İSLAMA XİDMƏT
   
 
  13. Tarix boyunca müsəlmanlara atılan böhtanlar
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
                                                                          
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 15      (24. 09. 2008)
 
 TARİX BOYUNCA
MÜSƏLMANLARA ATILAN BÖHTANLAR
 
 “Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq – aydın bir günah götürmüşlər!”
(“Əhzab” surəsi, ayə 58)
 
TARİX BOYUNCA MÜSƏLMANLARA ATILAN BÖHTANLAR
Böhtan və iftira mənəviyyatı zədələnən, bir – birinə qarşı düşmənçilik, kin, ədavət və nifrət bəsləyən və ya başqaları ilə rəqabət aparan bəzi yalançı və vicdansız insanların digər insanlara ziyan vermək məqsədilə istifadə etdiyi üsullardan biridir. Böhtanın böyük miqyasda atılan iftiradan yutmuş adi insanların gündəlik söz – söhbətinin içinə qatdığı xırda dedi – qoduya qədər bir çox növləri var. Böhtan eyni zamanda dindən uzaq olan, Allahın əmr etdiyi gözəl əxlaqı yaşamayan cəmiyyətlərdə insanların geniş şəkildə istifadə etdiyi yollardan biridir.
Burada haqqında bəhs olunacaq böhtan dini inkar edənlərin iman gətirənlərə maddi və ya mənəvi zərər vermək məqsədilə tarix boyunca istifadə etdiyi böhtanlardır.
Quranda Allahın göndərdiyi elçilərin və onlar kimi dinə əməl etməyə dəvət edən əməlisaleh insanların hamısına keçmişdə mənfəətpərəstlik, dəlilik, özündənrazılıq, lovğalıq, oğurluq, zina kimi müxtəlif böhtanların atıldığı açıqlanır. Hz. Yusifin həyatında müsəlmanların məruz qaldığı bu cür böhtanlara tez – tez rast gəlmək olar. Hz. Musa, Hz. Süleyman və hətta Peyğəmbərimiz Hz. Muhəmməd (s) öz qövmləri tərəfindən haqsız böhtanlara məruz qalmış elçilərdəndir. Eyni zamanda Hz. Məryəm, Peyğəmbərimizin (s) mübarək xanımı və Peyğəmbərimizin (s) yanında olan səhabələr də müxtəlif böhtanlara məruz qalmış müqəddəs insanlardır. Bu mübarək insanlar onlara qarşı yönəldilən böhtanları hər zaman nümunəvi bir səbr və təvəkküllə qarşılamış, inkarçıların bu təzyiqlərinə əhəmiyyət verməmiş, Allahın əmr etdiyi əxlaqı yaşamağa və insanları doğru yola dəvət etməyə davam etmişdilər.
Şübhəsiz ki, bütün müsəlmanlar peyğəmbərlərin və mübarək insanların bu qərarlı davranışlarından nümunə götürməlidir. Allah Quranda: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?” (“Bəqərə” surəsi, ayə 214) deyə bildirir. Yəni bütün müsəlmanların onlardan əvvəl yaşamış möminlər kimi böhtanlara məruz qalması və Quran əxlaqından uzaqlaşması üçün mənəvi təzyiq görməsi Allahın bir qanunudur. Allah başqa bir ayədə bütün möminlərə inkarçılardan ağır və əziyyətverici sözlər eşidəcələrini, canları və malları ilə imtahan ediləcəklərini də bildirir:
Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir.” (“Ali – İmran” surəsi, ayə 186)
Məhz bu cür hadisə ilə qarşılaşan hər bir səmimi və ixlas sahibi olan mömin keçmişdəki möminlərin səbrini, təvəkkülünü, səmimi və qərarlı davranışını özünə nümunə götürməlidir. Buna görə də özündən əvvəlki müsəlmanların başına gələn hadisələr onun başına gələndə də qətiyyən çaşmaz, üzülməz və əsla ümidsizliyə qapılmaz. Hətta ona böhtan atanları heyrətə gətirəcək qədər böyük şövq və nəşə içində olar. Başqa möminə böhtan atılanda da möminlər bunu səbr, təvəkkül və şövqlə qarşılayarlar. Böhtana məruz qalan qardaşları böyük bir səbr göstərəndə dünyada Allahın rəhmətini və ehsanını qazanacağına, axirətdə isə Rəbbinin rizası və Cənnəti ilə mükafatlandırılacağına ümid edərlər.
Möminlərə atılan böhtanların əhəmiyyətli bir tərəfini qeyd etmək də faydalı olardı. Digər böhtanlardan fərqli olaraq müsəlmanlara atılan böhtanlarda “çamur at, izi qalsın” məntiqi öz təsirini itrir. Buna misal olaraq keçmişdə ən ağır böhtanlara məruz qalan peyğəmbərlərin və elçilərin üzərində bu böhtanların heç bir təsirinin qalmamasını göstərə bilərik. Məruz qaldıqları bu böhtanlara baxmayaraq bu mübarək insanların nə qədər təmiz və gözəl əxlaqlı insanlar olduqları ortaya çıxmışdır. Yeri gəlmişkən, zina iftirasına məruz qalan Hz. Məryəm və Hz. Yusif bütün dünyada namus simvolu kimi tanınırlar. Qardaşlarının oğurluq böhtanına məruz qalmış Hz. Yusifin nə qədər etibarlı insan olması isə o, hələ həyatda ikən məlum olmuş və bütün Misirin xəzinələri onun ixtiyarına verilmişdi.
Bütün bunlar bizə çox əhəmiyyətli bir həqiqəti göstərir. Allahın izni ilə möminlərin əleyhinə qurulan hər plan hələ işin başında pozulur, atılan hər bir böhtan da boşa çıxır. Möminlərə deyilən hər incidici söz geri – bu sözü deyənə dönərək əzab dolu əvəzi ilə birlikdə söylənmişdir. Başqa sözlə, möminlər əleyhinə deyilən hər bir söz, edilən hər bir davranış və hər bir zülm bunu edən insanın dünyada və axirətdə mütləq şiddətli bir peşmançılıq yaşamasına, bərpası mümkün olmayan, içində yandıran, ona əzab verən sıxıntı ilə qarşılaşmasına səbəb olacaq. Allah elçilərinə və əməlisaleh qullarına edilən haqsızlıqların qarşılığını Quranda belə bildirmişdir:
“Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır! Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq – aydın bir günah götürmüşlər!” (“Əhzab” surəsi, ayə 57 – 58)
 
İNKARÇILARIN MÖMİNLƏRƏ QARŞI DÜŞMƏNÇİLİYİ
Tarix boyu Allahın göndərdiyi elçilər insanlara haqq dini təbliğ etmək, yaxşılığı əmr edib pisliklərdən uzaqlaşmaq vəzifəsi ilə yüklənmişlər. Peyğəmbərlərin olmadığı dövrlərdə isə səmimi, dürüst və güclü bir imana sahib olan müsəlmanlar Allahın insanlar üçün seçib bəyəndiyi dini təbliğ etmək vəzifəsi ilə yüklənmişlər. Ancaq Allaha iman gətirən və insanları da Allahın razılığını, rəhmətini və Cənnətini qazanmağa dəvət edən bu insanlar tarix boyu bəzi insanların söz və əməl şəklindəki təzyiqlərinə məruz qalmış, bəzən hətta ölüm təhlükəsi altında yaşamışlar.
Allaha könüldən bağlı olan və üstün əxlaq sahibi olan möminlərə düşmənçilik hissi bəsləyənlər şübhəsiz ki, böyük bir qəflət içindədir. Çünki möminlər Allahdan qorxub çəkinən, bütün insanlara daim dost münasibəti bəsləyən, ətrafındakılara rahatlıq və güvənlik verən, daim ədaləti gözləyən, hər cür haram işlərdən çəkinən insanlardır. Möminlər dünyəvi hərislikləri olmadığı üçün heç kimlə mənfəət hesabı çəkməzlər. Əksinə, onlar fədakar, təvazökar və qənaətcildirlər. Ancaq bu üstün xüsusiyyətlərinə baxmayaraq möminlər bəzi insanların şiddətli düşmənçiliyi və təzyiqləri ilə qarşı – qarşıya qalırlar. Allah bu insanların kimliyini və möminlərə qarşı düşmənçiliyinin səbəbini Quranda keçmişdən misallar verərək bizə bildirir. Quran ayələrində bizə bildirilən bu insanların müsəlmanlara qarşı olan düşmənçiliyinin arxasında gizlənən əsas səbəb onların Allaha və dinə olan düşmənçilikləridir. Onlar bütün insanlara can verən, sonsuz güc sahibi olan bir Yaradıcının varlığını özlərinin təkəbbürlü olması səbəbi ilə qəbul etmək istəməzlər. Həyata hərisliklə bağlanmalarına və dünyanı axirətə nəzərən seçdiklərinə görə Allahın dininə tabe olmağın onlara gətirəcəyi məsuliyyətdən qaçmaq üçün inkara üstünlük verərlər. Özlərini heç kimin qarşısında məsul hiss etmək istəməz, etdikləri pisliklərin, əxlaqsızlıqların, çirkinliklərin hesabını verəcəkləri bir günün gələcəyini düşünməzlər. Bu səbəbdən də Allahı və dini, hesab gününü xatırladan insanları özlərinə bir düşmən sayarlar.
Bu düşmənçiliklərinin nəticəsində iman edənləri əngəlləməyə yaxud da öz dinsizliklərinə geri çevirməyə çalışırlar. Quranda bildirildiyinə görə, dindən uzaq olan insanlar bu məqsədlərini həyata keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər: möminlərə pusqu qurur, işgəncə ilə əzab verir, alçaldıcı sözlərlə onlara zülm etməyə çalışırlar. Məhz böhtan inkarçıların iman gətirənlərə qarşı istifadə etdiyi bu yollardan biridir. Mömin insanları böhtan vasitəsilə öz tərəflərinə çəkməyə, doğru bildikləri yoldan azdırmağa çalışırlar. İnkarçıların tarix boyu bircə dəfə də olsun nəticə verməyən düşmənçiliklərini Allah Quranda belə bildirir:
Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olar, sizə pislikləəl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.” (“Mumtəhinə” surəsi, ayə 2)
Ancaq bu, çox əhəmiyyətli və mütləq bir həqiqətdir ki, keçmişdə heç bir böhtançı insan məqsədinə çata bilməmişdir. Nə Firon, nə Nəmrud, nə də Peyğəmbərimizin (s) yaxınlarına böhtan atanlar bu qiymətli insanlara bir zərər verə bilməmişdilər. Allah əməlisaleh qullarını inkarçıların bu cür böhtanlarından daim qorumuş və onları təmizə çıxarmışdır. Allah Quranda bu mövzu ilə əlaqədar Hz. Musanı nümunə göstərir:
“Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi. Ey iman gətirənlər! Allahda qorxun və doğru söz söyləyin.” (“Əhzab” surəsi, ayə 69 – 70)
Keçmişdə müsəlmanlara atılan böhtanlar nəticəsiz qaldığı kimi günümüzdə də nəticəsiz qalacaq və heç bir nəticə verməyəcəkdir.
İnkarçıların sahib olduğu batil düşüncə sisteminin və yer üzündə yaydığı əxlaqsızlığın yanlış olduğunu onlara izah edənlərə qarşı duyduğu böyük qəzəb Quranda belə tərif edilir:
“... Onlar sizin barənizdə fitnə - fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istərlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir. Xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.” (“Ali – İmran” surəsi, ayə 118 – 119)
 
BÖHTAN CAHİLİYYƏ MƏNTİQİ İLƏ DƏYƏRLƏNDİRİLMƏMƏLİDİR
Müsəlmanların hər şeydən əvvəl bunu unutmaması lazımdır: İnkarçıların möminlərə böhtan atması, onların əleyhinə qəlbə toxunan sözlər söyləməsi və bunun Allahın dəyişməyən bir qanunu olması Quranda bizə xəbər verilmiş bir həqiqətdir. Bu vəziyyətdə bütün müsəlmanların ayıq – sayıq olması, sui – zənnə qapılaraq başqa bir insana haqsızlıq etməkdən qaçması son dərəcə önəmlidir. Hətta müsəlmanlar bir insanın iftiraya uğramasını o insanın səmimiyyətinin bir təzahürü kimi də qəbul edə bilərlər.
Bəzi kimsələr isə “od olmayan yerdə tüstü çıxmaz” və ya “niyə ona deyilir , mənə deyilmir?” kimi Quranda anladılan gerçəklərə uyğun gəlməyən həyəcana qapıla bilərlər. Ancaq bu insanlar önəmli bir xətaya düşmüşlər. Çünki Qurandan kənarda cahil insanlara bənzər, onların məntiqlərini daşıyan izahlar vermək, onlar kimi davranmaq Quranda bildirilən həqiqətləri unutmaq deməkdir. Allaha iman gətirən mömin bir insanın belə bir xətaya düşməkdən var gücü ilə çəkinməsi lazım gəlir.
Müsəlmanların atılan böhtanlara əhəmiyyət verməməsi, hətta böhtançılara da bu böhtanlara inanmadıqlarını və heç etibar etmədiklərini söyləməsi böhtançıların planlarını pozacaq və beləcə böhtanlar yerini tapmayacaqdır.
Bunu da unutmaq olmaz ki, insanların böyük bir hissəsinin böhtanda iştirak edərək müsəlmanların qarşısında olması isə əsla böhtanın həqiqət olduğunu göstərən bir vəziyyət deyil. Çünki Allah bir ayəsində insanların əksəriyyətinə uymanın sapdırıcı ola biləcəyini bildirir:
Əgər sən yer üzündə olanların çoxusuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (“Ənam” surəsi, ayə 116)
Həmçinin müsəlmana qarşı yönələn ittiham bir fasiqdən, yəni Allaha qarşı üsyankar bir insandan gəlirsə, bunun Quranda bildirildiyi kimi, ətraflı araşdırılması və lazımi dəlillər tapıldıqdan sonra diqqətə alınması gərəkdir. Böhtanlara inanan insanların da qərar vermədən öncə Quranın bu hökmünə görə hərəkət etməsi, bunu sübut edəcək dəlillər görməsi və ya göstərməsi vacibdir. Bu vəziyyət Quranda Allahın bütün müsəlmanlara əmr etdiyi bir hökmdür:
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (“Hucurət” surəsi, ayə 6.)
Möminlərin dünyada və axirətdə peşmanlıq və vicdan əzabı duymaması, daim haqqı və ədaləti üstün tutması üçün yolgöstərici Quranda bildirilən bu gerçəklər olmalıdır.
 
 
Bu yazılar Dünyaca tanınmış olan böyük İslam Alimi Harun Yəhya – nın “Tarix boyunca müsəlmanlara atılan böhtanlar” adlı əsərindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?