İSLAMA XİDMƏT
   
 
  4. Donuz ətinin ziyanları haqqında
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
 
 
İctimai bəlalar və problemlər seriyası – 4 (24.09.2008)
 
 
DONUZ ƏTİNİN HARAMLIĞI
VƏ
ONUN ZİYANLARI HAQQINDA
 
“Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır.”
(“Maidə” surəsi, ayə 3)
 
 
DONUZ ƏTİNİN HARAMLIĞI VƏ
ONUN ZİYANLARI HAQQINDA
Donuz və it əslində nəcis olan iki heyvandır ki, onun bütün bədən üzvləri və hətta ruhu olmayan tük və dırnaqları da nəcisdir. Bu iki heyvan heç bir yolla təmiz ola bilməz, onları yemək isə haram və böyük günah sayılır.
İslam təbliğatı birliyinin “İslam və bu günkü elm” jurnalında yazılır: Donuzun, alimlər tərəfindən qalın dərili heyvanlar sırasında olduğu bildirilmişdir ki, vəhşi donuz və su atı da bu qəbildəndir. Donuz ətini yeyənin çoxlu zərərləri vardır, amma bununla belə onun zahirdə dadına görə hələ də (bir çoxlarının) istifadə etdiyi ət sayılır. Bir halda ki, Allah – Təala donuz ətini yeməyi yəhudilər üçün nəhy, müsəlmanlara isə haram etmişdir. Bu günün məsihiləri isə donuz ətinin yeyilməsinin haramlığını bilsələr də ondan əl çəkmirlər.
İndi isə donuz ətinin müxtəlif ziyanları barəsində (bir sıra sözləri qeyd edək):
 
MƏNƏVİ VƏƏXLAQİ ZİYANLARI
Alimlər tərəfindən sabit olmuşdur ki, bir insan daha çox hansı heyvanın ətindən yeyərsə, məhz o heyvanın üstün xüsusiyyətini kəsb etmiş olar. Məsələn; Həmişə inək ətini yeyən şəxsdə inəyə məxsus güc tapılar, həmçinin qoyun əti, südü yeyən şəxs isə qoyun kimi incə xasiyyətə malik olar.
Donuz ətini yeyən insanda donuz əxlaqına bənzər xüsusiyyətlər yaradar. Donuz qeyrətsizlik və namussuzluqda məşhur olan və cinsi əlaqədə heç bir ədəbə riayət etməyən bir heyvandır. Belə ki, özündə heç bir həya biruzə verməyən və cinsi təəssübü olmayan bir heyvandır. Çox təəccüblü məsələdir ki, Avropalılar da donuzun bu eybindən agah olmuş və birini qeyrətsiz adlandırmaq istədikdə ona “Donuz” deyirlər. Bu isə onların ən pis söyüşlərindən biridir. Donuz ətinin mənəvi ziyanlarından biri də bu heyvanın heç bir şeydən çəkinməyib, qarşısına çıxan hər bir murdarı yeməsidir ki, nəticədə başdan ayağa murdar sayılır.
Bu çirkin və murdar yeyə, həmçinin insanı həddindən artıq narahat edən donuz, nadan Avropalıların onun ziyanlarından xəbərləri olmasına baxmayaraq ətini baha qiymətə alıb yedikləri yeməkdir ki, öz bağırsaqlarını onun qanı və piyi ilə doldurur və ləzzət aparırlar.
Onlar ucuz qiymətə qoyun əti alıb yemək əvəzinə, baha qiymətə özləri üçün xəstəlik alırlar. Donuzun Şeytan simvolu olması çox aydın bir məsələdir və bunu donuz əti yeyən bir çox Avropalılar bilirlər. Belə ki, öz dini nağıllarında Şeytana cismiyyət vermək istədikdə, onu donuza oxşadırlar. Bir sıra həqiqətləri yazdığı üçün inanılmalı olan “Bernaba” İncilində donuzu Şeytan simvolu adlandırılmış və bu heyvanın bədənində Şeytan ruhu olduğu bildirilmişdir. Məsihilərin əlində olan İncillərdə bu mövzuya işarə olunmuşdur. Qeyd olunmuş ünvanlarda, Hz. İsanın şeytan donuz sürülərinin bədənlərinə daxil olub, onları çaya tərəf göndərməsindən söz açılmışdır. Buna görə, məsihilər donuz ətinin pisliyini bilən halda onu yeməkdən əl çəkmirlər.
 
CİSMİ ZİYANLARI
Donuz ətinin bir çox cismi ziyanları vardır ki, onların daha mühümü “Tirkin”“Çirişin” digəri isə “Tenya” – dan ibarətdir ki, bunların hər biri haqda ətraflı məlumatları diqqətinizə çatdırırıq:
1 – TİRKİN: Donuz əti arasında özünə yuva salan xırda heyvandır ki, onun erkəyinin eni bir milli metr yarım, dişisinin eni isə üç milli metrə yaxındır. Tirikin bira ay ərzində ondan on beş minə qədər yumurta qoyur və insanın donuz əti yeməsi ilə bədəninə daxil olan kimi, qanın qırmızı zərrəcikləri çoxalmağa başlayır və daha sonra aradan gedərək azalır və beləliklə insanı da qan azlığı xəstəliyinə salır ki, bu xəstəlik onun ölümünə səbəb ola bilər. Tirikinlər mədəyə daxil olduqda isə müəyyən səbəblərə görə sürətlə çoxalmağa başlayır və beləliklə də mədə və qan yolu ilə bədənə daxil olurlar. Bu xəstəliyin ilk əlaməti, başın gicəllənməsi, məxsus qızdırma və s... dən ibarətdir. Sonrakı mərhələdə isə ishal (qarın ağrı) xəstəliyinə tutulur. Bu halətdə olan qızdırma ilk dəfə zəif olsa da getdikcə çoxalıb şiddətlənir. Müxtəlif vəvatizim, əsəblərin pozulması, bədənin daxili hissəsinin qaşınması, piylənmə, bədənin möhkəm yorğunluğu, üz əzələlərinin yığışması həmçinin bədən zəifliyində olan bir çox xəstəliklər vücuda gələrək dörd – beş gündən sonra ölümü çatır.
Həmçinin yemək, suyu udmaq və tənəffüsün çətinliyi kimi başqa əlamətləri də belə bir xəstədə vücuda gətirir. Əlbəttə belə bir xəstənin ölümü başqa amillər nəticəsində də ola bilər. Çünki, bu mikroblar mədədə qaldığı üçüncü həftədə insanın əzələlərinə, yeddinci həftədə isə bağırsaqlarına hücum edərək onda zəiflik xəstəliyini yaradır və beləliklə də xəstəni öldürür. Tirikin qurdundan yaranmış xəstəlik “Tirkiyuz” adı ilə məşhurdur. Bu xəstəlik donuz ətindən çoxlu istifadə edilən ölkələrdə çoxdur. Amma donuz əti haram olan müsəlman ölkələrində isə müşahidə olunmur. Mədəyə daxil olmuş Tirikin qurdunu heç bir dərmanla aradan aparmaq mümkün deyildir. Tirikin toxumları əzələlərə nüfus etdikdə isə belə bir şəxsin ölümdən başqa bir çarəsi olmayacaqdır. Bu xəstəliyin əhəmiyyəti və başqalarına keçməsi barədə bunu demək kifayətdir ki, bir kilo donuz ətində 400 milyon Tirikin qurdunun (mikrobunun) olması mümkündür.
2 – LODERREY XƏSTƏLİYİ: Donuz əti yemək nəticəsində yaranan qorxulu xəstəliklərdən biri də “Loderrey” xəstəliyidir. Bu xəstəliyin vücuda gəlməsində rol oynayan amil “Tenya” adlı qurddur ki, onun bədəni iki sıra dırnaq və dörd hava cikindən ibarət bir başdan və halqalanmış (zəncirvari) uzun quyruqdan təşkil tapır. Bu qurd qeyd olunmuş başı və sinəsi ilə insanın mədə divarlarına yapışır. Onun (zəncirvari) quyruğu bəzi vaxtlar neçə metrəyə də çatır. Onun başına yaxın halqası çox kiçik, sonrakı halqaları isə getdikcə qalınlaşır. Adətən yeni baş ilə sonuncu halqa arasında olan yeni halqalarlada bu qurdun uzunluğunu çoxaldır. Amma bədənin sonunda yerləşən və toxumlarla dolu olan halqalar ayrılaraq ifraz yolu ilə xaric olurlar. Hər Tenya halqası bir erkək və bir dişiyə malikdir ki, onların çoxalması da halqanın içərisində baş verir. Donuzlar ifrazat yolu ilə xaric olub, zibilə çevrilən bu toxumları yeyir və bu toxumlar onun mədəsinə daxil olan kimi artmağa başlayır. Belə bir donuzun ətini bir insan yeyərsə, onun balaları insanın bağırsağına daxil olan kimi inkişaf edərək Tenyaya çevrilir. (Tenyasız olan donuz ətini də tapmaq isə nadir hallarda olur.) Bir çoxlarının dediyinə görə, bu mikrob yalnız bir ədəddir, lakin bir neçə mikrobun insan bədəninə daxil olması da mümkündür. Tenya qurdunun insan bədəninə daxil olması bir çox xəstəliklər və narahatçılıqlara səbəb olur ki, bu xəstəlik və narahatçılıqlardan xilas olmaq üçün yeganə çıxışyolu bu güngü mütəxəssislərin dediyinə görə donuz ətini yeməməkdir. “Loderrey” xəstəliyi, Almaniya kimi donuz ətindən çoxlu istifadə edən ölkələrdə daha çoxdur.
Donuz ətinin yeyilməsinin ziyanları yalnız qeyd olunmuş iki xəstəliklə bitmir və əsasən donuz əti gec həzm olduğu üçün mədəni zəhmətə salır. Çox vaxtlar donuz əti yemək nəticəsində “Butulism”adlanan zəhər də vücuda gəlir. Həqiqətdə elmi təcrübələrlə donuz ətinin ziyanlarını başa düşüb, amma onu yeməkdən əl çəkməyənlər üçün təəssüf etmək lazımdır. Həmçinin min üç yüz il bundan qabaq dünyanın bu cür elmi məsələlərdən çox – çox uzaq olduğu bir zaman donuz ətinin ziyanlarını nəzərə alıb onu haram edən “İslam” dininin böyüklüyünə də etiraf etmək lazımdır. Necə ki, İslam dini iti də əslində nəcis olan heyvanlardan bilmiş və itə evin içində yer verməkdən nəhy etmişdir. Son vaxtlar kəşf olunmuşdur ki, bir sıra xəstəliklərin itdən insana keçməsi də mümkündür ki, bu xəstəliklər aşağıdakılardan ibarətdir: “Bədəndə gicişmə və sızaq çıxması, saçın tökülməsi, göbələklər səbəbindən yaranan dəri xəstəlikləri, qunduz xəstəliyi, daha mühüm olan it qurdu xəstəliyi, itin vasitəsi ilə insanın xırda həşəratların keçməsi, vərəm xəstəliyi və s...”
Həmçinin qeyd etmək lazımdır ki, İtin qabı yalayarkən o qaba keçən mikrob torpaqdan başqa bir şeylə aradan getməz. İslam dini isə belə bir qabın pak edilməsini, onu torpağa sürtməklə bağlı olduğunu bildirmişdir.
 
Bu yazılar Böyük İslam Alimi Əbdulhüseyn Dəstğeyb – in “Böyük günahlar” adlı əsərinin 3 – cü cildindən götürülərək hazırlanmışdır.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?