İSLAMA XİDMƏT
   
 
  2. Bilgi - 2

BƏDƏNİNİZDƏ, 20 DƏQİQƏDƏ BİR MİLYON SƏHİFƏ

DOLUSU MƏLUMATI KOPİYALAMA QABİLİYYƏTİNƏ SAHİB

BİR MAŞIN OLDUĞUNU BİLİRDİNİZMİ?

 

Bilindiyi kimi hüceyrələr bölünərək çoxalırlar. Bu bölünmə əsnasında, hüceyrənin nüvəsində olan DNT - nin də yeni hüceyrə üçün bir kopiyasının alınması lazımdır. Bu kopiyalanma əsnasında, üzərində düşünülməsi lazım olan son dərəcə təəccüblü bir hadisə reallaşır.

DNT, 3 milyard hərfdən ibarət olan, canlı ilə əlaqədar bütün məlumatları saxlayan müəzzəm böyüklükdə bir məlumat bankıdır. DNT - dəki məlumatları yazılı hala gətirsək, cəmi 1 milyon səhifədən ibarət olan təxminən 1000 cildlik bir ensiklopediya ardıcıllığı əldə edərik. Elə isə DNT - nin kopiyalanması, 1 milyon səhifəlik yazının və ya digər bir ifadə ilə 1000 cild ensiklopediyanın kopiyalanması ilə eyni şeydir.

Yaxşı bu kopiyalama əməliyyatı nə qədər sürər bilirsinizmi?

20 ilə 80 dəqiqə arasında.

Diqqət yetirin, bu, 1 milyon səhifə dolusu yazının 20 ilə 80 dəqiqə arasındakı bir müddətdə, heç bir səhv və əskiklik olmadan kopiyasının alınması deməkdir. Bu gün bilinən heç bir fotokopiya maşını və ya texnoloji məhsul, bu qədər qısa müddətdə bu qədər səhvsiz və əskiksiz bir kopiyalama əməliyyatı reallaşdıra bilməməkdədir. Və diqqət yetirin DNT - dəki məlumatları kopiyalayan texnoloji alətlər deyil, gözlə dahi görə bilmədiyimiz hüceyrələrimizdir. İndi düşünək:

Hər hüceyrə bölündüyündə DNT - nin bir kopiyasının alınması lazım olduğunu düşünən, DNT - nin ən sürətli  və ən qüsursuz şəkildə kopiyalanması əməliyyatını icra edən, səhvli əməliyyatların dərhal düzəldilməsi üçün müdhiş bir təşkil edən güc, ağıl, iradə və elm kimə aiddir?

Belə kompleks, qüsursuz və səhvsiz bir nizamın təsadüfən inkişaf etdiyini söyləmək qətiliklə ağıl və məntiq xaricidir. Kainatdakı bütün atomları və lazımlı bütün şərtləri bir araya gətirsəniz, DNT - nin kopiyalanmasını reallaşdıran sistemi təsadüfən meydana gətirə bilməzsiniz.

Çox açıqdır ki, bu qədər qüsursuz bir sistemi yaradan və milyonlarla ildir yaratmağa davam edən sonsuz elm, ağıl və güc sahibi olan Allahdır.

 

"Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir." ("Nisa" surəsi, ayə 126)

 

 

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?