlər görmək fikrinə salan hərəkətlərin qarşısı alınsın. Buna əsasən, qadın özünü heç vaxt şorgözlərin, yoldan ötənlərin ixtiyarına qoymamalıdır. Axı nə üçün qadının dəyəri bu qədər əhəmiyyətsiz olmalıdır?! Nə üçün onlar açıq – aşkarda əxlaqi pozğunluqlara düşməlidir?! Halbuki, qadınların küçədə, bazarda və xiyabanlarda kişilərin gözləri önündə yarımçılpaq vəziyyətdə olması işi bir dəfəlik edir. Əgər belə olmasaydı, cəmiyyətdə heç vaxt fəsad törənməz, əxlaqsızlıq baş alıb getməzdi və ümumiyyətlə insanın dilə gətirməyə həya etdiyi yüzlərlə rusvayçı işlərlə nəticələnməzdi!!!
Görəsən, ərli qadınların və cavan qızların dünyanı dolduran hicabsızlığı nəticəsində yaranan qanunsuz əlaqələrinin səbəbi nədir? Onların arasında müvəqqəti yaranan üzdəniraq “eşqlər”, müqəddəs ailə münasibətlərini tamamilə pozmuşdur. Görəsən nə üçün insanlar yad qadınların arxasına düşür və bəzən bir neçə nəfər bir qadının üstündə bir – birini qətlə yetirir?
Elə bizim öz ölkəmizə diqqət yetirin. Məgər hicabın aradan götürülməsi nəticəsində azmı fahişəlik, fitnə - fəsad törənmişdir? Məgər qısa müddət ərzində ərli qadınların və cavan qızların müxtəlif yollarla aldadılaraq, qanunsuz cinsi əlaqələrə aludə edilməsi, Tehranın hər yerində rəvac tapmayıbmı? Hər gün məhkəmələrdə qanunsuz cinsi rabitə barəsində onlarla məsələ irəli çəkilmirmi? Nə üçün hər ayda onlarla ərli və övladı olan qadın ailə mühitindən bezərək qaçıb “yeni şəhərin” iyrənc evlərindən tapılır və hər ayda bu Cəhənnəmə oxşar şəhərin əhalisinin sayını beş min nəfər də artırır? Bu rusvayçı vəziyyətdən minlərlə sahibsiz övlad dünyaya gəlir. Tehranın İcra Hakimi onların barəsində belə yazır: “Hər gün orta hesabla yeddi sahibsiz uşaq Tehranın küçələrinə qoyulur.”
Hamı bilir ki, bu sahibsiz uşaqlar aldadılmış qadınlarla keçirilən müvəqqəti ləzzətlərin nəticəsidir. Evləri viran edən bütün bu əməllərin ilk mərhələsi sadə, amma şəhvətli baxışdan yaranır və minlərlə qadını iffətsizliyə, fahişəliyə sürükləyib, on minlərlə uşağı başsız qoyan təhlükəli bir nöktədə sona yetir.
Bu cür rusvayçı vəziyyətin qarşısının alınmasının yeganə yolu İslamın göstəriş verdiyi qayda – qanunlara riayət etməkdir: Qadın öz bədənini əyyaşların və təcavüzkarların zəhərli baxışlarından saxlamalı, kişilərin şəhvət hislərini təhrik edən qiyafələrdən uzaq olmalıdır.
 
 
Bu yazılar Böyük İslam Alimi Əbdulhüseyn Dəstğeyb – in “Böyük günahlar” adlı əsərinin 2 – ci cildindən götürülərək hazırlanmışdır.
  
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?