İSLAMA XİDMƏT
   
 
  20. Hekayə - 20

HEKAYƏ: 20

 Harun - ər – Rəşidin bağbanı bir gün bostandan xəlifə xidmətinə üç ədəd xiyar nübar gətirdi. Bağban xəlifənin məclisində ayaq üstə durmuşdu, ənam təmənnası var idi. Xəlifə bıçağıyla xiyarları bir – bir kəsib qabıqlı – qabıqlı hər üçün yedi. Qurtarandan sonra bağbana ənam verib yola saldı.
Nadimlərindən bir nəfər ərz elədi ki, bu gün xəlifədən qəribə əhval müşahidə olundu: üç nübar olan xiyardan bir dilim bir kimsəyə vermədi. Bunda nə hikmət var idi?
Harun dedi ki, əvvəlinci xiyarı kəsib bir parça ağzıma qoydum, gördüm ki, zəhri – qatildən bir əlamətdir. O səbəbdən onu özüm yedim, qorxdum sizə ondan təarüf edim, siz bitəəmmül deyəsiz ki, nə acı xiyardır, biçarə bağban ki, ənam fikrilə nübar gətiribdir, xəcalət çəkə. Fikir elədim ki, ikinci xiyarı kəsərəm, əgər şirin çıxsa, onu sizə təqsim elərəm. Ol dəxi acı çıxdı. Üçüncü xiyar olardan bədtər çıxdı. O səbəbdən sizə vermədim. Və illa, mən elə qarınqulu deyiləm.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?