İSLAMA XİDMƏT
   
 
  22. Bilgi - 22
TƏNƏFFÜS YOLLARINDA SƏHVSİZ YÖN TƏSBİTİ
EDƏ BİLƏN TÜKCÜKLƏR
 
Nəfəs alarkən əslində havayla birlikdə bir çox tozu da tənəffüs etmiş oluruq. Ancaq bədən üçün zərərli olan bir çox maddə ağciyərlərə çata bilmədən müəyyən təhlükəsizlik qapılarında tutularaq təsirsiz hala gətirilir.
Burundan bronxlara qədər bütün tənəffüs yollarının səthi mukus adlı bir təbəqəylə örtülüdür. Tənəffüs yollarının səthini nəmləndirici xüsusiyyətə sahib olan bu maddə, havayla birlikdə tənəffüs edilən toz kimi kiçik maddələri tutaraq, ağciyərə girmələrinə mane olar. Ancaq bu xarici maddələrin mukus tərəfindən tutulduqdan sonra, tənəffüs yollarında yığılmaması üçün çölə atılmaları lazımdır. Bunun üçün də bir başqa təhlükəsizlik mexanizmi dövrəyə girər.
Bu mexanizmdə tənəffüs yolları səthini örtən silya adındakı iti uclu qamçılar vəzifə alır. Tənəffüs yollarının səthindəki hüceyrələrin hər birinin üstündə 200 silya olur. Bunlar saniyədə 10-20 vuruş edərək yutağa doğru davamlı bir çarpma hərəkətinin meydana gəlməsini təmin edərlər. Bu bölgədəki silyaların hərəkət yönləri həmişə yutağa doğrudur. Bu şəkildə içində xarici maddə saxlayan mukusun dəqiqədə 1 sm sürətlə yutağa doğru irəliləməsini təmin edərlər. Burundakı silyalar isə olduqları bölgədə mukusun bu dəfə aşağı doğru hərəkət etdirilməsi lazım olduğunu bilirlər və tam əks yönə qamçı hərəkəti edərlər. Beləcə burundakı mukusta yer alan maddələrin yutağa gəlməsini təmin edərlər. Daha sonra içində xarici maddələr olan mukus ya udularaq həzm sisteminə göndərilir ya da öskürəklə bədəndən çölə atılır.
Bu nümunələrdən aydın olduğu kimi silya adlı tükcüklər, görmək üçün gözləri, düşünə bilmək üçün beyinləri olmamasına baxmayaraq özlərinə müqayisə ilə kilometrlər tərəfindən uzaqdakı yutağın yerini təsbit edə bilməkdədirlər. Bunun yanında xarici maddələrin ağciyərə göndərilməsinin bədənə zərər verəcəyini bilməkdə və olduqları bölgədə buna maneə törədəcək şəkildə, bir-birləri ilə tam bir uyğunlaşma içində, həmişə lazım olan yöndə hərəkət etməkdədirlər.
Elm adamlarının müxtəlif təcrübələrlə, fərqli vasitələr istifadə edərək, uzun illərdir sürən araşdırmalarına baxmayaraq iş mexanizmini tam olaraq kəşf edə bilmədikləri bu metrin 2 milyonda biri boyundakı tükcüklər, yer üzündə ilk insan var olduğundan bəri qüsursuz bir mexanizmlə çalışmaqdadırlar. Onlar özlərini yaradan Allahın ilhamı ilə hərəkət etdikləri üçün heç bir təsadüf zəncirinin meydana gətirə bilməyəcəyi qədər mükəmməl bir işləyişə sahibdirlər.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?