İSLAMA XİDMƏT
   
 
  4. Böyük qardaşının Tolgaya öyrətdikləri
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
BÖYÜK QARDAŞININ TOLGAYA ÖYRƏTDİKLƏ
Tolga, məktəbdən çıxınca evə getmək üçün avtobus dayanacağına yeridi. Dayanacaqda avtobusunu gözləyərkən bir neçə uşağın danışmasını eşitdi. içlərindən biri davamlı yüksək səslə danışır, bir tərəfdən də paltarlarını vəəlindəki elektronik avtomobilini işarə edirdi. Bir az diqqətli dinləyincə, Tolga danışılanları daha yaxşı anladı.
Yüksək səslə danışan uşağın adı Can idi. Can yoldaşlarına bahalı paltarlarından, son model oyuncaqlarının gözəlliyindən bəhs edirdi. Tolga evə getdiyində də o uşağın danışmalarını ağılından çıxara bilmədi. Böyük qardaşı Saleh, Tolganı düşüncəli görüncə yanına oturdu.
Saleh: Nə oldu Tolga, nəyi düşünürsən belə?
Tolga: Yolda gəlirkən bir uşaq gördüm. Yoldaşlarının yanında geyimlərinin, oyuncaqlarının gözəlliyindən danışırdı. Yoldaşlarının arasında bunlara sahib ola bilməyəcək bəzilərinin olmasını əhəmiyyət vermir, kobud bir rəftar göstərirdi. Onun bu davranışları mənə çox səhv gəldi.
Saleh: Haqlısan Tolga, onun etdikləri gözəl bir rəftar deyil. Allah hamımıza fərqli nemətlər vermişdir. Birinin daha çox əşyaya, gözəlliyə, müvəffəqiyyətə sahib olması o adamın üstünlüyündən qaynaqlanmaz. Allah bunları bizə, bizi sınamaq, bu nemətlər qarşısında necə bir rəftar edəcəyimizi görmək üçün vermişdir.
Allahın ən razı olacağı rəftar, insanın sahib olduğu hər şeyi özünə verənin Allah olduğunu unutmamasıdır. İnsanın, Allahın ona verdiyi nemətlərlə öyünməməsi, şişməməsi və daim təvazökar davranması lazımdır. Zatən böyüklənmək şeytanın bir xüsusiyyətidir. Xatırlasan dünən oxuduğumuz Quran ayəsi bu mövzuyla əlaqədar idi. Ayədə Allah belə buyurmaqdadır:
 
"Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!" (Hədid Surəsi, 23)
 
Tolga: Yəni Allahın bizə verdikləriylə şişməməliyik və itirdiklərimiz qarşısında da hüznlü və çətinlikli bir ruh halına girməməliyik, deyilmi böyük qardaş?
Saleh: Çox doğru Tolga. Allah hər şeyin sahibidir. Bizə bu nemətlərdən dilədiyi qədər verər. Bunun çox olması da az olması da dünyadakı imtahanımızın bir parçasıdır.
Tolga: Bir ayədə, Allah, "Bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal - dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir!" (Taha Surəsi, 131) deyə buyurmaqdadır. Canın davranışları doğru deyil amma yoldaşlarının da ona özənib, Allahın xoş görməyəcəyi bir tutumda olmamaları lazım deyilmi? Həm geyimlərimizi, yeməklərimizi, evimizi, avtomobilimizi bizə verən Allah olduğu halda, şişməmiz bizi çox hörmətdən salar, deyilmi?
Saleh: Təbii ki. Gözəl açıqladın. Bax sənə Qurandan bu mövzuya nümunə meydana gətirəcək bir hekayə izah edim:
Allah Quranda iki adamı nümunə verər. Adamlardan birinin iki dənə üzüm bağı vardır. Allah hər iki bağı da xurmalar və müxtəlif əkinlərlə təchiz etmişdir. Zamanı gəlmiş vəəkinlər böyük bir səmərələ yemişlərini vermişdir. İki bağ arasında bir də çay vardır. Zəngin olan adamın bağı elə görkəmlidir ki, bağlarından birinin dəyişik məhsul verən yerləri belə vardır. Bağ sahibi yoldaşıyla danışarkən: "Mən səndən daha dövlətli vəəşirətcə səndən daha qüvvətliyəm!" (Kəhf Surəsi, 34) deyərək onu kiçik hesab edər. Malıyla nümayiş edərək bağına girər və yoldaşına ətrafı göstərərək belə danışar:
 
"Bunun nə vaxtsa yox olacağını güman etmirəm." dedi. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" (Kəhf Surəsi, 35-36)
 
Digər adam isə onu belə xəbərdar edər:
 
"... Bağına girdiyin zaman barı: "Maşallah, qüvvət yalnız Allaha məxsusdur!" - deyəydin!" Əgər məni özündən daha az mal - dövlət və övlad sahibi görürsənsə, Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin..." (Kəhf Surəsi, 39-40)
 
Allah, bu xəbərdarlıqları diqqətə götürməyən bağ sahibini sonunda cəzalandırar. Bir gecədə bütün məhsullarını sıxıb qovuran bir fırtına göndərər.
Səhər qalxdığında öyündüyü məhsullarını itirdiyini görən bağ sahibi, Allahın sonsuz gücünü və hər şeyin idarəsini əlində tutduğunu anlamışdır. Biz də bu hekayəni heç unutmadan hərəkət etməliyik.
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?