İSLAMA XİDMƏT
   
 
  2. Nə üçün Elmin Yalanladığı Bir Nəzəriyyəni hələ Müdafiə edirlər?

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)

 
Nə üçün Elmin Yalanladığı Bir Nəzəriyyəni hələ
Müdafiə edirlər?
 
Hal-hazırda xeyli çox elm adamı, elmi gerçəklərə baxmayaraq nə üçün hələ təkamül nəzəriyyəsini və materializmi müdafiə etdiklərini əslində açıqca etiraf etməkdədir. Məsələn Philip Johnson, təkamül nəzəriyyəsinin qızdırmalı müdafiəçilərindən və günümüzün ən tünd materialistlərindən biri olan Harvard Universitetindən genetikçi Richard Lewontinin bir elm adamı olaraq məqsədini ifadə etdiyi cümləsini köçürmüş və bu şərhi etmişdir:
Əsl problem insanlara ən yaxın ulduzun nə qədər uzaqlıqda olduğunu göstərmək və ya hansı genlərin hansı məlumatı ehtiva etdiyi haqqında məlumat vermək deyil… Əsl problem insanların dünya iləəlaqədar irrasyonel və təbiət üstü şərhləri rədd etmələrini təmin etməkdir. İnsanların öyrənməsi lazım olan, istər bəyənin istər bəyənməyin, budur: "Biz, bütün fenomenləri maddələrin arasındakı maddi əlaqələrdən doğan, maddi bir dünyada yaşayan, maddi varlıqlarıq". Digər bir deyişlə insanlar Allahın varlığını inkar edən materializmə inanmalıdır... (Phillip E. Johnson, Objections Sustained, İntervasity, 1998, USA, s. 69-70)
Lewontinin bu ifadələri, materialist fikiri müdafiə edənlərin əslində necə əyri bir məntiq anlayışına sahib olduqlarını da göstərməkdədir. Çünki bu gün elmin ortaya qoyduğu gerçəklər, materializmin qarşıya qoyduğu iddiaların ağıl və məntiqə zidd olduğunu ortaya qoymuşdur. Amma materialistlər hər cür elmi dəlilə baxmayaraq, kor-koranə bağlandıqları inanclarını qorumaqda qərarlıdırlar və bu uğurda xidmətlərini davam etdirməkdədirlər. Sydney Universitetindən, antropoloq Dr. Michael Walker də təkamül nəzəriyyəsinə nə üçün xidmət edildiyini belə açıqlamaqdadır:
Bir çox elm adamı və texnologiya ekspertinin Darvinin nəzəriyyəsinə təsdiq verir olmalarının tək səbəbinin, bu nəzəriyyənin Yaradıcının varlığını rədd etməsi olduğunu qəbul etmək məcburiyyətindəyik. (Dr. Michael Walker, Quadrant, Ekim 1982, s.44)
Darvinizmin elm xarici iddialarını rədd edən hörmətli elm adamı Phillip Johnson isə, Darvinizmin nə üçün elmin dinsiz liderləri üçün "yeri doldurulmaz" bir əhəmiyyəti olduğunu və nə üçün hər nə bahasına olursa olsun onu qorumağa çalışdıqlarını belə izah edər:
Müasir elmin liderləri, özlərini 'dindarlara' -yəni bir Yaradıcının var olduğuna inananlara- qarşı girişilən bir döyüşün qabaqcılları olaraq görməkdələr… Darvinizm isə, 'dinə' qarşı girişilən bu döyüşdə yeri doldurulamaz ideoloji bir rol oynamaqdadır. Elə bu səbəblə bu gün elm ətrafları, Darvinizmi test etməyi deyil, nə olursa olsun qorumağı özlərinə məqsəd hesab etmişlər. Elmi araşdırmaların qaydaları da, bu ideologiyanı təsdiqləyəcək şəkildə təyin olunmaqdadır. (Phillip Johnson, Darwin on Trial, 2.b. Illinois:Intervarsity Press, 1993, s.155)
Materialist və ateist fəlsəfənin ən qabaqda gələn müdafiəçiləri və bunları bütün dünyaya yaymağı özlərinə hədəf əldə edən "dinsizliyin liderləri", Johnsonun da ifadə etdiyi kimi, Darvinin təkamül nəzəriyyəsinə öz ideologiyalarına sözdə elmi bir dayaq təmin etdiyi üçün sahib çıxmışlar.
Bu vəziyyətin nümunələrinə keçmişdə, təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı günlərdə də rast gəlinmişdir. Məsələn dialektik materializmin qurucularından, din düşməni Friedrich Engels təkamül nəzəriyyəsinin, öz müdafiə etdiyi fikirlər baxımından nə qədər əhəmiyyətli olduğunu dəfələrlə ifadə etmişdir. Engels, Darvinin Növlərin Mənbəyi kitabını oxuduqdan sonra belə demişdir:
Bizim nəzəriyyəmiz təkamülün nəzəriyyəsidir, əzbərlənəcək və mexaniki olaraq təkrarlanılacaq bir dogma deyil. (Karl Marx-Friedrich Engels, Seçme Yazışmalar 2, 1870-1895, Sol Yayınları, birinci Baskı, Ekim 1996, Ankara, Çev:Yurdakul Fincancı, (Kitabın orjinali Moskova 1975 basımı) (Marx and Engels Corespondence, International Publishers, 1968, Letter from Engels to Florence Kelley Wischnewetsky))
Dialektik materializmin digər məşhur adı Karl Marx isə, yaxın dostu Friedrich Engelsə yazdığı bir məktubda Darvinizm haqqındakı düşüncələrini belə ifadə etmişdir:
Bizim görüşlərimizin təbii tarix təməlini ehtiva edən kitab elə budur. (Conway Zirkle, Evolution, Marxian Biology and The Social Science, University of Pennsylvania Press, 1959, s.527)
Amerikalı botanika professoru Conway Zirckle isə, kommunizmin qurucuları olan Marx və Engelsin Darvinizmi nə üçün mənimsədiklərini aşağıdakı sözləriylə açıqlayar:
Marx və Engels, təkamül nəzəriyyəsini, Darvinin Növlərin Mənbəyi adlı kitabı nəşr olunar olunmaz mənimsədilər… Təkamül, kommunizmin qurucuları üçün, insanlığın fövqəltəbii bir gücün müdaxiləsi olmadan necə ortaya çıxmış ola biləcəyi sualına gətirilən cavab idi və səbəbindən müdafiə etdikləri materialist fəlsəfənin təməllərini dəstəkləmək üçün istifadə edilə bilərdi. Dahası, Darvinin təkamülü şərh etmə forması -yəni təkamülün bir təbii seleksiya müddəti içində inkişaf etdiyi nəzəriyyəsi- onlara o zamana qədər hakim olan teolojik (dini) düşüncələrə etiraz etmə fürsəti verirdi. Təbii seleksiya nəzəriyyəsi sayəsində, elm adamları orqanik dünyanı materialist bir terminologiya ilə şərh etmə şansı əldə etmiş olurdular. (Conway Zirkle, Evolution, Marxian Biology and The Social Science, University of Pennsylvania Press, 1959, s.85-86)
Bu ifadələrdən də açıqca aydın olduğu kimi, materialist bir dünya görüşünə sahib olan Marx və Engelsin, Darvini dəstəkləmələrinin ardındakı tək səbəb dinə olan düşmənlikləri idi. Əslində elmi baxımdan heç bir dəyəri olmayan, yalnız Darvinin təxəyyülündən qaynaqlanan bəzi mexanizmlərə israrla sahib çıxmaları bu üzdən idi. Necə ki Friedrich Engels bir kitabında Darvinin nəzəriyyəsini nə üçün əhəmiyyətli gördüyünü belə ifadə etmişdi:
Darvin, bütün orqanik varlıqların, bitkilərin, heyvanların və insanın özünün, milyonlarla ildir olan bir təkamül müddətinin məhsulları olduğunu sübut edərək metafizik təbiət fikirinəən ağır zərbəni endirdi. (Marx - Engels, Seçme Yapıtlar 3, Sol Yayınları, s. 156)
Görüldüyü kimi Engels, təkamül nəzəriyyəsinin yer üzündəki milyonlarla növ canlının necə var olduğunu açıqlaya bildiyini zənn etmə yanılmasına düşmüşdü. Amma Darvinin nəzəriyyəsinin sübut edilmiş olduğunu zənn edən və dövrünün elmi baxımdan geri qalmışlığını ortaya qoyan yalnız Engels deyildi. Keçmişdə yaşamış kommunist və dinsiz liderlərin ən qanlısı olaraq bilinən Cozef Stalin də otobiyografisinde təkamül nəzəriyyəsinə verdiyi əhəmiyyətə belə diqqət çəkmişdi:
Məktəblərdəki şagirdlərimizin zehinini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Dünyanın yaşını, jeolojik orijinini və Darvinin təlimlərini. (Kent Hovind, The False Religion df Evolution,
http://www.hsv.tis.net/ke4vol/evolve/ndxng.html (Bu kitap sadece internette yayınlanmıştır)
Görüldüyü kimi materialist inanışa sahib fikir axınlarının və Darvinin təkamül nəzəriyyəsinin ortaq olduqları nöqtə dinsizlikdir. Bu fikir axınlarını müdafiə edənlərin yeganə məqsədləri insanların hamısına Allahın varlığını inkar etdirə bilməkdir. Allah, "Biz, onları cəhənnəm oduna çağıran rəhbərlər etdik.Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir!" (Qəsəs Surəsi, 41) ayəsiylə insanların inkar etmələri üçün səy sərf edən bu liderlərin varlığını Quranda bildirməkdədir. (Detallı məlumat üçün baxın. Dinsizliyin "Atəşə Çağıran" Liderləri hissəsi)
Ancaq Allah başqa bir ayədə, insanları inkara sürüyənlərin uğrayacaqları sona da bu şəkildə diqqət çəkməkdədir:
 
… Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalim kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinəən pis cəza ilə cəzalandıracağıq! (Ən'am Surəsi, 157)
 
Materializmin çökerdilməsi, eyni zamanda dünya üzərində gün keçdikcə daha çox yayılan dinsizliyin ortadan qaldırılması mənasına da gəlməkdədir. Bunun üçünsə, insanlara maddənin əzəli və əbədi olmadığının izah edilməsi və təkamül nəzəriyyəsinin elmi baxımdan tamamilə etibarsız bir nəzəriyyə olduğunun eşitdirilməsi lazımdır. Bu sayədə Allahın varlığını inkar edən düşüncə sistemlərinin hamısı yox edilmiş olacaq.
Bu, materializmi gözləyən qaçınılmaz sondur. Allahın bir ayəsində bildirdiyi kimi; "Şübhəsiz ki, bunların yapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" (Ə'raf Surəsi, 139)
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın ““Dinsizliğin dini” ilə mücadele” adlı əsərindən götürülərək hazırlanmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?