İSLAMA XİDMƏT
   
 
  18. Bilgi - 18
DARVİNİZMİN NƏ BÖYÜK BİR BOŞ SÖZ OLDUĞUNU GÖRMƏK ÜÇÜN YALNIZ BİR NÜMUNƏ YETƏR!
 
Darvinizm, təsadüfən meydana gələn milyonlarla hadisənin, cansız maddələri canlandırdığını, qüsursuzca işləyən, əksiksiz dizayna sahib strukturları meydana gətirdiyini qarşıya qoyan, son dərəcə məntiqsiz bir iddiadır. Darvinizmin nə qədər böyük bir boş söz olduğunu görmək üçün bu nümunəni oxumanız belə kifayətdir.
Qandakı daşıyıcı zülallardan biri olan albumin, xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsini və pensilin kimi dərmanları özünə bağlayar. Daha sonra qanla birlikdə bədəndə gəzərək, yığdığı zəhərləri qaraciyərdə zərərsiz hala gətirilmək üzrə buraxar, qida maddələrini və hormonları isə lazımlı olduqları yerlərə aparar.
İndi bir düşünün və özünüzə bu sualları soruşun:
m Albumin kimi atomlardan meydana gəlmiş, heç bir məlumatı, şüuru olmayan bir molekul necə olur ki, yağları, zəhərləri, dərmanları, qida maddələrini bir-birindən ayırd edə bilir?
m Dahası, necə olur ki, qaraciyəri, ödü, mədəni tanıyıb, daşıdığı maddələri çaşmadan, yanılmadan, heç səhv etmədən hər səfərində doğru yerə və ehtiyac nisbətində buraxa bilir?
Qanda daşınan zəhərli maddələri, dərman və qida maddələrini mikroskopda görsəniz -tibb təhsili almadınızsa- bunları siz belə bir-birindən ayıra bilməzsiniz. Hansı orqana hansının nə qədər miqdarda buraxılması lazım olduğunu isə qətiliklə təsbit edə bilməzsiniz.
İnsanların böyük bir əksəriyyətinin, xüsusi bir təhsil almadıqca bilməyəcəkləri bu məlumatları, şüursuz bir neçə atomun birləşməsindən ibarət olan albumin molekulu bilməkdə və milyonlarla ildir bütün insanların bədənində vəzifəsini qüsursuzca yerinə yetirməkdədir. Şübhəsiz bir "atom birliyinin" belə bir şüur göstərə bilməsi, Allahın sonsuz qüdrəti və elmi ilə reallaşmaqdadır.
 
"Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!" ("Taha"surəsi, ayə 98)
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?