İSLAMA XİDMƏT
   
 
  15. Xəstələndiyi zaman

XƏSTƏLƏNDİYİ ZAMAN

İmanlı bir düşüncəyə sahib olan bir insan hər hansı xəstəlik halında da  son dərəcə səbrli və təvəkküllüdür. Xəstəliyin də Allahın bir imtahanı olduğunu bilir. Bu səbəblə narahatlığı nə qədər şiddətli olursa olsun səbr edir və Allaha səmimiyyətlə dua etməyi davam etdirir. Çünki xəstəliyi yaradanın və şəfanı verəcək olanın Allah olduğunu bilir. Möminin xəstəlik dövründə göstərdiyi səbri, Allah Quranda "yaxşı əməl" adlandırır və tərifləyir:
“... Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, mələklərə , kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum - əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!”  (“Bəqərə” surəsi, ayə 177)
Mömin gözəl bir şəkildə səbr edərkən sağlığına qovuşmaq üçün lazım olan müalicəni qüsursuz şəkildə qəbul edir. Hissiyyata qapılmır, uşaq kimi davranaraq özünü ətrafdakıların diqqət mərkəzinə gətirməyə çalışmır. Xəstəliyinin müalicəsi üçün təklif edilən dərmanları və müalicələri ağılla və diqqətlə qəbul edir. Bu davranış, onun Allaha olan əməli duasıdır. Mömin eyni zamanda Quran əxlaqını yaşamasının bir nəticəsi olaraq, Allahın ona yardım etməsi və şəfa verməsi üçün daim dua edir. Allah Quranda iman edənlərin bu davranışına Hz. Əyyubu nümunə göstərir. Hz. Əyyub xəstələnəndə Allahın mərhəmətinə belə sığınmışdı:
“Əyyub da bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!”” (“Ənbiya” surəsi, ayə 83)
Bunu da xüsusilə ifadə etmək lazımdır ki, istifadə edilən dərmanlayarın hamısı, xəstəliyin yaxşılaşması üçün bir səbəbdir. Əgər Allah diləsə tətbiq olunan müalicəni səbəb edərək adamın yaxşılaşmasına icazə verir. Xəstəliyin müalicəsində istifadə edilən tibbi imkanları, dərmanların hazırlanmasında istifadə olunan mikroorganizmləri, heyvanları və bitkiləri yaradan Allahdır. Qısacası, şəfanı yaradan tək Allahdır. Allah Quranda bu həqiqətə Hz. İbrahimin, "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" (Şuərasurəsi, ayə 80) ifadəsi ilə diqqət çəkir.
Cahil cəmiyyətini təşkil edən fərdlər isə xəstələnərkən o an üsyankar bir davranış göstərirlər. "Niyə mənim başıma belə bir hadisə gəldi?" deyə qədər (tale) həqiqətinə son dərəcə zidd bir davranış göstərirlər. Bu yanlış məntiqlə hərəkət edən insanların bir xəstəlik anında təvəkkül etməsi və ya qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxması mümkün deyil.
Halbuki möminlər xəstəlikləri Allaha yaxınlaşmaq üçün çox əhəmiyyətli bir fürsət olaraq dəyərləndirir və xəstəliklərin arxasındakı gizli hikmətlər barədə düşünürlər. Sağlamlığın nə qədər böyük bir nemət olduğunu və insanın nə qədər aciz olduğunu bir daha anlayırlar. Adi bir xəstəlik sayılan qrip mikrobu belə insanın yatağa düşməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə, insan nə qədər güclü, şərəfli və zəngin olursa olsun acizdir, dərman içmək və istirahət etmək məcburiyyətindədir. Bu vəziyyət insana Allaha möhtac olduğunu xatırladır, Allahın adını ürəkdən anmasına və Ona yaxınlaşmasına bir vasitə olur. Bundan başqa, hər xəstəlik möminə dünyanın keçiciliyini, ölümün və axirətin yaxınlığını xatırladan bir xəbərdarlıq xarakteri daşıyır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?