İSLAMA XİDMƏT
   
 
  10. Quranın bəzi sirləri - 4

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

                                                                          
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 10      (12. 06. 2008)
 
QURANIN BƏZİ SİRLƏ
 
HƏR İŞDƏ BİR XEYİR VARDIR
 
“... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.”
(“Bəqərə” surəsi, ayə 216)
 
 
HƏR İŞDƏ BİR XEYİR VARDIR
Möminlərin təvəkküllərini asanlaşdıran və sağlamlaşdıran bir başqa sirr isə Allahın hər işi bir xeyirlə yaratmasını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə bir xeyir olduğunu insanlara belə xəbər verir:
“... Ola bilsin ki, sizdə nifrət hər hansı bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuş olsun.” (“Nisa” surəsi, ayə 19)
“... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (“Bəqərə” surəsi, ayə 216)
Möminlər bu sirri bildikləri üçün rastlaşdıqları hər işdə xeyir və gözəllik axtararlar. Maneə, çətinlik və çatışmazlıq kimi görünən heç bir hadisə onları üzməz, həyəcanlandırmaz. Bu halları böyüklü – kiçikli hər hadisədə həmişəlikdir. Səmimi bir müsəlmanın illər boyunca çalışaraq sahib olduğu bütün mallar əlindən çıxsa belə bunda bir xeyir və hikmət axtarar. Məsələn, Allahın həyatını bağışlamasına şükr edər. Allahın onu bir pislikdən, harama girməkdən və ya mal və pul acgözü edərək Allahın yolundan çaşdırıb azmaqdan qorumuş ola biləcəyini düşünər. Buna da şükr edər. Çünki insan dünya həyatında nə itirirsə - itirsin, bu itki axirətdəki itki ilə bir olmaz. Axirətdəki itkilər insanın sonsuzluğa qədər dözülməz bir əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünya həyatındakı hadisələrin hər biri axirətə aid bir xeyir və gözəllikdir. Belə bir hadisə yaşayan insan acizliyini və möhtaclığını daha yaxşı anlayaraq, Allaha dua və təfəkkürlə daha çox yönələcək və yaxınlaşacaqdır. Bu da insanın axirəti üçün çox önəmli bir xeyir və gözəllik deməkdir. Bundan başqa belə bir hadisəyə təvəkkül edib səbr göstərərək Allahın razılığını qazanmış olacaqdır. Allahın razılığı isə hər şeydən üstündür.
İnsanın sadəcə böyük və önəmli işlərdən deyil, günlük həyatının hər anında gerçəkləşən hadisələrdə xeyir və gözəllik axtarması lazımdır. Məsələn, böyük bir diqqətlə hazırladığı yeməyi yandıran biri üçün bir çox xəbərdarlıq almasına səbəb olur və gələcəkdəki daha böyük bir qəza bu xəbərdarlıq sayəsində ortadan qalxmış olur. Bir gənc çox istədiyi və uğrunda çox çalışdığı bir məktəbə qəbul olunmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu həmin məktəbdəki bəzi təhlükələrdən, yaşayışına mənfi təsir göstərəcək şəxslərdən və ya mühitlərdən qorunduğunu düşünə bilməli, bu nəticəyə sevinə bilməlidir. Və ya Allahın hər hadisədə onların bilmədiyi, hətta xəyalına belə gətirmədiyi, daha çox xeyir yaratmış ola biləcəyini düşünərək Allaha təslim olmağın gözəlliyini yaşamalıdır.
Hər işin xeyirlə yarandığını bilən insanlar “kaş ki”, “heyf” kimi ifadələr də işlətməzlər. Xətaların, çatışmazlıqların, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün qədərin bir tərbiyəsidir. Allah hər kəs üçün ayrı – ayrı yaratdığı qədərdə insanlara çox önəmli dərslər və xatırlatmalar göstərər. Bunları ağıl və hikmət gözüylə dəyərləndirən insanlar üçün ortada çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah qatında bir dərs, tərbiyə, xəbərdarlıq və hikmətlər vardır. Məsələn, daha öncə nümunə gətirdiyimiz dükanı yanan müsəlman vicdanıyla o anda nəfs sual – sorğusu aparar və bəlkə də Allahın onun dünya malına və acgözlüyünə qarşı xəbərdarlıq etdiyini və yoxladığını düşünərək, daha da açıqürəkli və səmimi olar.
İnsan dünyada hansı hadisə ilə qarşılaşırsa – qarşılaşsın, o hadisə keçib gedər. Hər insan həyatındakı ən çətin və ya təhlükəli günü düşünsə, bunun zehnində bir xatirə olaraq qalmış və bitmiş bir xəyal olduğunu görəcəkdir.
İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayırlar. Beləcə insan üçün ən önəmli və ya ən “sarsıdıcı” gün belə bir gün gələcək və baxılmış bir film, xatirəli, bir xəyal kimi yaddaşda qalacaqdır. Ancaq bu xatirədən geriyə yalnız bir şey qalar və o sonsuzluğa qədər davam edər. O da bu şəxsin o çətin anda göstərdiyi davranış və Allahın o adamdan məmnun olub – olmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları sarsıntıda göstərdiyi davranış, düşüncə və səmimiyyətindən sorğu – suala tutulacaqdır. Beləliklə, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona görə bir davranış içində olmaq möminlərə dünyada və axirətdə böyük bir qazanc gətirər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və kədər olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik və ümidsizlik kimi mənfi hallar gətirməz. Allah bu sirri də Quranda belə bildirir:
“Biz dedik: “Hamınız buradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar.” (“Bəqərə” surəsi, ayə 38)
“Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm – qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkilmişlər – onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!” (“Yunus” surəsi, ayə 62 – 64)
 
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Quranın bəzi sirləri” adlı əsərindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?