İSLAMA XİDMƏT
   
 
  13. Bilgi - 13
NƏFƏS ALIB VERMƏ NİZAMINIZI
HEÇ BİR ZAMAN NƏZARƏT ETMİRSİNİZ.
ÇÜNKİ BƏZİ HÜCEYRƏLƏRİNİZ BU İDARƏNİ
SİZİN YERİNİZƏ EDİR.
 
Əgər nəfəs alma nizamı bizim idarə və diqqətimizə buraxılmış olsa, nəfəs almağı unutduğumuzda, yuxuya getdiyimizdə ya da başqa bir işlə məşğul olduğumuzda nəfəssizlikdən ölə bilərdik.
Hər insan üçün həyati bir əhəmiyyətə sahib olan nəfəs alma əməliyyatı, tənəffüs mərkəzi tərəfindən təşkil edilir. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin bir davamı olan "beyin sapı" deyilən yerdədir və başlıca üç qrup sinir hüceyrəsindən meydana gəlir:
Birinci qrup hüceyrələr, tənəffüsün təməl ritmini təyin edərlər və içimizə hava çəkməmiz üçün əmr verirlər. Beləcə ehtiyacımız olan havanı içimizə çəkmiş oluruq.
İkinci qrup hüceyrələr isə, tənəffüsün sürətini və gedişatını təyin edirlər. Ancaq ikinci qrup hüceyrələr dövrəyə girdiyində, birinci qrup hüceyrələrin fəaliyyətini bir siqnalla dayandırırlar. Beləcə ağciyərin hava dolum hissəsi nəzarət edilir və nəfəs alıb verməmiz sürətlənir.
Üçüncü qrup hüceyrələr isə, normal nəfəs nizamında aktiv deyildirlər. Ancaq yüksək nisbətlərdə nəfəs alıb - vermək lazım olduğu zaman dövrəyə girirlər, qarın əzələlərimizə siqnal göndərib tənəffüsə qatılmalarını təmin edirlər.
Bütün bu izah edilənlər həyatda qalmamız üçün kafidirmi? Xeyr.
Tənəffüs kimyəvi olaraq da nəzarət edilir. Bizim nəfəs alıb verməmizin məqsədi qandakı oksigen və karbondioksid miqdarlarının müəyyən bir nisbətdə qalmasıdır. Bu nisbətdəki dəyişikliklər isə tənəffüs mərkəzindəki bir qrup hüceyrəni hərəkətə keçirir və tənəffüsdəki pozulan dəyərlər çox həssas nizamlamalarla olması lazım olan səviyyəyə gətirilir.
Qandakı oksigen miqdarınıntənəffüs mərkəzinə doğrudan bir təsiri yoxdur. O halda qanda dəyişən oksigen miqdarından necə xəbərdar olmaqdadır? Burada bir qrup daha dövrəyə girərək möcüzəvi bir şüur göstərirlər. Beynin xaricində, şahdamarı kimi bəzi böyük damarlarda olan çox həssas alıcılar, qandakı oksigen müəyyən bir səviyyənin altına endiyində tənəffüs mərkəzinə siqnallar göndərirlər. Beləcə çox həssas dəyişikliklərlə tənəffüsdə lazımlı düzəltmələr edilir.
Bizim həyatda qalmaq üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilməkdədir?
Elmin ancaq son 20 ildə ortaya çıxardığı bu ağılagəlməz mexanizmi hüceyrələr ilk insandan bu yana necə istifadə etməkdədirlər?
Üstəlik bu mexanizm o qədər həssasdır ki, həyatımız boyunca oturarkən, qaçarkən və ya yatarkən heç xəta edilməz və bədənimizdəki 100 trilyon hüceyrəyə hər an tam ehtiyacı olan oksigen daşınır, zərərli olan karbondioksid və hidrogen iyonu kimi tullantılar dərhal uzaqlaşdırılır.
Təkamül nəzəriyyəsinə, bağnaz bir inancla bağlı olan bəzi elm adamları, bütün bu gerçəkləri bildikləri halda, yalnız materializmə bağlılıqları uğruna, bu qüsursuzluğun kor təsadüflər tərəfindən meydana gətirildiyini iddia edirlər. Halbuki bu mükəmməl nizamın Yaradıcısının sonsuz ağıl sahibi olan Allah olduğu açıq-aşkardır.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?