İSLAMA XİDMƏT
   
 
  24. Bilgi - 24
DOĞUM SANCILARININ
VƏ ANA SÜDÜNÜN QAYNAĞI:
BEYİNDƏ ÇIXARILAN BİR HORMON
 
Hamiləlik müddəti tamamlandığında birdən-birə başlayan doğum sancıları yeni bir həyatın başlanğıcını müjdələrlər. Oksitosin adlı bir hormon isə doğum sancılarını başladan və bu hadisənin ilk xəbərçisi olan maddədir.
Beyindən sekresiyalanan (salgılanan) bu hormon təsirini başlıca iki yerdə göstərir. Birincisi ana rəhmini meydana gətirən əzələlər, ikincisi isə sinədə yaranan ana südünün sekresiyalanmasını təmin edən əzələ quruluşundakı hüceyrələrdir.
Doğum əsnasında ana rəhminin təsirli olaraq sıxılması doğumun reallaşa bilməsi üçün son dərəcə əhəmiyyətlidir. Elə bu hormon, rəhmi meydana gətirən əzələlərin çox güclü bir şəkildə sıxılmasını təmin edər. Ancaq bunu 9 ay 10 günlük müddət dolduğunda edər. Nə erkən nə də daha gec... Çünki hər iki vəziyyət də körpənin həyatını təhlükəyə ata biləcək. Zaman gəldiyində beynə rəhmin ağızındakı alıcılardan siqnallar göndərilir. Bu siqnalları alan beyin isə çox uzaqlarda ana rəhmindəki alıcılara tam uyğun olan oksitosini çıxarar və tam hədəfə çatacaq şəkildə göndərir.
Bütün bunların yanında, oksitosin hormonunun ayrı bir vəzifəsi daha vardır. Dünyaya gəlmiş olan körpənin bəslənməsi üçün ana südünün sekresiyalanmasını (salgılanmasını) da təmin edər və körpə bu süd ilə bəslənir.
İndi düşünək.
Beynimizin kiçik bir hissəsindəki hüceyrə, görəsən ana rəhmi üçün doğumu asanlaşdıracaq olan hormonu çıxarmağa necə qərar vermişdir?
Bu hormon, necə olur ki, bütün bədən içində yolunu tapa bilməkdə, hər hansı başqa bir orqana deyil də yalnız ehtiyac duyulan yerə gedə bilməkdədir?
Körpənin həyatda qala bilməsi üçün 9 ay 10 gün ana rəhmində yetişkinləşməsi lazım olduğunu bilən və başqa sözlə bu mexanizmi tam zamanında hərəkətə keçirən ağıl kimin ağılıdır?
Körpənin bəslənməsi üçün südə ehtiyacı olduğunu düşünən və bu südü ana bədəninə salgılattıran sistemi quran oksitosin hormonunun özüdürmü?
Oksitosin hormonu, bədənimizdə olan minlərlə hormondan yalnız biridir. Bunun kimi hər bir hormon, çox böyük bir təşkilat reallaşdırır; həyati qərarlar verir; bunları tətbiqə keçirir; hüceyrələrlə xəbərləşir; bədənin ehtiyacı olan sekresiyanı meydana gətirir; bunun üçün uyğun olan miqdarı təyin edir; zamanlamasını, sekresiyalaşdırma (salgılama) müddətini nizamlayar və daha xeyli çox kompleks əməliyyatı qüsursuzca yerinə yetirir.
Heyrət verəcək dərəcədə mükəmməl və planlı olan bu nizamın təsadüfən və ya öz özünə işləmədiyi çox açıqdır. Şüur ehtiva edən bütün bu təşkilatları (organizasyonları) və hormonları ən incə detalına qədər hazırlayan, yaradan və nəzarət edən sonsuz ağıl sahibi olan Allahdır.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?