İSLAMA XİDMƏT
   
 
  16. Pis və cansıxıcı şəraitdə göstərdiyi davranış

PİS VƏ CANSIXICI ŞƏRAİTDƏ 
GÖSTƏRDİYİ DAVRANIŞ

İnsan bəzən sıxıntılı və narahat şəraitlərdə ola bilər. Zibil yığınları ila dolu bir yol kənarı, narahat edici qoxuların hakim olduğu bir mətbəx, dar, qaranlıq və xəlvət yerlər kimi... Möminlər üçün hər şey kimi pis və cansıxıcı mühitlərin yaradılmasının da hikmətləri var. Bu tip yerlər möminə cəhənnəmi, dünyadakılarla müqayisə edilməyəcək dərəcədə pis bir mühitdə davam edən əzabı xatırladır. Necə ki, Allah Quranda cəhənnəmin pis bir yer olduğunu, “Doğrudan da o, nə pis məskən, nə pis yerdir!” (“Furqan” surəsi, ayə 66) ayəsi ilə bildirir, cəhənnəmdəki çirkin təsvirləri, qaranlığı, pisliyi bir çox ayələrdə xəbər verir:
"Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərində olanlar!) Kimdir onlar?! Onlar səmum yeli (qızmar atəş) və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! Nə sərin, nə də xoşagələndir.” (“Vaqiə” surəsi, ayə 41- 44)
“Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!”  (“Furqan” surəsi, ayə 13-14)
Allahın bu ayələrini xatırlayan adam o an onu cəhənnəm əzabından qoruması üçün Rəbbimizə dua edir, etdiyi səhvlərə görə bağışlanma diləyir.
Allahın Quranda bildirdiyi təsvirlərə görə cəhənnəm, pis iy verən, dar, gurultulu, qaranlıq, hisli, dumanlı, cansıxıcı bir yerdir. Təhlükəsiz olmayan şəraitləri, hüceyrələrə işləyən qovurucu bir istiliyi vardır. Ən iyrənc yemək və içkilər cəhənnəmdədir. Atəşdən paltarlar vardır və cəhənnəmdəki bütün əzablar fasiləsiz şəkildə davam edəcək. Dərilərin atəşdə qovrulacağı, insanların çıxmaq üçün yalvaracaqları hətta ağrıya görə ölmək istəyəcəkləri cəhənnəm bəzi tərəflərinə görə nüvə müharibəsindən sonrakı dünyanı təsvir edən filmlərdəki mühitə bənzədilə bilər. Ancaq bu filmlərdəki qaranlıq, olduqca pis yerləri cəhənnəmdəki mühitlə müqayisə etmək mümkün deyil. Bu yalnız bir bənzətmədir. Cəhənnəm bizim dünya həyatına baxaraq təsəvvür edə bildiyimiz ən pis mühitlərdən daha pis, daha qorxulu bir yerdir.
Dünyada dar, pis, qaranlıq və isti yerlər insan nəfsinə çox əziyyət verən yerlərdir. Cəhənnəmdə isə bu boğucu atmosfer çox möhkəm bir şəkildə hakimdir. Dünyada istiyə qarşı bir çox tədbir inkişaf etdirmiş olan insan cəhənnəmdə çarəsizdir. Mühit ən isti çöldən daha isti, ən qaranlıq, cansıxıcı hücrələrdən daha cansıxıcı və pisdir. İsti Rəbbimizin bir ayəsində bildirdiyi kimi, insanın ən kiçik parçası olan hüceyrələrinə qədər işləyir. İnkar edənlər üçün qovurucu istiyə qarşı bir qoruyucu, rahatlanmaq və ya sərinləmək imkanı yoxdur. Bunlarla bərabər cəhənnəmdə duyğu üzvlərinin dünya həyatındakından daha həssas və qüvvətli olduğu bir həyat var. Dünyada hiss edilən ağrıların bir çoxu qısa bir müddət sonra yüngülləşməyə başlayır, yaralar yaxşılaşır, hətta çox şiddətli ağrı verən bir çox yanıqların yaraları belə bir müddət sonra sağalıb bitişir. Cəhənnəmdə isə insan ağrı - acını bütün mümkün hallarda və həmişə, özü də ən şiddətli dərəcədə hiss edir və bu ağrı -Allahın diləməsi xaricində - heç vaxt bitmir.
Dünyada insanın qarşılaşdığı pis və baxımsız məkanların digər bir hikmətini isə bu nümunə ilə izah edə bilərik: İnsan unutqanlıq və ya diqqətsizlik səbəbi ilə bir yeri təmizləməyə bilər. Ancaq o, haqqında bəhs edilən pis məkanı görən kimi Allahın ona əslində nə qədər böyük bir lütf etdiyini və bunun müqabilində də özünün nə qədər səhv davrandığını anlayır. Çünki Allah ona yaşaya biləcəyi ideal bir yer vermişdir və o  bu yerdə  bir qonaqdır. Buna görə də ona verilən hər neməti ciddi qorumalı və Allaha şükrünü əməlləri ilə də göstərməlidir. Əks halda o, Allahın razı olmayacağı şəkildə hərəkət etmiş olur. Bunu düşünən mömin o an səhvini anlayaraq Allaha sığınır, lazımi təmizliyi edərək xətasının əvəzini ödəyir və bir daha belə bir xətaya düşməməyə çalışır.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?