İSLAMA XİDMƏT
   
 
  12. Nemətlər qarşısında davranışı
NEMƏTLƏR QARŞISINDA DAVRANIŞI
 
Vərdişin əmələ gətirdiyi dünyagörüşünü bir kənara qoyaraq, hikmətli bir şəkildə ətraflarını müşahidə edən möminlər, qəbul etdikləri hər şeyin Allahdan gələn bir nemət olduğunu anlayırlar. Gözlərinin, qulaqlarının, bədənlərinin, yedikləri bütün qidanların, tənəffüs etdikləri təmiz havanın, evlərinin, mallarının, imkanlarının, sahib olduqlarının, mikroorqanizmlərdən ulduzlara qədər hər şeyin xidmətlərinə verildiyini anlayırlar. Belə ki, bu nemətlər sayıla bilməyəcək qədər çoxdurlar. "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.Həqiqətən Allah, bağışlayandır, rəhm edəndir!" (Nəhl Surəsi, 18) ayəsində Rəbbimizin bildirdiyi kimi, nemətləri hətta siniflərə ayıraraq saymaq da mümkün deyil.
Mömin, qanuni ölçülərdə özünə təqdim edilən bütün dünya nemətlərindən faydalanır, amma bunlara aldanaraq əsla Allahı, axirəti və Quran əxlaqına görə yaşamağı unutmur. Əlinə nə qədər yaxşı imkanlar keçirsə - keçsin (pul, vəzifə və s.), bu vəziyyət onun zəifləməsinə, təkəbbür göstərməsinə, qürurlanmasına, qısacası Quran əxlaqını tərk etməsinə səbəb olmaz. Çünki bunların hamısının Allahdan gələn bir nemət olduğunu və Allah diləsə bunları geri ala biləcəyini dərk edir. Dünyadakı nemətlərin keçici və məhdud olduğunu, bu nemətlərlə sınandığını, əsl nemətlərin isə cənnətdə olduğunu ağlından çıxarmır.
Quran əxlaqını yaşayan bir insan üçün mal, mülk, mövqe kimi dünya nemətləri yalnız Allaha yaxınlaşması və şükr etməsi üçün bir səbəbdir. Müvəqqəti bir zaman kəsiyində yararlandırıldığını bildiyi dünya neəmətlərinə sahib olmaq mömin insan üçün heç bir zaman məqəd deyil. Məsələn, dünya həyatında istifadə edilə biləcək ən uzun davamlı nemətlərdən biri olan bir evin təmin edəcəyi fayda insanın təxminən 60-70 illik bir ömür ərzində olacaq. İnsan onun dünya həyatı sona çatınca, sahib ola bilmək üçün həyatı boyu çalışdığı, çox sevdiyi, dəyər verdiyi evini dünyada buraxıb gedəcək. Açıqdır ki ölüm, dünya nemətləri ilə insanın arasında qəti bir ayrılıq deməkdir.
Mömin özünə verilən nemətlərin gerçək və tək sahibinin Allah olduğunu, bunların yalnız Ondan gəldiyini bilir. Bu nemətləri var edən Rəbbimizə lazımınca şükr etmək, Ona məmnuniyyətini və minnətdarlığını ifadə etmək üçün əlindən gələni edir. Saysız nemətlərin əvəzində sözdə və əməli olaraq daim Allaha şükr edir, Allahın nemətlərini xatırlamağa və izah etməyə çalışır. Bu mövzuda bəzi ayələr belədir:
 
“Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də qovma! Və Rəbbinin sənə olan nemətindən söhbət aç!”  (“Duha” surəsi, ayə 5-11)
 
“Yoxsa sizi xəbərdar etmək üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” (“Əraf” surəsi, ayə 69)
 
Bəzi kəslər şükr etmək üçün özlərinə çox böyük, çox xüsusi bir nemətin gəlməsini ya da çox böyük problemlərinin həll olmasını gözləyirlər. Halbuki bir az diqqət yetirildiyində, insanın hər anının nemət içində keçdiyi görülər. Həyatı, sağlamlığı, ağılı, şüuru, beş duyğusu, nəfəs aldığı hava və bunlara bənzər saysız nemət fasiləsiz bir şəkildə hər an ona təqdim edilməkdədir. Bu nemətlərin hər biri üçün ayrıca şükür etmək lazımdır. Allahı xatırlamasında, yaradılış dəlillərini düşünməsində zəiflik edən kəslər qəflət içində olduqları üçün, bu nemətlərin dəyərini onlara sahibkən bilməzlər, bunların şükrünü etməzlər, ancaq bu nemətlər əllərindən alındığı zaman onların dəyərini anlayırlar.
Möminlər isə, sahib olduqları hər nemət üçün nə qədər aciz və möhtac olduqlarını düşünərək daim Allaha şükr edirlər. Möminlər Allaha yalnız zənginlik, mal – mülk və başqa maddi nemətlərə görə şükür etmirlər. Hər şeyin sahibinin və hakiminin Allah olduğunu bilən möminlər sağlamlıqları, gözəllikləri, məlumatları, ağılları, imanı sevmələri, inkarı çirkin görmələri, hidayət əhli olmaları, tərtəmiz möminlərlə birlikdə olmaları, anlayış, bəsirət və fərasət sahibi olmaları, fiziki və mənəvi gücləri səbəbindən Rəbbimizə şükr edirlər. Gözəl bir mənzərə gördüklərində və ya işləri asan həll olduğunda, istədikləri bir şey reallaşdığında, gözəl bir söz eşitdiklərində, sevgi və hörmət gördüklərində və daha saymaqla bitirə bilməyəcəyimiz qədər çox nemətlə qarşılaşdıqlarında dərhal Allaha şükr edir; Onun mərhəmətini, şəfqətini, Rəhman və Rəhm olduğunu fikirləşirlər.
Əgər mömin, özünə verilən nemətlərdən ötəri azğınlaşmayacağını, təkəbbür göstərib lovğalanmayacağını etdiyi şükrdə, bütün davranış və danışıqları ilə Allaha göstərərsə, Allah ona daha çox nemət verər. Allahın Quranda verdiyi “Əgər Mənə şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən şiddətlidir!” (“İbrahim” surəsi, ayə 7) hökmü bunu ifadə edir.
Bütün nemətlər eyni zamanda insanın dünyadakı imtahanının bir parçasıdır. İman edənlər bu səbəblə şükür etməklə bərabər onlara verilən nemətlərdən mümkün qədər xeyirli işlərdə yararlanır, xəsislik edərək onları yığıb toplamırlar. Çünki, xəsislik edərək yığıb toplamaq cəhənnəm əhlinin bir xüsusiyyətidir. Rəbbimiz buna Quranda belə diqqət çəkir:
 
“Xeyr. Həqiqətən, o alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. Çağırır çıxanı, üz döndərəni. Və yığıb saxlayanı! Həqiqətən, insan çox həris yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.” (“Məaric” surəsi, ayə 15-21)
 
Allah “ehtiyacınızdan artıq qalanı”nın (“Bəqərə” surəsi, ayə 219) xeyirli və savab işlərə sərf olunmasını əmr edir. Quran əxlaqına görə, möminlər qazanclarından ehtiyaclarından artıq qalan hissəsindən xeyirli işlərdə, Allah yolunda istifadə edirlər.
Əlbəttə, nemətlərə görə şükür Allahın verdiyi bütün nemətləri Allah rizası üçün istifadə etməklə olar. Mömin, özünə verilən hər şeyi, Allahın əmr etdiyi xeyirli işlərdə istifadə etməklə olur. Allahın ona verdiyi maddi imkanlarla bərabər bədənini də Onun razılığı üçün, Onun yolunda səy göstərmək üçün istifadə edir və Allahın razılığını, rəhmətini və həmişə nemətlərlə dolu olan cənnəti qazanmağa ümid edir:
 
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...” (“Tövbə” surəsi, ayə 111)
 
Quran əxlaqını yaşayan fərdlərdən təşkil olunan bir cəmiyyətdə yoxsulluq, aclıq, səfalət və bu kimi digər çətinliklərin ortaya çıxardığı şiddət, döyüş, oğurluq, cinayət kimi çirkin əməllər ortadan qalxar. Beləliklə, Allahın izni ilə dinclik və rifah ən üst səviyyəyə çatar.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?