İSLAMA XİDMƏT
   
 
  17. Bilgi - 17
TƏZYİQİNİZ DÜŞDÜYÜNDƏ
BƏDƏNİNİZDƏ NƏLƏR OLDUĞUNU BİLİRSİNİZMİ?
 
Gün ərzində tez-tez "təzyiqim düşdü" ya da "təzyiqim yüksəldi!" sözləriylə qarşılaşırıq. Lakin təzyiqinizi tənzimləmə vəzifəsinin böyrəklərinizə aid olduğunu bəlkə də heç biriniz bilmirsiniz.
Böyrəklər insan bədənindəki xeyli çox vəzifələrinin yanında qan təzyiqini, yəni təzyiqi nizamlama vəzifəsini də daşıyırlar. Qan təzyiqini təyin edən ən əhəmiyyətli faktorlardan biri damarların içində olan maye miqdarıdır. Damarların içindəki maye nə qədər çox olsa təzyiq də o dərəcə yüksələr və bədəndəki bütün orqanlara zərər verər.
Bədənin damarlardakı çox mayeni qəbul etməsi ürəyin ön otaqcıqlarına yerləşdirilmiş qəbul edicilər sayəsində olur. Ürəyin, içinə girən çox miqdarda mayeylə gərilməsi nəticəsində ürəkdəki qəbul edicilər beyinə vəziyyətlə əlaqədar siqnallar göndərirlər. Beyin buna qarşı böyrəyə gedən damarları nizamlayaraq qanın süzülməsini artırır. Yüksək təzyiq, yəni damarlardakı maye miqdarının artması, insan üçün olduqca təhlükəli bir vəziyyət meydana gətirir. Əgər bir tədbir alınmazsa nəticə ölümdür. Artan qan təzyiqi ürəyin daha çox gərilməsinə səbəb olur. Bu gərilməklə əzələ liflərinin də araları açılar və liflərin içinə hapsedilmiş olan mesaj molekulları sərbəst qalaraq qana qarışar. Ardından bu mesaj qan yoluyla böyrəklərə çatar. Buna bağlı olaraq bədəndən atılan maye miqdarı da artar. Beləcə qan təzyiqi normal səviyyəyə enər və ürək sağlam olaraq atmağa davam edər.
Qandakı təzyiq səviyyəsinin təşkil edilməsində böyrəyin sahib olduğu rol bu qədərlə də bitməz. Təzyiqin aşağı olduğu vəziyyətlərdə də böyrəkdəki çox xüsusi quruluşda bir hüceyrə olan JGA - dan "renin" adlı bir maddə sekresiyalanar. Ancaq bu maddənin doğrudan özünün təzyiq yüksəldici təsiri yoxdur. Bu maddə çıxarıldığı yerdən çox daha fərqli bir yerdən, qaraciyərdən sekresiyalanan "anjiotensinojen" adlı bir molekulla birləşərək "anjiotensin-1" molekuluna çevrilir. Ancaq bu ibarət olan hormonların da təzyiq üzərində çox ciddi bir təsiri yoxdur. Qan dövranında olan bu hormon daha sonra yenə fərqli bir orqanda, ağciyərdə olan "ACE" adı verilən və yalnız "anjiotensin-1" molekulunu parçalamağa yarayan bir ferment sayəsində daha fərqli bir molekul olan "anjiotensin-2" molekuluna çevrilir.
Damarlar üzərində təsir göstərib təzyiqi normal səviyyəyə çıxaracaq olan əsl hormon da son nöqtədə çıxarılan bu molekuldur. Bu molekul meydana gəlməzsə özündən əvvəl çıxarılmış heç bir hormonun təzyiq üzərində bir təsiri olmayacaq. Anjiotensin-2 molekulu yenə yalnız özüylə birləşmək üzrə damar səthində olan qəbul edicilərlə birləşdikdən sonra damarların büzülməsini və təzyiqin yüksəlməsini təmin edir.
Burada diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə, bu maddələrin təsirlərinin bir-birlərinə bağlı olmasıdır. Birinin olmaması digərinin də olmaması mənasına gəlməkdədir. Belə bir vəziyyətdə yalnız tək bir mərhələsinin belə təsadüflərlə meydana gəlməsi mümkün olmayan belə bir sistemin bütün işçilərinin eyni anda, eyni bədəndə təsadüflərlə meydana gəlməsi qeyri-mümkündür. Təsadüflərin böyrəklərə anlama qabiliyyətini, tədbir almaq üçün lazımlı olan qərar səlahiyyətini qazandıra bilməyəcəyi isə müzakirə edilməzdir. Bütün bu detallı strukturların eyni anda var olması, onların Allah tərəfindən yaradılmış olduqlarının açıq bir göstəricisidir.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?