İSLAMA XİDMƏT
   
 
  13. Gözəlliklər qarşısındakı davranışı

GÖZƏLLİKLƏR QARŞISINDAKI DAVRANIŞI

Zənginlik, əzəmət və gözəllik cənnətin xüsusiyyətlərindən olduğu üçün, Allah cənnəti xatırladacaq, möminin cənnətə qovuşma arzusunu və həyəcanını artıracaq nemətlərin bənzərlərini bu dünyada da onlara verib.
Dayanmadan axan çaylardan görkəmli məkanlara, heyrətamiz dərəcədə gözəl olan bağçalardan insanların fiziki gözəlliyinə, estetik tikililərdən gözoxşayan sənət əsərlərinə qədər bütün nemətlər Allahın insanlara bir lütfüdür. Dünya həyatında bu nemətlərin hər birinin yaradılışının hikməti vardır. Möminlər yer üzündəki bütün gözəllikləri onların orijinalının bir bənzəri, nümunəsi və müjdəsi kimi dəyərləndirirlər. Allah Quranda iman edənləri bu şəkildə müjdələyir:
"İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: Onlar üçün altından çaylar axan Cənnətlər vardır. Meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə yediyimiz ruzidir", - deyəcəklər. Əslində isə bu onlara - bənzər olaraq verilmişdir. Onlardan ötrü orada pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar." ("Bəqərə" surəsi, ayə 25)
Hər nə qədər axirətdəki nemətlər dünyadakılara bənzər olsalar da, həqiqət və davamlılıq baxımından dünyadakılarla müqayisə edilməyəcək qədər üstündürlər. Allah cənnəti qüsursuz bir şəkildə yaratmış və gözəllikləri qat - qat artırılmış nemətlərlə təchiz etmişdir. Quran əxlaqına sahib bir insan gördüyü hər gözəlliyin cənnətdəki üstün yaradılışını və möhtəşəmliyini düşünür. Göy üzünə baxarkən “genişliyi göylərlə yer üzü qədər” (“Ali İmran” surəsi, ayə 133) olan cənnətin böyüklüyünü; gözəl məskənlər görərkən “altındakı çaylar axan Cənnət guşələrini” (“Ənkəbut” surəsi, ayə 58); göz qamaşdıran ləl-cəvahiratlar görərkən “Qızıl bilərziklər və incilərlə” (“Fatir” surəsi, ayə 33) yaradılmış Cənnət bəzəklərini; qəşəng və zərif geyimlərlə qarşılaşanda, “nazik və qalın ipəkdən” (“Kəhf” surəsi, ayə 31) hazırlanmış cənnət paltarlarını; ləzzətli qida və içkilər dadanda cənnət “orada dadı dəyişməyən sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar” (“Muhəmməd” surəsi, ayə 15) olduğunu; gözoxşayan  bağçalar görəndə, “yamyaşıl” (“Rəhman” surəsi, ayə 64) cənnət bağçalarını; estetik mebellər qarşısında cənnətdəki “bəzənmiş taxtları” (“Vaqiə” surəsi, ayə 15) düşünür. Bu düşüncələri səbəbiylə də sahib olsun ya da olmasın dünyadakı bütün gözəlliklər iman edən bir insan üçün böyük bir zövq qaynağı və şükür səbəbidir. Eyni zamanda cənnət həsrətini və səyini artıracaq önəmli bir şövq qaynağıdır.
Quran əxlaqını yaşayan bir mömin özündən daha gözəl və ya daha zəngin olan birini qısqanmaz, sahib olduğu var – dövlətə görə ona hirslənməz. Bir çox insanlar kimi özünü göstərən, özünü gözə soxan, özünü nümayiş etdirən bir ev sahibi olmadığı üçün heyfsilənməz. Çünki möminin həyatının təməl məqsədlərindən biri, keçici bir müddət deyil, sonsuza qədər bu gözəlliklərə sahib olmaqdır. Əbədi olan isə əsl yurd olan axirətdir. Allah Quranda buna “Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnətlə müjdələyir.” (“Tövbə” surəsi, ayə 21) ayəsi ilə diqqət çəkir.
Quran əxlaqından uzaq yaşayan insanlar isə, axirətin əsl yurd olduğunu göz ardı edərək, dünya nemətlərinə ehtiras ilə bağlanırlar. Başlıca məqsədləri özlərini təriflətmək, özlərinə görə "hörmətli" və "əhəmiyyətli" biri olmaq, maddi imkanlarını genişlətmək və rahat bir həyat yaşamaqdır. Həyatları boyunca keçici, əhəmiyyətsiz və aldadıcı dünya dəyərlərinin arxasınca qaçırlar. Özlərinin sahib ola bilmədiyi gözəllikləri görmək isə yalnız qısqanclıqlarını, ehtiraslarını və hüznlərini artırır. Məsələn özlərinə aid olmayan gözəl və dəbdəbəli bir evdə olanda bundan zövq ala bilmirlər. Beyinlərini daim "Niyə mən bu qədər varlı deyiləm?", "Niyə mənim belə bir gözəl evim yoxdur?" kimi suallarla məşğul edirlər. Dünya üzərindəki gözəl olan şeylər bu insanlar üçün ümumiyyətlə bir çətinlik qaynağıdır; çünki onlar gözəlliklərdən zövq ala bilmək üçün mütləq onlara sahib olmaları lazım olduğunu fikirləşirlər.
Halbuki Quran əxlaqını yaşayanlar, sahib olsalar da olmasalar da gözəlliklərdən zövq almağı bilirlər. Məsələn, imani şüura sahib olan bir insan zəngin insanlara xas olan şəraitdə yaşamır, belə şəraitlərdə ola bilmir, mümkündür ki, belə şəraitləri hətta görmür. Ancaq o, içində olduğu bu mühitin mütləq bir hikmətinin olduğunu bilir. Çünki möminin Allahın yaratmasındakı gözəllikləri görməsi və ya anlaması üçün mütləq orada olmasına ehtiyac yoxdur. Mömin, fərasəti və bəsirəti ilə Allahın bənzərsiz yaradılış gözəlliklərini hər yerdə və hər an dərk edir. Gecələr göy üzündə ulduzların əmələ gətirdiyi əzəmət, bir gülün rəngindəki, quruluşundakı, qoxusundakı bənzərsiz gözəllik gün ərzində hamının rastlaşacağı və qiymətləndirəcəyi nümunələrdən bir neçəsidir.
Daha əvvəl də ifadə etdiyimiz kimi, möminlərin cənnətə olan həsrəti onların öz ətraflarını cənnəti xatırladan məkanlara çevirməsinə səbəb olur. Cənnət əlbəttə ki, hər insanın xəyalına gətirə biləcəyindən daha artıq gözəl olan sənət əsərlərinə, dünyada heç bir insanın nail ola bilmədiyi qüsursuzluqda olan təsvirə və gözəlliklərə sahib olan bir məkandır. Ancaq Quran əxlaqını yaşayan bir Müsəlman, dünyada sahib olduğu bütün imkanları istifadə edərək, ətrafını əlindən gələn qədər gözəlləşdirməyə çalışır. Allah Quranda Hz. Süleymanın çox üstün bir sənət anlayışına sahib olduğuna diqqət çəkir. Hz. Süleymanın köşkündə həqiqi bir sənət, estetika və gözəllik hakimdir. Rəbbimiz Süleyman Peyğəmbərin Allahın bir neməti olan zənginlikdən və əzəmətdən çox böyük zövq almasına bir ayədə belə diqqət çəkir:
“O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm...”” (“Sad” surəsi, ayə 32)
Böyük mövqe, böyük mülk və hakimiyyət verilən Hz. Süleyman, sahib olduğu bütün nemətləri Allahın yolunda və Onun istədiyi şəkildə istifadə etmişdir. Bu səbəblə də Quranda təriflənmişdir. Möminlər də Hz. Süleymanı və digər peyğəmbərləri özlərinə nümunə götürür, əllərinə keçən hər cür neməti - eyni bu müqəddəs insanlar kimi- Allahın razılığını qazanmaq üçün sərf edirlər.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?