İSLAMA XİDMƏT
   
 
  4. Bilgi - 4
HÜCEYRƏ ŞƏKİLLƏRİNDƏKİ DİZAYN
TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ETİBARSIZLIĞI ÜÇÜN
KAFİ BİR DƏLİLDİR
 
Bədəninizdəki təxminən 200 fərqli tipdəki hüceyrə, yalnız bir neçə baxımdan bir-birlərindən fərqlidir. Bu fərqliliklərin ən əhəmiyyətlilərindən biri də şəkilləridir. Sinir hüceyrələri, əzələ hüceyrələri, qan hüceyrələri... Bunların hamısı təməldə eyni mexanizmlərə sahib olmalarına baxmayaraq, şəkillərindəki mükəmməl dizayn sayəsində vəzifə yerinə yetirdikləri bölgədə ən yüksək səmərəni alacaq şəkildə fəaliyyət göstərirlər.
Fərqli şəkillərə sahib hüceyrələrdən iki nümunə sinir və qan hüceyrələridir. Sinir hüceyrələrinin onurğa iliyidən ayağa qədər uzanan təxminən 1 metrlik uzadılmaları vardır. Bu sayədə xəbərdarlıqlar bir hüceyrədən digərinə atlayaraq heç vaxt itkisi olmadan tək bir xətt üzərindən sürətlə gedəcəkləri bölgəyə çatırlar. Qan hüceyrələri isə sinir hüceyrələrinin əksinə yalnız 7 mikrometre boyundadır. Beləsinə kiçik bir ölçüyə sahib olmaları onların mikroskopik ölçüdəki kılcal damarlardan sıxışmadan keçə bilmələrini təmin edər. Ayrıca kiçik bir diski xatırladan bu hüceyrələrin hər iki üzünün də içə doğru çuxur olması onların oksigen və karbondioksit alveri üçün maksimum sahəyə sahib olmalarını təmin edər. Bu hüceyrələrin milyonlarlasının hər millimetr küp qanda olduğunu düşünsəniz, qaz alverinin edildiyi səth sahənin böyüklüyünü təxmin etməniz heç də çətin olmayacaq.
Göz və qulaqlarınızdakı hüceyrələr də şəkilləri etibarı ila xüsusiləşmişlər. İç qulaqdakı kokleada kiçik tükcüklərdən ibarət olan hüceyrələr vardır. Bunlar səs dalğalarının təsiri ilə titrəşirlər və qulağın içindəki mayenin dalğalanma təzyiqini sinir xəbərdarlığına çevirən bir mexanizm olaraq vəzifə yerinə yetirərlər. Gözdəki işığa həssas retina hüceyrələri də vəzifələrini ən yaxşı edilə biləcək bir şəkildə dizayn edilmişlərdir. Retinadakı koni hüceyrələrində işığa həssas pigmentleri və sinir əlaqəsini daşıyan çox sayda pərdə vardır. Bu nizam hər bir koni hüceyrəsinə işığa qarşı yüksək dərəcədə bir həssaslıq qazandırır. 
İncə bağırsaqda da vəzifəsinə uyğun şəklə sahib, qidaları əmici hüceyrələr vardır. Hər hüceyrənin üst qisimi mikrovilli adındakı mikro ölçüdə yüzlərlə tükcüklə kaplıdır. Bu tükcüklərin üzərindəki daşıyıcı molekullar qidanlardakı işə yarayar qisimləri alıb, yaramayanları geri çevirirlər. Beləcə qidaların həzm edilməsinin bir mərhələsi daha reallaşır.
Unudulmamalıdır ki, insanın bütün hüceyrələri tək bir hüceyrənin bölünərək çoxalmasından meydana gəlmişlər. Hüceyrələrin fəaliyyətləri üçün ən uyğun şəkli özləri seçdikdən sonra, hələ bədən meydana gələrkən bu şəklə girdiklərini düşünmək tamamilə məntiq xaricidir. Bütün bunlar bizə hüceyrələrin funksiyalarını ən məhsuldar edə biləcəkləri şəkildə, sonsuz ağıl sahibi Allah tərəfindən yaradıldıqlarını açıqca göstərməkdədir.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?