İSLAMA XİDMƏT
   
 
  14. Pis kimi görünən hadisələr qarşısındakı davranışı

PİS KİMİ GÖRÜNƏN HADİSƏLƏR 
QARŞISINDAKI DAVRANIŞI

Hər insan gün boyunca müxtəlif çətinliklərlə qarşılaşa bilər. Ancaq möminlər qarşılaşdıqları çətinliklər nə olursa olsun Allaha təslim olur, Onu özlərinə vəkil edir (təvəkkül edərək) belə düşünürlər: "Allah bizi bu dünya həyatında hər etdiyimizlə və hər düşündüyümüzlə sınayır. Bu, bir an belə unudulmayan çox önəmli bir həqiqətdir. Elə isə, gördüyümüz hər hansı bir işdə bir çətinliklə qarşılaşdığımız və ya işlərin qaydasındaolmadığını düşündüyümüz zaman Rəbbimizin bunların hamısını bizi sınamaq üçün qarşımıza çıxartdığını qətiyyən unutmamalıyıq."
Allah insanların qarşılaşdığı hər cür hadisənin Ondan olduğunu bir ayədə belə bildirir:
“De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (“Tövbə” surəsi, ayə 51)
İmanlı bir şüurla düşünən hər kəs bilir ki, yaşanan və qarşımıza çıxan hər hadisə Allahın nəzarətindədir və onun dünya və axirət üçün mütləq bir xeyiri var. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, “Hər şeydə xeyir Görmək”) Məsələn, insanın sevdiyi bir əşyasını itirməsində bir çox xeyr vardır. Xaricdən baxıldığında pis kimi görünən bu hadisə, möminin səhvlərini görməsinə, diqqətinin açılmasına, bəzi mövzularda daha çox tədbir görməsi lazım olduğunu düşünməsinə səbəb olur. Bununla bərabər insanın heç bir şeyə sahib çıxmaması lazımdır, çünki hər şeyin tək sahibinin Allah olmasının xatırlanması da bu tip hadisənin digər bir xeyirli cəhətidir.
Haqqında bəhs edilən vəziyyət, gündəlik həyatda qarşılaşdığımız hər bir böyük və ya kiçik hadisəyə aiddir. Məsələn, bir iş yerində səhv anladığı üçün və ya birinin diqqətsizliyi ucbatından səhv yerə pul ödəmələri ola bilər; saatlarla kompüterdə üzərində işlənən bir tapşırıq elektriklərin kəsilməsi üzündən bir anda yox ola bilər; gənc bir tələbə həddindən artıq çox oxumasına baxmayaraq o gün xəstələndiyi üçün universitet imtahanına getməyə bilər; bir insan çox təcili yetişməsi lazım olan bir yerə gedərkən təyyarəsini, avtobusunu qaçıra bilər… Hər kəsin öz həyatı içində qarşılaşa biləcəyi bu cür çətin və tərs kimi görünən hadisələr vardır.
Ancaq bu hadisələrin hər birində iman sahibi bir insan üçün xeyli çox gözəllik vardır. Hər şeydən əvvəl mömin, Allahın, rəftarını və səbrini sınadığını, öləcəyi və axirətdə hesab verəcək olan bir insanın bu hadisələrə görə kədərlənib vaxt itirməsinin yersiz olduğunu düşünür. Hər hadisənin arxasında bir xeyr olduğunu bilir. Heç bir hadisə qarşısında "heyf!" demir. Allaha işlərini asanlaşdırması və hər şeyi faydalı hala çevirməsi üçün dua edir. Və bir çətinliyin ardından asanlıq gəldiyində bunun dərhal Allaha etdiyi duanın bir qarşılığı olduğunu, Allahın duaları eşidən və onlara icabət edən olduğunu düşünür və Allaha şükr edir.
Bunları düşünərkən gününə davam edən insan nə ilə qarşılaşırsa qarşılaşsın əsla ümidsizliyə qapılmır, narahat olmur, qorxub kədərlənmir, çarəsiz vəziyyətdə qalmır. Mütləq Allahın bunları bir xeyir və gözəllik əsasında yaratdığını bilir. Üstəlik bunu yalnız başına gələ biləcək böyük hadisələrdə deyil, bir az əvvəl danışdığımız kimi, gündəlik həyatı içində, kiçik böyük qarşılaşdığı hər məsələdə düşünür.
Məsələn, təsəvvür edin ki, bir insanın planlaşdırdığı mühüm bir işi istədiyi kimi getmir, tam uğur əldə etmək üzrə ikən son anda ciddi bir problemlə qarşılaşır. Bu insan bir anda hirslənir, çətinliyə düşür, kədərlənir, qısacası hər cür mənfiliyi yaşayır. Halbuki hər şeydə bir xeyir olduğunu düşünən bir insan Allahın bu hadisə ilə ona göstərdiyi hikmətləri düşünüb tapmağa çalışır. Bu mövzuda daha qəti tədbir görməsinə Allahın diqqət çəkmiş ola biləcəyini düşünür. Texniki baxımdan lazımlı bütün tədbirləri görür və "bəlkə də bu şəkildə daha mühüm zərərlərin əmələ gəlməsinin qarşısı alındı" deyərək Allaha şükr edir.
Bir yerə yetişməyə çalışarkən minəcəyi avtobusu qaçırsa, "Bəlkə gecikməm və ya bu avtobusa minməməyim məni bir qəzadan və ya başqa bir pislikdən qorumuşdur." deyə düşünür. Bunlar yalnız bir neçə nümunədir. "Bunun kimi daha bir çox hikməti ola bilər." deyə düşünür. İnsanın gündəlik həyatında belə nümunələrdən çox göstərə bilərik. Ancaq əhəmiyyətli olan məsələ budur: İnsanın etdiyi planlar hər vaxt istədiyi kimi nəticə verməyə bilər. İnsan özünü bir anda planladığından çox fərqli bir mühitdə tapa bilər. Belə bir vəziyyətdə təvəkkül edən, qarşılaşdığı hadisədə xeyir axtaran adam çox şey qazanır. Çünki Allah ayəsində insanlara belə bildirir:
“... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz” (“Bəqərə” surəsi, ayə 216)
Allahın bildirdiyi kimi biz nəyin xeyirli, nəyin pis olduğunu bilə bilmərik, ancaq Allah bilir. İnsana tək düşən sonsuz mərhəmət sahibi olan Rəbbimizi dost etmək və Ona tam bir təslimiyyətlə təslim olmaqdır.
İnsan dünya həyatında, bir anda sahib olduğu hər şeyini itirə bilər. Bir yanğın evini, iqtisadi böhran bütün sərmayələrini və ya bir hadisə sevdiyi, dəyər verdiyi əşyalarını itirməsinə səbəb ola bilər. Allah Quranda insanların bu şəkildə sınaqdan keçirilməsindən belə bəhs edir:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, ayə 155)
Allah insanlara müxtəlif şəkillərdə sınaqlardan keçiriləcəklərini xəbər verərkən, qarşılaşdıqları bu çətin vəziyyətlərə qarşı səbr edənlərə isə gözəl bir müjdə vermişdir. Allahın ayədə tərif etdiyi səbr, məsələn, itən əşyanı tapmayıncayaranmış vəziyyəti məcburən qəbul edərək səbr etmək deyil. Səbr, itən əşya nə qədər böyük və əhəmiyyətli olursa olsun, insanın bunu eşitdiyi və ya bildiyi andan etibarən son dərəcə təvəkküllü, təslimiyyətli davranmasıdır. Hər şeyi edənin Allah olduğunu ağılından çıxarmadan, sabit rəftar və davranışını davam etdirməsidir.
İnsan gün ərzində daha əhəmiyyətli itkilərlə də qarşılaşa bilər. Məsələn, ehtiyaclarını qarşılamaq üçün günün əhəmiyyətli bir hissəsini keçirdiyi iş yerini itirmək bütün gələcəyinin yalnız ona bağlı olduğuna inanan insanlar üçün çox əhəmiyyətli məsələdir. Belə ki, cahil əxlaqa sahib olan insanlar uşaqlıqdan etibarən yaxşı bir iş sahibi olmaq üçün yetişirlər. Belə adamlar Həyatlarının hər anında daha yaxşı bir işdə işləməyi və ya işində yüksəlməyi arzulayırlar. Buna görə də sahib olduqları işi itirmək onların böhran və sıxıntılı dolu günlər keçirməsinə, elə öz sözləri ilə desək "həyatlarının alt-üst olmasına" səbəb olur.
Digər tərəfdən, mömin ona ruzi verən qüvvənin Allah olduğunu və işin yalnız bir səbəb olduğunu bilir. Başqa sözlə, iş mömin insan üçün Allahın verdiyi nemətlərin ona çatmasında yalnız bir vasitədir. Bu səbəblə işindən ayrılmaq kimi hadisələr, iman edənlərin səbrlə və təvəkküllə qarşıladığı hadisələrdir. Belə bir vəziyyətdə gözəl bir şəkildə səbr edir, Allaha dua və təvəkkül edirlər. Ruzini verənin və onu istədiyi zaman alanın  yalnız Uca Allah olduğunu heç bir zaman unutmurlar.
Quranı özünə rəhbər tutan bir insan, işini itirmək, zərərə uğramaq, istədiyi bir məktəbdə oxuya bilməmək kimi bir vəziyyətlə qarşılaşdığında dərhal davranışlarını və düşüncələrini nəzərdən keçirir. Allahın məmnun olub olmadığı bir davranışının olub olmadığını düşünür və ağılından aşağıdakı ehtimalları keçirir:
"Ola bilərmi ki, itirdiyim mal, mülk və ya əşya üçün kifayət qədər şükür etməmiş olum?";
"Ola bilərmi ki, ixtiyarıma verilən nemətlərdə xəsislik və ya nankorluq etmiş olum?";
"Allahı və axirəti unudaraq malıma, mülkümə hərisliklə sahiblənmiş ola bilərəmmi?";
"Ola bilərmi ki, sahib olduqlarıma görə təkəbbür göstərib Allahın yolundan və Quran əxlaqından uzaqlaşmışam?";
"Allah rizası üçün deyil, başqalarının razılığını, tərifini qazanmaq və ya öz nəfsimin istək və arzularını təmin etmək üçün çalışa bilərəmmi?" və s.
Mömin öz içində vicdanlı və səmimi bir şəkildə bu suallara cavab verir. Verdiyi cavablar istiqamətində də, Allahın razı olmadığı davranışlarını düzəltməyə çalışır və bu davranışlarını düzəltmək üçün Allaha dua edir. Səmimi bir şəkildə Allaha yönəlir. Yanılaraq və ya fərqində olmadan etdiyi və ya düşündüyü hər səhv şeydən Allaha sığınır. Allah Quranda iman edənlərin belə dua etdiklərini xəbər verir:
 
...“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtitar sahibimizsən...” (“Bəqərə” surəsi, ayə 286)
 
İnsan imtahan olaraq bir – birinin ardınca itkilərlə də qarşılaşa bilər. Ancaq, dərin imana sahib bir insan, bunda da hikmətlər olduğunu bilir. Bu hikmətlərin ən əhəmiyyətlilərindən biri isə, insanın çətinliklərlə mənəvi cəhətdən tərbiyə olunmasıdır:
 
… “Allah sizi əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməməyiniz üçün qəminizin üstünə qəm qoydu. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!” (“Ali İmran” surəsi, ayə 153)
 
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!” (“Hədid” surəsi, ayə 22-23)
 
Mömin üçün gün ərzində bir - birinin ardınca qarşısına çıxan çətinliklər onun bir imtahanda olduğunu xatırlamasına, Allaha yaxınlığının artmasına, kamilləşməsinə və Quran əxlaqına sarılmasına səbəb olur. Mömin insan Allahın bununla onu tərbiyə etdiyini və axirətdəki sonsuz nemətlərə hazırladığını bilir.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?