İSLAMA XİDMƏT
   
 
  3. Qumar və onun gətirdiyi bəlalar haqqında
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
İctimai bəlalar və problemlər seriyası – 3 (01.06.2008)
 
QUMAR HAQQINDA
“(Ya Muhəmməd!) Səndən içki və qumar haqqında sual edənlərə söylə:
“Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!” (“Bəqərə” surəsi, ayə 219)
 
 
QUMAR HAQQINDA
“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“Maidə” surəsi, ayə 91)
Bu fəsad şərab barəsində tamamilə hiss olunan bir məsələdir. Şərab içən şəxs, bu yanğılı suyu içdikdən və əqli aradan çıxdıqdan sonra hər növ cinayət törətməyə cürətlənir, yırtıcı heyvanlar kimi başqalarına hücum edir, onlara əzab əziyyət verməkdən çəkinmir. Bəzi hallarda özünün ən yaxın qohumlarını belə öldürür.
Qumara gəldikdə isə, qumar oynayan şəxs ya udur, ya da uduzur. Əgər udursa, şübhəsiz, udduğu şəxsdə ona qarşı kin – küdurət yaranır. Çünki həmin şəxs öz gözləri önündə zəhmətlə qazanıb yığdığı mal – dövlətin heç bir əvəz almadan əlindən çıxdığını görür. Həmin vaxt əvəzini çıxa bilməsə də, ömrünün axırına kimi həmişə əvəzini çıxmaq fikrində olur.
Əgər uduzarsa onun özündə udan şəxsə qarşı kin – küdurət yaranır. Beləliklə, qumar oynalınan məclis düşmənçilik və dava – dalaşla sona yetir.
 
QUMAR AVARAÇILIQ VƏ HƏYASIZLIQ GƏTİRİR
Digər məsələ bundan ibarətdir ki, qumar oynayan şəxs udarsa, heç bir əmək və fəaliyyət etmədən mal ələ gətirdiyindən, keflənmək və avaraçılıq fikrinə düşür, şərab içib fahişəlik, münkər, fəsad və sair kimi işlərin törəndiyi yerlərə üz gətirir. Atalar demişkən: “Hayla gələn, vayla gedər.”
Əgər uduzarsa, qəzəb hissi ona hakim kəsilir, intiqamçılıq və yırtıcılıq ruhiyyəsi təhrik olunur. Əlindən çıxmış mal – dövlətini bir daha qaytarmaq üçün yenidən qumar məclisinə gedir. Bəzi hallarda bir neçə qumar məclisində bütün var – yoxunu əldən verir. Onun əvəzini çıxmaqda aciz olduqda, ya udan şəxsi öldürür, ya da özünü intihar edir.
“İctimai bəlalar” kitabının 231 – ci səhifəsində yazılır ki, “Şəhərlərin birində qumar oynayan şəxs öz rəqibini üç bıçaq zərbəsi ilə öldürmüşdür. Istintaq zamanı demişdir ki, öldürülən şəxs oyunda məndən çoxlu pul udmuş və yenidən oyunu davam etdirməyə razı olmamışdı. Mən ona nə qədər dedimsə, oyunu davam etdirməyib qaçmağa başladı, mən də onu təqib edərək qətlə yetirdim...”
Həmin kitabın 325 – ci səhifəsində yazılır:
“1340 – cı ildə (1960) “Rövşənfikr” adlı jurnalın 14 – cü nömrəsində yazılır: Montekarlo şəhərində Argentinalı bir nəfər 16 saat qumar oynayaraq 4000000 (dörd milyon) tümən pul uduzmuşdur. Qumarxananın qapıları bağlanan zaman birbaşa meşəyə gedərək bir güllə ilə özünü qətlə yetirmişdir.”
Jurnallardan biri belə bədbəxt şəxslərin barəsində belə yazır:
“Montekarlo şəhərinin ətrafındakı meşədə dəfələrlə intihar əməliyyatı baş vermişdir. Bu bədbəxt şəxslər evə qayıtmaq istəyərkən hər şeyini uduzduqlarından və hətta yol xərci belə qalmadığından, əksər hallarda hamin meşəyə gedərək özlərini qətlə yetirirlər. Buna görə də qumarxana şirkəti qərara almışdır ki, pullarının hamısını uduzanlara, vətənlərinə qayıtmaq üçün borc kimi yol xərcliyi versin.”
“Həftəlik məlumatlar” qəzetinin 1060 – cı nömrəsində belə yazılır:
“... Bu gün qumarda uduzma nəticəsində intihar əməliyyatlarının sayı get – gedə artır. Bu, “Qalub” müəssisəsinin yaydığı xəbərlərə əsasən məlum olur. Çünki qeyd olunan müəssisənin yazdığı faktlara əsasən 1361 – ci ildə (1981), əvvəlki illərə nisbətən qumar oynayan şəxslər daha çox intihar etmişlər. Buna görə də Montekarlo qumarbazları bu ili “bədbəxtlik ili” adlandırmışlar. Keçən ildə təkcə Paris şəhərində 12 nəfər qumar üstündə özünü öldürmüşdür.”
Qeyd olunan kitabın 329 – cu səhifəsində belə yazılır:
“Amerikalı bir tədqiqatçının yazdığı faktlardan belə nəticə alınır ki, qumar baş verən cinayətlərin təqribən 30 faizində rol oynayır. Müxtəlif cinayətlərin törədilmə səbəbləri barəsində aparılan araşdırmalar göstərir ki, oğurluqların, qarətlərin və qətillərin əksəriyyəti bu fəsad mərkəzlərinin (qumarxanaların) nəticəsində yaranmışdır.”
Qumarda udan şəxsin əldə etdiyi pul haramdır və heç vaxt onun qanuni maliki olmur, yəni onu öz ixtiyarına keçirib istədiyi kimi xərcləyə bilməz. Əgər bu yolla bir şey əldə etmişsə, onu sahibinə qaytarması vacibdir.
Qurani – Kərimdə buyurulur:
“... Bir – birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin.” (“Nisa” surəsi, ayə 29)
Qumar oynamaqla əldə olunan mal, şübhəsiz bir – birinin malının haqsız bəhanələrlə yeyilməsinin aşkar nümunəsidir.
 
RƏVAYƏTLƏRDƏ QUMAR
Muhəmməd ibni Qeysin Həzrət Baqirdən (ə) nəql etdiyi səhih rəvayətdə buyurulur:
“Bir şəxs dostları ilə bir qoyunu kəsib yemək istəyirdilər. O şəxs öz dostlarına dedi: “Əgər ətin hamısını yesəniz, eybi yoxdur. Əgər yeyə bilməsəniz, filan qədər pul verməlisiniz.”
Həzrət Əli (ə) belə hökm etdi: “Bu, batil bir işdir. Az və ya çox yeməkdə yarışmaq mənasızdır və (hamısını yeyə bilməsələr) onların boynunda heç bir şey yoxdur.” (“Məkasibi – muhərrəmə”, “Kafi” və “Təhzib” kitablarından nəqlən)
Həzrət Baqir (ə) buyurub: “Qurani – Məciddə qadağan olunan məysir nərd və şahmatdan ibarətdir. Qumarın hər bir növü məysirdir.” (“Vəsail”, ticarət babı, 12 – ci cild, səh: 243)
Həzrət Hadinin (ə) yazdığı bir məktubda, yuxarıdakı ayənin təfsirində buyurulur: “Hər şey ilə qumar oynanılsa, o, məysir sayılır və haramdır. Sərxoşluq gətirən hər şey haramdır.” (“Vəsail”, ticarət babı, 12 – ci cild, səh: 243)
 
  
Bu yazılar Böyük İslam Alimi Əbdulhüseyn Dəstğeyb – in “Böyük günahlar” adlı əsərinin 2 – ci cildindən götürülərək hazırlanmışdır.
 
  
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?