İSLAMA XİDMƏT
   
 
  2. Təmizlik edərkən

TƏMİZLİK EDƏRKƏN

Səhər oyananda insanın vücudunda meydana gələn dəyişikliklər bir çox hikmət ehtiva edər. Heç istəməməsinə baxmayaraq üzü şişmiş, saçları çirklənmiş, bədənində və ağzında istənməyən qoxular meydana gəlmişdir. Güzgüdə gördüyü şişmiş üzü, dağınıq və baxımsız halı ona nə qədər aciz olduğunu göstərir. Hər insan mütləq səhərlər üzünü yumaq, dişlərini fırçalamaq və baxım etmək məcburiyyətindədir. Bu vəziyyət, Quran əxlaqını mənimsəmiş bir insana özünü digər insanlardan üstün görəcək bir yönünün olmadığını və hər cür əksiklikdən uzaq olanın yalnız Allah olduğunu xatırladır.
Ayrıca səmimi bir şəkildə Allaha yönələn bir insan, istəmədiyi bu narahatlıq verən halını güzgüdə görüncə, gözəl olan şeylərə öz gücü və istəyiylə sahib olmasının mümkün olmadığını çox daha yaxşı anlar.
Görüldüyü kimi Allah qullarını, acizliklərini xatırlamaları və Ona yönəlmələri üçün bəzi əksikliklərlə yaratmışdır. İnsanların bədənlərinin və ətraflarının qısa müddət içində çirklənməsi buna bir nümunədir. Ancaq Allah, bu əksiklikləri aradan qaldırmanın yollarını da insanlara göstərmiş və su, sabun, yuyucu kimi müxtəlif imkan və nemətləri onların xidmətlərinə təqdim etmişdir. Allah, "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr!" (İnşirah Surəsi, 5-6) ayələriylə bu gerçəyə də işarə etmişdir. Bunu da ifadə etmək lazımdır ki, nemətlərin yaradılışındakı bu sirri fərq etmək və bundan ötəri Allaha şükr etmək, yalnız üstün bir anlama və anlayış qabiliyyətinə sahib olan möminlərə verilmiş bir xüsusiyyətdir.
İstər səhər, istərsə də gün ərzində təmizlik edən bir mömin, Allahın ona verdiyi təmizləyici vəsaitlərə görə şükr edir. Allahın təmizliyi və təmiz insanları sevdiyini bildiyi üçün etdiyi işi bir ibadət olaraq görür və Allahın məmnuniyyətini qazanmağı ümid edər. Rəbbimizin Müddessir Surəsinin 4 və 5. ayələrindəki "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" şəklindəki əmrini sevərək yerinə yetirir.
Allah bir ayədə, insanların təmizlənmək və digər ehtiyaclarını ödəmək üçün göydən su endirdiyini belə bildirir:
 
... Sizi təmizləmək, şeytanın pisliklərini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Ənfal Surəsi, 11)
 
Su, insan vücudu, əşya və ev təmizliyində lazımlı olan ən əsas maddədir. Suyun adi gözlə görülə bilən çirkləri və görülə bilməyəcək qədər kiçik olan bakteriyaları təmizləmə xüsusiyyətinin yanında insanı rahatlaşdıran bir başqa xüsusiyyəti daha vardır. Su, insanın üzərində yığılan, insana yorğunluq və halsızlıq hissi verən statik elektrikin də bədəndən atılmasını təmin edər. İnsanın, bədənində yaranan statik elektriki açıq bir şəkildə görməsi mümkün deyil. Ancaq bədəndəki bu elektrik bəzən jaket dəyişərkən çıtırtı şəklində bir səslə, bir yerə toxunulduğunda kiçik bir elektrik çarpması ilə, bəzən də saç tellərinin fərqli hərəkətləri ilə varlığını hiss etdirir. İnsan yuyunduğunda isə üzərində yığılan bu statik elektrikdən xilas olur, bu səbəblə də bütün bədənində yüngüllük və rahatlıq hiss edər. Yağışdan sonra havada yaranan sərinlik və fərahlıq da, suyun havadakı statik elektriki təmizləməsindən qaynaqlanır.
Daim təmiz və baxımlı olmaq Allahın bəyəndiyi bir rəftardır. Bu həqiqəti diqqətimizi cənnətdəki insanların fiziki təmizliyinə çəkən bəzi ayələrdə də görmək mümkündür.
Allah Quranda cənnətdə olan insanların "Sədəf içində gizlənmiş inci kimi gözəl." olduqlarını xəbər verir. (Tur Surəsi, 24) Ayrıca cənnətdə insanlar üçün "tərtəmiz yoldaşlar" olduğu da müxtəlif ayələrdə müjdələnmişdir. (Bəqərə Surəsi, 25; Al-i İmran Surəsi, 15; Nisa Surəsi, 57)
Allaha iman edən insanlar, dünyada da cənnət bənzəri bir mühit meydana gətirmək istəyirlər. Allaha inanan insanlar, Allahın cənnətdə vəd etdiyi hər şeyi dünyada da mümkün olduğu qədər yaşamağa çalışır; bu səbəblə də fiziki təmizliklərinə böyük diqqət göstərirlər.
Burada üzərində dayanılması lazım olan əhəmiyyətli bir nöqtə daha vardır. Bəzi insanlar yalnız digər insanlarla birlikdə olduqlarında və ya özlərini bəyəndirmələri lazım olan mühitlərdə baxımlı olmağa diqqət göstərər; yanlarında başqaları olmayanda isə görünüşlərinə və təmizliklərinə diqqət yetirməzlər. Axşama qədər yuyunmamış çirkli bir üzlə, yaxşı iy verməyən bir ağızla və baxımsız bir bədənlə, pijamalarla gəzmək, bütün gün dağınıq qalan yataqları, qab-qacaq dolu mətbəxi adi qarşılamaq, həmişə bu xətalı məntiqin məhsullarıdır.
Bu məntiqdəki insanlar təmizliyi yalnız xaricdən baxıldığında çirkinliyin fərq edilməyəcəyi qədər səthi edərlər. Kimi insanlar da duş qəbul etməyi, çirklənən geyimlərini, dəsmallarını, çarşaflarını dəyişdirməyi, ütü etməyi ya da ortalığı toplamanı bir vaxt itkisi olaraq görər və diqqətə çarpan bir çirk meydana gəlmədikcə təmizləməyə yanaşmazlar. Çirkləndiklərində çox vaxt, xüsusilə də soyuq havalarda, yuyunmağa tənbəllik edər, bəzən yalnız saçlarını yumaqla kifayətlənərlər. Bəzi qadınların bunun üçün tapdıqları bir başqa üsul da, bərbərə gedərək yalnız saçlarını yuduzdurmaq və uyğun bir şəkil verdirməkdir. Bu saç modeli pozulana qədər də bir daha yuyunmağa ehtiyac duymazlar. Çirklənən bədənlərinin narahatlıq verici qoxusunu, istifadə etdikləri bir ətir ya da dezodorantla hiss etdirməməyə çalışırlar, amma bu üsul, çirkli bədənlərini çox daha narahatlıq verici bir hala gətirməkdən başqa bir işə yaramaz. Paltarlar üçün əhəmiyyət verdikləri təmizlik şəkli isə, yalnız xarici paltarlarının görünüşüdür. Jaketlərində, şalvarlarında ya da paltolarında ciddi bir ləkə meydana gəlmədiyi müddətcə yumazlar. Bunun xaricində siqaret, his, yemək ya da tər kimi ağır qoxuların üzərlərinə hopmasını qəbahət hesab etmir və bunu təmizləmək üçün əsaslı bir səbəb görmürlər. Belə bir qeyri - sağlam şərtlərdə bir həyat sürmək, bu məntiqi mənimsəyən gənc, yaşlı hər insana zərərdən başqa bir şey qazandırmaz. Siqaret tüstüsüylə bürünmüş mühitlərdə yaşamaqdan rəngləri saralar, dəriləri pozular, ciyərləri zərər görər. Bunlar yalnız bədənlərində gördükləri zərərlərdir. Bunun yanında davamlı olaraq dağınıq və murdar mühitlərdə, özləri kimi baxımsız və çirkli insanlarla birlikdə yaşamaq məcburiyyətində olmaları onların psixologiyasına da mənfi təsir göstərir. Zamanla gözəllikdən, estetikdən, təmizlikdən, incə düşüncədən zövq almayan laqeyd və reaksiyasız bir əxlaqa sahib olarlar. Bu vəziyyət əlbəttə ki bilərək və istəyərək etdikləri ağılsızca seçkinin nəticəsidir.
Halbuki Allah Müsəlmanları, ən gözəl və ən təmiz mühitləri hazırlamaları üçün təşviq edər. Allah inananlara yeməklərindən, paltarlarından, yaşadıqları mühitlərə qədər hər şeylərində mütləq bir təmizliyi əmr etmişdir:
 
Ey insanlar! Yer üzündəki şeylərin təmiz, halal olanlarını yeyin... (Bəqərə Surəsi, 168)
Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buurulmuşdur..." (Maidə Surəsi, 4)
 
... O Peyğəmbər, onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər...(Ə'raf Surəsi, 157)
 
Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab və əmin - amanlıq yeri etdik, sizə də: "İbrahimin durduğu yeri namazgah edin!" - dedik. İbrahimə və İsmailə də: "Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!" - deyə tövsiyə etdik. (Bəqərə Surəsi, 125)
 
... Dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir; indi içərinizdən bini bu  gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə yemək alıb gətirsin..." (Kəhf Surəsi, 19)
 
Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və təmizlik bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 13)
 
Cahil insanların meydana gətirdiyi həyat tərzi, öz əlləriylə özlərinə narahat və sağlamlıqsız mühitlər hazırlayarkən, Müsəlmanlar Quran əxlaqına uyaraq, axirətdən əvvəl dünyada da çox gözəl bir həyat yaşayarlar. Cahil insanları həm özlərinə həm də ətraflarına çətinlik verici mühitlər meydana gətirərkən, Müsəlmanlar hər insanın rahat və dinclik içində yaşayacağı, sağlam və dinc olacağı məkanlarda həyatlarını davam etdirərlər.
Qısacası mömin, Quran əxlaqının uyğun olaraq başqaları üçün deyil, Allahın bəyəndiyi və özünün də təbii olaraq rahat edən bir hal olduğu üçün təmiz və özünə fikir verir. Olduğu məkanı təmizləyərək digər insanlar üçün də rahatlaşdırıcı bir mühit meydana gətirməkdən böyük həzz alır; təmizlik mövzusunda ən kiçik bir zəiflik göstərməz; hər vaxt təmiz və baxımlı olmaq üçün əlindən gələni edir.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?