İSLAMA XİDMƏT
   
 
  2. Silva

Silva

2. Ömrünün 22 ilini dəmir barmaqlıqlar arasında keçirən, Silva ləqəbi ilə məşhur olan Azərbaycan qadını bu etirafı etmişdir:
“İndi doğrusu ötən günlərimin xatirəsiylə yaşayıram. Geriyə - keçib gəldiyim o yollara xəyalən dönə - dönə qayıdıram. Bu yollarda nələr itirdiyimi göz önünə gətirdikcə dəhşət məni bürüyür. Gəncliyim, ömrümün ən mənalı illəri bada gedib. Neçə - neçə yaxınlarımı, dostlarımı əlimdən aldı Oğru Dünyası. Ancaq onu da deməliyəm ki, bu aləmdə qazancım da olub. Etibar, sədaqət, sözübütövlük öyrədib mənə o aləm. Dar gündə öz həyatı bahasına dostuna, yaxınına arxa durmağı bacaran adamlarla tanış olmuşam. Xoşbəxt günlər də yaşamışam, əzab - əziyyətlərə də düçar olmuşam. Sözsüz ki, itirdiklərimlə müqayisədə qazandıqlarım dəryanın damlaya nisbəti kimidir...
Nəsə, bu da mənim taleyimdi görünür. Qismətdən qaçmaq mümkünsüz bir işdir.
Keçib gəldiyim o ömür yolunun acısı da, şirini də mənimdi. Bu mənim qismətimdi. Bəlkə də başqa cür də yaşaya bilərdim. Həyatım tamam başqa şəkildə də ola bilərdi.
Hər halda heç kimə belə bir tale arzulamazdım....” 

(Bu yazılar Müşfiq Zeynalovun ““Oğru dünyası” kitab 5, “Silva”” adlı əsərindən çıxarılmışdır.)

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?