İSLAMA XİDMƏT
   
 
  2. Axirətin xatırladılması

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 2      (01. 05. 2008)
 
 
AXİRƏTİN XATIRLADILMASI
“Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!”
(“Bəqərə” surəsi, ayə 48)
 
Cahil cəmiyyətdəki insanların başlıca iman məsələlərindən biri axirətin varlığına kifayət qədər inanmamasıdır. Axirəti varlığı şübhəli bir “təmənna” kimi görürlər. Sanki həqiqətdə belə bir şey yoxdur, insanlar bunu ölüm mövzusunda özlərinə təsəlli vermək üçün “uydurmuşlar”. Həmçinin inkarçı sistemin ideoloqları bu ideyanı tez – tez irəli sürürlər.
Cahil toplumun axirətə olan imandakı zəifliyinin ən böyük göstəricisi ölüm haqqında danışıldıqda yaxud da bir yaxınları öldükdə göstərdiyi rəftardır. Inkarçı şaxslər ölüm haqqında danışmağı heç sevməz, bu mövzudan söz düşəndə onu tez bitirmək və ya başqa bir mövzuya keçmək istəyərlər. Axirətə tam inanan bir insan, yəni mömin isə ölüm qarşısında üzülməz. Həyatı Allah vermişdir və yenə O geri alır. Bunun üçün üzülməyə də dəyməz: ölən insan yoxluğa deyil, əbədi yurduna gedir. Ancaq axirətə olan imandakı zəiflik cahilin axırına çıxır. Bir yaxınları öldükdə bir – birinə “üzülmə, yaxşı insan idi, inşallah Cənnətə gedər” kimi Quran məntiqinə uyğun sözlər deyirlər, amma heç birinin qəlbi həqiqətdə axirətə iman etmədiyi üçün bu sözləri ürəkdən söyləmirlər. Ürəklərində dünyanın gerçək olduğuna, axirətin isə buludların arxasındakı mifoloji əfsanədən başqa bir şey olmadığına dair ibtidai və yanlış inanc var. Qurandakı ifadə ilə desək, “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.” (“Rum” surəsi, ayə 7) Halbuki axirət həqiqətin özüdür, aldadıcı və şübhə oyadacaq bir şey varsa, o da dünya həyatıdır. Cəhənnəm əhlindən “…Yer üzündə neçə il qaldınız?” deyə soruşulduqda onlar “bir gün, yaxud bir gündən də az!” deyə cavab verəcəklər. Buna müqabilində Allah buyuracaq: Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (“Muminun” surəsi, ayə 112 – 115)
Allah insanın nəfsinə verdiyi bütün istəkləri nemətləri ilə qarşılayır. Məsələn, insan yemək və içmək istəyir. Allah yeməklər və içkilər yaratmışdır. Insan qarşılıqlı sevgi, hörmət və ünsiyyətdən çox böyük zövq alır. Allah insanları, qadını və kişini yaratmışdır. Insan gözəllik, estetika istəyir. Allah bütün kainatı və dünyanı gözəlliklərlə bəzəmişdir. Qeyd etmək lazımdır ki, Allah insana bir istək verməkdə məqsədi də ona o neməti göstərmək istəməsidir. Bir İslam dahisi bunu “Vermək istəməsə, istəmək verməzdi” sözü ilə ifadə edir.
Bütün bunlarla yanaşı insan sonsuza qədər yaşamaq istəyir. Amma inkarçıların məntiqinə görə, bu istək ölüm səbəbindən təmin edilməz. Halbuki bu, onlara aid batil və xətalı bir düşüncədir. Həqiqətdə Allah axirəti və insanı əbədi bir həyat sürəcək şəkildə yaratmaqla insanın bu istəyini də cavabsız qoymamışdır. Ölüm sadəcə bir keçid qapısıdır. Insanın müvəqqəti və aldadıcı bir yurd olan dünyadan çıxıb axirətə tərəf gedən səfərində ilk mərhələdir. Əsl olan ruhdur, bədən deyil. Ölümlə birlikdə ruh canlı qalır, ancaq görünüş dəyişir. Insanların etdikləri əməllərinə görə cəza və mükafat alması da axirətdə olur. Dünya həyatında bir mömin üzülüb çətin şəraitlə üzləşərkən inkarçılar çox böyük bir zənginlik, rahatlıq içində həyatlarını sürə bilirlər. Bu, dünya həyatındakı bir imtahandır. Ancaq Allahın sonsuz ədaləti möminin mükafatlandırılmasını, inkarçıların isə əzaba düçar edilməsini buyurur. Bu isə böyük bir məhkəmədə, məhşər günü ediləcək hesabla qərara bağlanacaq və mömin üçün Cənnət, kafir üçün isə Cəhənnəm əbədi məkan olacaqdır.
  
GERÇƏK MƏSKƏN:
AXİRƏT
Bir çox insanlar yer üzündə qüsursuz və gözəl bir həyatın yaradıla biləcəyini zənn edir. Kifayət qədər maddi imkanlar aldə etdikdə bu dünyadakı həyatın insanı tamamilə təmin edə biləcəyini və onu xoşbəxt edəcəyini düşünür. Daha geniş yayılmış bir mülahizəyə görə, insan maddi zənginlik, “xoşbəxt bir ailə” və digər insanların gözündə hörmət qazandığı zaman qüsursuz bir həyat qurmuş olur.
Halbuki Allah Quranda bizə belə bir düşüncə, belə bir dünyagörüşü vermir. Əksinə, Quranda bildirildiyinə görə, yer üzündə yaşadığımız həyat heç vaxt qüsursuz, gözəl və problemsiz ola bilməz. Çünki bu həyat belə də planlaşdırılmışdır.
“Dünya” sözünün kökü bu mənada çox əhəmiyyətlidir. Bu söz ərəb dilindəki “dəniyə” sifətindən törəyib. “Dəniyə” isə “alçaq”, “aşağı”, “bəsit”, “dəyərsiz” kimi mənalara gəlir. Belə olduqda “Dünya” sözü də bu sifətləri əhatə edən məkan mənasını daşıyır.
Dünyanın dəyərsiz olması və mənasızlığı Quranda tez – tez qeyd olunur. Dünyanı bəzəyən bütün amillər, zənginlik, fəaliyyət, ailə, övladlar, uğur və s. Qurana görə, əslində müvəqqəti, aldadıcı və boş bir şeydir:
“Bilin ki, dünya həyatı oyun – oyuncaq, bər – bəzək, bir – birinizin qarşısında öyünmək və mal – dövləti, oğul – uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör – çöpə döndüyünü görərsən. Dünya malına aldananları axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir.” (“Hədid” surəsi, ayə 20)
İnsanın dünya ilə bağlı necə aldandığı, necə bir özünüaldatmaya qapıldığı başqa bir ayədə belə izah edilir:
“Lakin siz dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.” (“Əla” surəsi, ayə 16 – 17)
Əsas məsələ də yuxarıdakı ayədə bildirildiyi kimi, dünyanın axirətdən üstün tutulması ilə başlayır. Çünki insanlar dünyanı axirətdən üstün tutmaqla Allahın vədindən və beləliklə də Allahdan üz çevirmiş olurlar. Allah Quranda bu insanları “Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların” (“Yunus” surəsi, ayə 7) kimi təqdim edilir və bunların Cəhənnəmə gedəcəklərini xəbər verir.
Əlbəttə, dünya həyatının qüsur və çatışmazlıqları bu dünyada gözəlliklərin olmaması demək deyil. Əksinə, Allah dünyanı Cənnəti xatırladacaq çox gözəl nemətlərlə doldurub. Lakin dünya həyatında bu gözəlliklərlə yanaşı Cəhənnəmə aid olan qüsurlar və çirkinliklər də var. Dünyadaki imtahan şəraitinin hikmətinə görə, Cənnətə və Cəhənnəmə aid olan xüsusiyyətlər qarışıqdır və birlikdədir. Beləliklə, möminlər həm Cənnət, həm də Cəhənnəm haqqında təsəvvür əldə edir, həm də özlərini dünyadakı qısa və müvəqqəti həyata qurban vermək əvəzinə həqiqi, qüsursuz, nöqsansız və əbədi həyat olan axirətə üz tuturlar. Allahın qulları üçün seçib bəyəndiyi həyat da elə bu axirət həyatıdır. Axirət Quranda insanların həqiqi və əbədi məskəni kimi göstərilir.
Elə buna görə də axirəti qazanmaq, yəni Cənnətə qovuşmaq üçün çox çalışmaq lazımdır. Allah inanan qullarına bunları əmr etmişdir:
“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.” (“Ali – İmran” surəsi, ayə 133)
 
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Quranda təbliğ” və “Dünya həyatının həqiqətləri” adlı əsərlərindən götürülərək hazırlanmışdır.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?