İSLAMA XİDMƏT
   
 
  4. İslamla yeni tanış olanların suallarına Qurandan cavablar - 1

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

                                                                          
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 4      (18. 05. 2008)
 
 
İSLAMLA YENİ TANIŞ OLANLARIN SUALLARINA QURANDAN CAVABLAR
 
“MƏN HƏLƏ GƏNCƏM, DİNƏ GƏLƏCƏKDƏƏMƏL EDƏRƏM” DEYƏNLƏRƏ CAVAB
 
“Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.” (“Nisa” surəsi, ayə 18)
 
 
“MƏN HƏLƏ GƏNCƏM, DİNƏ GƏLƏCƏKDƏƏMƏL EDƏRƏM”
 DEYƏNLƏRƏ CAVAB
Bugünkü həyat tərzindəki laqeydlik və diqqətsizlik psixologiyası hər mövzuda olduğu kimi dini anlayışda da əks olunmuşdur. Gündəlik həyatdakı müşahidələrə əsaslanan və olduqca geniş yayılmış bir anlayışa görə, İslam yaşlı və orta yaşlı insanların, bəzən evlərə gəlib mövlud oxuyan mollaların yaxud cümə günləri “Yasin” oxuyan nənələrin dinidir. Bu anlayışın nəticəsi olaraq dinin insanların ölümə yaxınlaşdıqları dövrdə yaxud hüznlü və çətin anlarda ehtiyac hiss etdikləri bir rahatlıq və təsəlli vasitəsi olduğu zənn edilir. Bu əsassız məntiqə görə, daha gənc yaşda, yəni dünya nemətlərindən faydalanacağı bir dövrdə dini yaşamağa başlamaq ölməkdən əvvəl məzara girmək mənasına gəlir.
Bir çox başqa mövzularda olduğu kimi burada da problem İslam haqqındakı məlumatların Qurandan deyil, ətrafdan, mətbuatdan, əmidən, babadan əldə edilməsidir. Quranda izah edilən gerçək İslam bir “yaşlılar dini” deyil, tam əksinə, insanın pislə yaxşını ayırd etməyə başladığı yaşdan etibarən məsuliyyətli edən dinamik bir quruluşa malikdir. Belə ki, yaşlılıq dinin tam şəkildə tətbiq ediləcəyi deyil, bəlkə də xəstəliklər, cismani zəifliklər səbəbindən insanın bir çox ibadəti yerinə yetirə bilməyəcəyi, məsuliyyətinin azalacağı bir dövrü meydana gətirir.
Gənclik Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Istər fiziki, istərsə də zehni baxımdan insanın ən yüksək imkanlara və səmərəyə malik olduğu bu dövrdə Allahı unutması onun edə biləcəyi ən böyük nankorluqlardan biridir.
Allahın Quranda vacib (yerinə yetirilməsi namaz kimi əhəmiyyətli olan) olaraq bildirdiyi, yaxşı iş görməyi əmr edib, pis işləri yasaq etməyə, İslam əxlaqını insanlara izah etmə, Allahın şərəfini ucaltma kimi ən əhəmiyyətli hökmləri gənc, güclü və sağlam ikən yerinə yetirməyən bir kimsə yaşlı olduğu zaman bunları necə edə bilər?
İslamın “yaşlılar dini” cəfəngiyyatının tam əksinə olaraq Allah Ona qəlbən inanmış və tabe olmuş gəncləri Quranın müxtəlif yerlərində vəsf edir:
“Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” – demişdilər. Biz mağarada onları illərlə yixuya verdik. Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq. Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik.” (“Kəhf” surəsi, ayə 10 – 14)
Hz. Musa da onun yaşadığı dövrdə qövmünün yalnız bir qrup “gənc”indən başqa heç kim iman etməmişdir:
“Fironun vəəyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə (gənc nəsil) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı.” (“Yunus” surəsi, ayə 83)
Quranda da bəhs edilən peyğəmbərlərin bir çoxu gənc yaşda bu ağır və masuliyyətin altına girmişdilər. Hz. İbrahim də bu mübarək insanlardan biri idi. Hələ gənc yaşda ikən müxtəlif bütlərə sitayiş edərək Allaha şərik qoşan qövmü ilə mübarizəyə qoşulmuş və insanlar arasında tanınmağa, adı çəkilməyə başlamışdı. Belə ki, qövmünün ən qatı inkarçıları da: “adı İbrahim olan bir gəncin onları pislədiyini eşitmişik!” (“Ənbiya” surəsi, ayə 60) demişdilər.
Qurana görə, insan ağlının kamilləşdiyi, şüurunun aydınlaşdığı andan etibarən dini məsuliyyət daşıyır və Quran əxlaqı ilə yaşamalıdır. Bu məsuliyyətlə bağlı hər hansı bir yaş müəyyən edilməmişdir. “Dinə gələcəkdə əməl edərəm” deyərək gənc ikən dinsiz bir həyat sürməyə razılaşan bir insan görəsən beş dəqiqə sonra həyatda olacağına əmindirmi, buna qarantiyası varmı? Yoxsa bu mövzuda ona hansısa vəd verilmişdir? Özlərini müsəlman hesab edib gələcəyinə görə əmin olanların aşağıdakı aşkar ayələrə baxmayaraq nəyə əsaslanaraq qəlblərində əminlik hiss etdikləri həqiqətən anlaşılmaz bir haldır.
“Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O, bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!” (“Loğman” surəsi, ayə 34)
“Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinəəmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oyanıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!” (“Əraf” surəsi, ayə 97 – 99)
Gənc, güclü və sağlam ikən Allahın çağırışlarını dinləməyənlərin axirətdəki çox da ürək açmayan aqibəti Quranda belə təsvir edilir:
“İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.” (“Qələm” surəsi, ayə 42 – 43)
Xalq arasında bir də “gənc ikən həyatımı yaşayıb ölümümə az qalmış hər necə olsa da tövbə edərəm, heç bir günahım qalmaz” kimi batil bir inam var. Ümumiyyətlə, bilgisizlikdən və dindən uzaq bir həyat tərzindən irəli gələn belə bir düşüncənin Allaha qarşı nə dərəcədə qeyri – səmimi bir davranış olduğu aydın görünür. Çünki bu fikrin həqiqi mənası “Mən indi hər cür günah edib hər cür pisliyi edərəm, Allahın qoyduğu hökmləri istədiyim kimi pozaram. Həyatımın sonuna yaxın isə tövbə edib axirətimi də xilas edərəm” deməkdir. Halbuki “qəlblərdə gizli olanı bilən” Allah belə qeyri – səmimi bir düşüncənin müvəffəqiyyət qazanmayacağını, belə tövbələrin Onun dərgahında qəbul edilməyəcəyini əvvəlcədən bildirmişdir:
“Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.” (“Nisa” surəsi, ayə 18)
Bu ağılsız düşüncənin sahibi Allahı lazımınca qiymətləndirmədiyi üçün öz dar düşüncəsinə görə Allahın onu bir tövbə ilə bağışlayacağını və Cənnətə daxil edəcəyini zənn edir. Gündəlik həyatında etdiyi kiçik zirəkliklər və saxtakarlıqlar kimi Allaha qarşı da saxtakarlıq edə biləcəyini zənn edir. Halbuki nəticədə aldanan da, ziyana uğrayan da əlbəttə, özüdür. Gözləmədiyi bir anda ölüm onu qəfil yaxalayar və geriyə qayıtması mümkün olmayan bir səfərə çıxar. Lakin buna baxmayaraq həyatında sahib olduğu gizli düşüncəni də özü ilə birlikdə aparar. Bu səfeh, lakin eyni zamanda ümidsiz səy Quranda belə bildirilir:
“Kaş günahkarları sənin Rəbbinin hüzurunda başlarını aşağı dikib: “Pərvərdigara! Gördük, eşitdik. Indi bizi dünyaya qaytar ki, yaxşı iş görək. Biz yəqinliklə tam inandıq!” – deyəndə görəydin.” (“Səcdə” surəsi, ayə 12 – 14)
“Nəhayət birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə, zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır.” (“Muminun” surəsi, ayə 99 – 100)
Allah iman gətirənlərin geriyə dönüşü və çıxılması mümkün olmayan belə pis vəziyyətə düşməməsi üçün necə hərəkət etməli olduğunu müxtəlif ayələrdə belə izah edir:
“Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” – deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (“Munafiqun” surəsi, ayə 10 – 11)
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!” (“Ali – İmran” surəsi, ayə 102)
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (“Həşr” surəsi, ayə 18)
Diqqət edəndə görərik ki, bura qədər haqqında danışdığımız düşüncə Allahı tamamilə inkar etməyə yox, “Allahı lazımınca qiymətləndirməmə”yə və bunun nəticəsi olaraq “Allahdan lazımınca qorxub çəkinməmə”yə əsaslanır. Allahın varlığını qəbul etmək bir, Onun sonsuz güc və zəkasını, elmini, hər an və hər şey üzərindəki əbədi hakimiyyət və nəzarətini, əzabından heç kimin sığortalanmadığını bilib hiss etmək, Ondan gücünün çatdığı qədər qorxub – çəkinmək isə tamam fərqli bir şeydir. Allahın varlığına tam əmin olan möminlə şeytanı yaxud, imanla üsyanı ayıran ən incə xətt də elə budur. Quranda Allahın varlığını qəbul edən lakin onu lazımınca qiymətləndirə bilməyib üsyankar olan insanlardan belə bəhs edilir:
“De: ”Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxaran kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz? O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?“ Fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü belə gerçək oldu.” (“Yunus” surəsi, ayə 31 – 33)
“And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?” (“Zuxruf” surəsi, ayə 87)   
 
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Qurandan cavablar” adlı əsərindən götürülərək hazırlanmışdır.

 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?