İSLAMA XİDMƏT
   
 
  3. Bilgi - 3
DNT - NİN MÜKƏMMƏLLİYİ
TƏKAMÜL NƏZƏRİYYƏSİNİ YALANLAMAQDADIR!
 
İnsanın tək bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq məlumat vardır. Bu məlumatların hamısı çox əhəmiyyətli bir sıralamağa malikdir. İndi düşünün, milyonlarla hərfi təsadüfi bir yerə səpsək, səpilən bu hərflərin hamısı bir məqalə halına çevrilsə, sonra bu milyonlarla hərf qəzet səhifəsindəki yazılar kimi yazılar meydana gətirsə, bunun kor bir təsadüf əsəri olduğunu söyləmək mümkün müdir? Darvinist anlayışa görə bu fövqəladə hadisənin təsadüfən reallaşması mümkündür.
Darvinizm bütün dünya millətləri ilə alay edən (ələ salan), onları sanki uşaq aldadar kimi aldatdığını sanan bir ideologiyadır. Təsadüfün ilahi bir ağıl kimi təqdim edildiyi bu düşüncədə, təsadüf dünyadakı bütün insanların ağılından daha çox ağla sahib böyük bir dahilik olaraq göstərilməkdədir. Təkamülçülərə görə, minlərlə ildir gəlib keçmiş nə qədər insan varsa, hamısının beynini, ağılını, düşünmə qabiliyyətini, mühakiməsini, yaddaş gücünü, daha yüzlərlə və minlərlə maddi mənəvi xüsusiyyətini şəkilləndirən "təsadüf" adlı bu "dahilik"in yalnız zamana ehtiyacı vardır. Əgər təsadüfə maddə və zaman verilsə insanları, qarışqaları, atları, zürafələri, tavuskuşlarını, kəpənəkləri, ənciri, zeytunu, portağalı, saftalını, narı, qarpızı, qovunu, pomidoru, bananı, laləni, bənövşəni, çiyələyi, orkideyi, gülü və ağılınıza gələn gəlməyən yüzlərlə minlərlə heyvanı, bitkini və hər cür canlını edə biləcək bir gücə malikdir. Əlbəttə bu iddiaların hamısı bir boş sözdən ibarətdir. Hər şeyin yaradıcısı Allahdır.
 
"Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət , qüdrət sahibidir!"
("Həcc"surəsi, ayə 74)
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?