İSLAMA XİDMƏT
   
 
  16. Hekayə - 16

HEKAYƏ: 16

 PADŞAH VƏ VƏZİR
 
Bir dəfə bir padşah vəzirlərindən birinə dedi ki, ey vəzir, görəsən dünyada bir elə yer olurmu ki, orada milçək olmaya?
Vəzir dedi ki, ey padşah, adam olan yerdə milçək olur.
Bir gün padşah haman vəzirlə bir şəhərdən bəid olan səhraya şikara getmişdi. Padşah vəzirlə bir guşeyi – pünhanə çəkilib, vəzirə dedi ki, ey vəzir, xilafi – təqrir, bu sərzəmində ki, bir adam yoxdur, bəs bu milçəklər nədir?
Vəziri – dilir dedi ki, ey sahibsərir, mən demişdim ki, adam olan yerdə milçək olur. Əgər sən özüvü adam hesab etmirsən, mən ki əlhəmdüllah, özümü adam hesab eləyirəm.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?