İSLAMA XİDMƏT
   
 
  3. Sədat ilə Fil

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)

  
SƏDAT İLƏ FİL
Həftə sonu anası Sədatı zooparka aparmışdı. İlk dəfə bu qədər fərqli heyvanı bir yerdə görürdü. Sədat, fillərin olduğu hissəyə doğru irəlilədi. Bala fil xortumuna dolanıb düşür və hər səfərində anası köməyinə qaçırdı.
Ana fil: Gördüyün kimi balam hələ çox kiçik olduğundan xortumunu necə istifadə edəcəyini bilmir. Onu tam 12 il heç yanımdan ayırmayacağam və ilk 6 ay boyunca xortumunu necə istifadə edəcəyini öyrədəcəyəm.
Sədat: Həmişə maraqlanmışam, siz xortumlarınızı hansı işlərdə istifadə edərsiniz, buradanmı nəfəs alırsınız?
Ana fil: Xortumlarımız bizi digər heyvanlardan ayıran ən böyük xüsusiyyətimizdir. Burun dəliklərimiz bu xortumların ucundadır. Xortumumuzu yeməkləri və suyu ağızımıza aparmaq, əşyaları qaldırmaq, qoxu hiss etmək üçün istifadə edərik, içində tam 4 litr suyu tuta bilirik. Həm bilirsənmi, minicik bir göy noxud dənəsini belə xortumumuzla qopara bilərik. Təbii ki bu xortuma təsadüflər nəticəsində sahib olmadıq. Bu hər şeyi yaradan uca Allahın bizə bir lütfüdür.
Sədat: Qarınınızı necə doyurursunuz?
Ana fil: Biz quruda yaşayan heyvanların ən böyükləriyik. Bir fil gündə təxminən 330 kilo bitki yeyər. Bir günün 16 saatını yemək yeməyəsərf etmək məcburiyyətindəyik.
Sədat: Yaxşı bəs dişləriniz?
Ana fil: Ağızımın kənarında da gördüyün kimi iki iti uzun dişimiz var. Bu dişlərlə həm özümüzü müdafiə edər həm də su tapmaq üçün yerdə dəlik açarıq. Təbii dişlərimiz bütün bu işlərdə çox - çox aşınır. İşdə uca Rəbbimiz buna görə bizə çox əhəmiyyətli bir xüsusiyyət vermişdir. Aşınan hər dişimizin yerinə arxa sıradakı dişlərdən bir yenisi gəlir. Allah bizi belə yaratdığı üçün yeni diş çıxarmağa və bunu gərəyi kimi istifadə etməyə güc çatdıra bilərik.
Sədat: Acdın hərhalda qarınından səslər gəlir?
Ana fil: Bu səsləri öz aramızda xəbərləşmək üçün biz çıxararıq. Beləcə 4 km uzaqlıqdan belə xəbərləşə bilərik.
Sədat: Yaxşı öz aranızda necə danışırsınız?
Ana fil: Allah alınımızda, insanların eşidə bilməyəcəyi bir səs çıxaran xüsusi bir orqan yaratmışdır. Bu sayədə digər canlıların anlaya bilməyəcəyi şifrəli bir dillə danışar, çox uzaq məsafələrdən dahi bir-birimizi eşidə bilərik. Gördüyün kimi Allahın üstün yaratması biz fillərdə dəən gözəl şəkliylə təcəlli edir. Bunları düşünüb Allaha hər an şükr etməmiz lazım olduğunu heç unutma.
Sədat: İzah etdiklərin üçün təşəkkür edirəm. İndi anamın yanına dönməliyəm.
Ana fil: Hoşçakal Sədat!
Sədat anasının yanına gedərkən, "kim bilər digər heyvanlarda da Allahın nə böyük möcüzələri var" deyə düşündü...
 
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?