İSLAMA XİDMƏT
   
 
  11. Ailəsinə və yaxınlarına münasibətdə rəftarı

2. HİSSƏ

MÜSƏLMAN HƏR BİR ŞƏRAİTDƏ
QURAN ƏXLAQINA
GÖRƏ HƏRƏKƏT EDİR
 
AİLƏSİNƏ VƏ YAXINLARINA MÜNASİBƏTDƏ RƏFTARI
 
Dünya həyatına göz açdıqdan sonra ona illərlə baxan ata-anasının yaradılışı mömin üçün haqqında düşünülməsi və Allaha şükür etməsi lazım gələn mövzulardan biridir. Ata və anası onu yetişdirmək üçün çox səy göstərmişdir. Bununla birlikdə Quran əxlaqını yaşayan bir insan hər vaxt bir həqiqəti dərk edir. Möminin ata və anasını yaradan, onlara mərhəməti, şəfqəti və övlad sevgisini verən qüvvə Uca Allahdır. Allah aciz bir canlı olaraq doğulan insanın öz - özünə böyüyüb yetkin bir hala gəlməsi üçün onunla ata-anası arasında bir sevgi bağı yaratmışdır. Bu sevgi bağı ilə ata-anası illərcə bezmədən, böyük bir zövqlə onu böyütmüşdür. Allah ailənin insan həyatındakı əhəmiyyətini bir ayədə belə vurğulamaqdadır:
 
Biz insana ata və anasına (yaxşılıq etməyi, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata - anana şükr et. Axır dönüş Mənədir!" (Loğman Surəsi, 14)
 
Rəbbimiz, ata və anaya qarşı göstərilməsi lazım olan davranışı da Quranda tərif etməkdədir. Allah onlara qarşı xeyirxahlıqla davranılmasını əmr etmişdir:
 
De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şeyi şərik qoşmayın; ata-anaya yaxşılıq edin... (Ən'am Surəsi, 151)
 
Biz insana, 'ata və anasına' yaxşılıq etməyi tövsiyə etdik… (Əhqaf Surəsi, 15)
 
Mömin bu ayələrdəki hökm istiqamətində ata-anasına qarşı hörmət və qayğı göstərir, böyük sevgi bəsləyir, onları razı edəcək şəkildə rəftar edir, hər fürsətdə gözəl sözlərlə onların könüllərini alır. Allah eyni zamanda onlara qarşı necə bir həssaslıq göstərilməsi lazım olduğunu da belə açıqlamışdır:
 
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! (İsra Surəsi, 23)
 
Allah bu ayə ilə bizə ata - anaya qarşı göstəriləcək olan mərhəmətin ölçüsünü də verməkdədir. Allah "onlara "of!" belə dəmə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış!" ifadəsi ilə möminlərə, bu mövzuda edilə biləcək ən kiçik bir hörmətsizliyi və ya mərhəmətsizliyi qadağan etmişdir. Bu səbəblə möminlər hər dövrdə ata və analarına qarşı son dərəcə ehtiramlı, incə düşüncəli, xoşniyyətli və diqqətcil bir şəkildə davranırlar.
Onları rahat etmək üçün əllərindən gələni edirlər. Hörmətdə və mərhəmətdə qüsur göstərməməyə çalışırlar. Yaşlılığın gətirdiyi çətinlik və sıxıntıları göz önünə gətirir və onların ehtiyaclarını dilə belə gətirmədən anlayışla və şəfqətlə aradan qaldırmağa cəhd göstərirlər. Həm maddi həm də mənəvi baxımdan bir çatışmazlıqla qarşılaşmaması və onların rahatlığını təmin etmək üçün bütün imkanlarını səfərbər edirlər. Ayrıca hər nə olursa olsun ürəkaçan və ehtiramlı üsullarından imtina etmirlər.
Ancaq bütün bunlarla bərabər möminlərin ata – anaları ila əlaqədar bağlı qarşılaşdıqları başqa bir hal da var. İman gətirən kimsələrin ata - anaları bəzən inkarçılıq yolunda ola bilərlər. Möminin belə bir etiqad fərqləri qarşısında göstərəcəyi davranış tərzi isə, yenə ən gözəl sözlərlə və ürəkaçan bir üslubla onları doğru yola dəvət etməkdən ibarət olacaq. Hz. İbrahimin bütlərə inanan atası ilə etdiyi söhbətlər bizə belə bir vəziyyətdə istifadə edəcəyimiz üslub və göstərəcəyimiz davranış məsələsində yol göstərir:
 
"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!" (Məryəm Surəsi, 43-45)
 
Digər tərəfdən bəzi insanlar valideynlərinin yaşlanaraq qüvvədən düşdükləri dövrdə, köməyə və qayğıya möhtac olduqları anlarda onlardan üz çevirirlər. Bu gün belə hallar daha çox yayılmışdır. Maddi və mənəvi baxımdan çox çətin vəziyyətdə olan, evlərində tək başlarına yaşamağa tərk edilən yaşlılar tez-tez qarşımıza çıxır. Bu mövzu üzərində düşünən bir insan görəcək ki, bu problemin səbəbi Quran əxlaqının yaşanmamasıdır.
Quranı rəhbər edən bir adam ata və anası ilə bərabər digər ailə üzvləri və ətrafındakı insanlarla da mərhəmətli və şəfqətli davranır. Qohumlarını, yoldaşlarını və digər yaxınlarını Allahın dinini və Quran əxlaqını yaşamağa dəvət edir. Çünki Allah “(Öncə) Ən yaxın qohumlarını qorxut!" (Şuəra Surəsi, 214) ayəsiylə iman edənlərə dini izah etməyə yaxınlarından başlamalarını əmr etmişdir.

Quran əxlaqının tam mənasıyla yaşandığı bir ailə mühitində davamlı bir dinclik və sevinc hakimdir. Bu gün degenerasiya olmuş, korlanıb aşınmış bəzi ailələrdə müşahidə edilən qışqırma, çağırma, hörmətsiz üslub və danışıqlar möminlərin arasında əsla ola bilməz. Möminlərin ailəsindəhər kəs ailə üzvləri ilə birlikdə olmaqdan böyük zövq alır. Uşaqlar ata - analarına hörmət edir və onları ürəkdən sevirlər. Ailələr övladlarına Allahın bir əmanəti kimi baxır və qoruyurlar. Ailə deyiləndə ağıla o saat isti münasibət, sevgi, etibar, həmrəylik gəlir. Amma bunu təkrarən bildirmək lazımdır ki, bu mükəmməl ailə mühitinə ancaq din əxlaqının tam, qüsursuz və səmimi olaraq yaşanması ilə, Allah qorxusu və sevgisinə sahib olmaqla nail olmaq mümkündür.

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?