İSLAMA XİDMƏT
   
 
  11. Bilgi - 11
BƏDƏNƏ ZƏRƏR VERMƏMƏK ÜÇÜN
İNTİHAR EDƏN HÜCEYRƏLƏR
 
Canlı bədənindəki gərəksiz, səhvli və ya xəstəlikli hüceyrələr öz - özlərini öldürürlər. Xeyli çox hüceyrə öz - özünü yox etmək üçün bir dizi (bir qədər) zülal çıxarır. Ancaq, hüceyrə bədənə faydalı olduğu müddətcə bu zülalı, yəni öz ölüm maşınını dayandırır. Hüceyrə xəstələnir, pis xasiyyətli hala çevrilir və ya orqanizmin sağlamlığını hədələməyə başlarsa öldürücü zülallar həll edilirlər, təsirli hala gəlirlər və hüceyrəni öldürürlər.
Hüceyrənin tam zamanında və yerində qərar verməsi çox əhəmiyyətlidir. Əks halda, yəni ölüm zülalları, hüceyrə sağlam ikən hərəkətə keçirildiyində, bədəndəki sağlam hüceyrələr davamlı öləcəklər və bu da, canlının ölümü ilə nəticələnəcəkdir. Zərərli və xəstəlikli hüceyrələrin yaşamağa davam etmələri isə yenə canlının ölümü ilə nəticələnə biləcəkdir.
İntihar etməyə qərar verən və ölüm zülalını təsirli hala gətirən hüceyrə əvvəl büzülür və özünü ətrafından geri çəkər. Sonra səthində qabarcıqlar meydana gəlir və bu hüceyrə qaynayırmış kimi bir görünüş əmələ gətirir. Ardından nüvəsi və daha sonra da hüceyrənin hamısı parçalara ayrılır.
 İntihar edən hüceyrələrin artıqları isə dərhal ətrafdakı digər hüceyrələr tərəfindən yox edilir. Daha da maraqlı olan isə, ölü hüceyrələrin hamısının digər hüceyrələr tərəfindən təmizlənməməsidir. Bəzi ölü hüceyrələr xüsusilə buraxılar, çünki bunların bədəndəki vəzifələri hələ bitməmişdir. Məsələn, gözün lensi, dəri, dırnaq da ölü hüceyrələrdən meydana gəlir amma bunlar bədən üçün lazımlı olduğu üçün yox edilməzlər. Hüceyrələrin, hansı ölü hüceyrələri yox edərək hansılarını buraxacaqlarına qərar vermələri və bu qərara bədəndəki trilyonlarca hüceyrənin uyğunlaşma göstərməsi üzərində düşünülməsi lazım olan çox əhəmiyyətli bir mövzudur.
Bir hüceyrəyə bu cür həyati bir qərarı verəcək və tətbiq edəcək şüuru qazandıran nədir? Hansı vəziyyətdə içində olduğu orqanizmə zərər verəcəyini öyrədən kimdir? Və bu zərəri önləməyi bu mikroskopik canlıya ilham edən güc kimə aiddir?
Burada izah edilənlərdən görüldüyü kimi, bütün hüceyrələr, canlının həyatını davam etdirə bilməsi üçün ən ideal şəkildə proqramlaşdırılıblar. O halda bu proqramın sahibi kimdir?
Təkamülçülər bu fövqəladə proqramın sahibinin şüursuz, kor təsadüflər olduğuna inanacaq qədər korlaşmışlar. Canlılığın hər detalında Allahın bənzərsiz yaradılışının və sonsuz elminin bir əks olunması açıqca görülməkdədir.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?