İSLAMA XİDMƏT
   
 
  16. Bilgi - 16
GLİKOZU, ZÜLALI, SODYUMU
AYIRT EDƏBİLƏN BÖYRƏKLƏR,
YARADILIŞIN AÇIQ-AŞKAR BİR DƏLİLİDİR
 
İki böyrəyimiz həyatımız boyunca bədənimizi gəzən qanı təmizləyər. Süzdüyü maddənin bir qisimini bədənə geri göndərir, qalanını da işə yaramadığı üçün bədəndən atar. Görəsən böyrəklərin, zülalı, ürəyi, sodyumu, glikozu və digərlərini necə bir-birindən ayırt etdiyini bilirsinizmi?
Böyrəklərdə, gələn qanın içindəki maddələri süzən yer "glomerül" adı verilən kılcal damarlardan ibarət olan yumaq şəklindəki bir quruluşdur. Buradakı kılcal damarların, bədəni bürüyən digər kılcal damarlardan fərqi üç layla sarılmış olmasıdır. Elə bu üç təbəqə böyük bir vasvasılıqla, böyrəklərdə hansı maddənin süzülüb atılacağına hansının təkrar qana qarışacağına QƏRAR VERİR. Ancaq oxuduğunuz bu cümlədəki əhəmiyyətli bir detala diqqət yetirin. Bir hüceyrə pərdəsi nəyi ölçü alaraq və hansı mexanizmlə özünə gələn mayenin içindəki bütün maddələri tək-tək təsbit edib, hansı bölgəyə getmələri lazım olduğuna qərar verir? Böyrəyə gələn qanın içində glikoz, bikarbonat, sodyum, xlor, və keratin kimi bir çox maddə vardır. Böyrək, bu maddələrin bir qisiminin hamısını, bir qisiminin bir hissəsini bədəndən təyin edərkən, bir qisimini də tamamilə qana göndərir. Bir ət parçası bu maddələrin hansını nə qədər atacağına necə qərar verə bilməkdədir? Bu sualların cavabı, bu ət parçasının qüsursuz bir quruluşla yaradılmış olmasındadır.
Glomerüllərin seçiciliyi mayenin içindəki molekulların elektrik yüklərinə və böyüklüklərinə bağlı olaraq təyin olunur. Bu deməkdir ki glomerüller, mayenin içində qarışıq olaraq olan sodyum ilə glikozun molekul ağırlığını hesablama və zülalların mənfi elektrik yüklü olduqlarını TƏSBİT EDƏ BİLMƏ qabiliyyətinə malikdir. Beləcə bədən üçün həyati əhəmiyyətə sahib olan zülalların bədəndən atılmayıb, təkrar geri alınması təmin edilmiş olur.
Yaxşı sizcə kılcal damarlardan ibarət olan bir quruluş olan glomerüller, nə kimya, nə fizika nə də biologiya təhsili almamış olmalarına baxmayaraq belə üstün bir qabiliyyətə necə sahib ola bilirlər? Glomerüller bu qabiliyyətə sahiblər və vəzifələrini qüsursuz olaraq yerinə yetirirlər çünki özlərini yaradan Allahın ilhamıyla hərəkət edirlər. Süzdükləri heç bir maddəni təsadüfən seçməzlər. Əgər təsadüfən seçmiş olsaydılar, bu şüursuz varlıqlar doğru molekulu bulana qədər bədənimizin sağlam bir şəkildə varlığını davam etdirməsi mümkün olmazdı. Bütün bunlar, Allahın qüsursuz yaradılışının dəlillərindən biridir.
  
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?