İSLAMA XİDMƏT
   
 
  4. Səhər yeməyi yeyərkən
SƏHƏR YEMƏYİ YEYƏRKƏN
 
Allahın düşünmək və dərk etmək qabiliyyəti verdiyi bir mömin, səhər nahar etmək üçün mətbəxə girdiyində ona verilən nemətlərin və yeməklərin hamısının yaradılışında bir çox iman həqiqətinin gizli olduğunu bilir.
Məsələn yeməklərini bişirmək üçün istifadə etdiyi od, əslində özü də daxil bir çox şeyə böyük ölçüdə zərər verə biləcək; hətta yanıb yox olmasına gətirib çıxaracaq bir xüsusiyyətə malikdir. Ancaq od, ərzaq məhsullarını yeyilə biləcək bir vəziyyətə gətirmək (isitmək, çox çeşidli sənaye məhsullarını islah etmək...) üçün zəruridir və bu baxımdan böyük bir nemətdir. Digər bir ifadəylə, yer üzündəki hər şey kimi od da insanın xidmətinə verilmişdir. Allah ayədə belə bildirir: "Göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur... (Casiyə Surəsi, 13)
Bununla belə od, iman edən bir insan üçün dünya həyatında cəhənnəm əzabının bir xatırlatmasıdır. Allah Quranda cəhənnəmdə yaşanacaqları təsvir edərkən, şiddətli bir oddan bəhs etməkdədir. Rəbbimiz inkar edənlər üçün yaratdığı od əzabını bəzi ayələrdə belə izah etməkdədir:
 
O gün onlara Cəhənnəm odunda əzab veriləcəkdir." (Zariyat Surəsi, 13)
 
Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar. (Mu'minun Surəsi, 104)
 
Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, bilsin ki, Biz kafirlər üçün Cəhənnəm odu hazırlamışıq! (Fəth Surəsi, 13)
 
güclü imana sahib olan möminin cəhənnəmdəki bu şiddətli od əzabını düşününcə Allah qorxusu daha da artar. Allaha dua edər və cəhənnəm odundan Ona sığınar.
Səmimi və təmənnasız şəkildə düşünən bir insan üçün nahar süfrəsindəki ərzaqlarda da bir çox hikmət vardır. Çörək, bal, süd, pomidor, bibər, zeytun, yumurta, çay, qəhvə kimi dadları, qoxuları, qidalıq dəyərləri, rəngləri fərqli qidaların hər biri bir nemətdir. Bunlar bədənin ehtiyac duyduğu zülalları, amin turşularını, karbonhidratları, yağları, vitaminləri, mineralları və mayeləri təmin edirlər. Sağlam bir həyat davam etdirə bilmək üçün nizamlı olaraq bəslənmək lazımlıdır. Ancaq bu iş çətin, darıxdırıcı və ya ağır deyil, insanın xoşuna gələn bir vəziyyətdir. Yeməklər, içkilər, meyvələr, tərəvəzlər, tortlar, pirojnalar, şirniyyatlar həm insanın hər cür qida ehtiyacını qarşılayar, həm də ona böyük bir zövq verirlər.
Əslində bu saydıqlarımız bütün insanların çox yaxşı bildikləri, dünyaya gəldikləri gündən bu günə qədər 24 saat ərzində qarşılaşdıqları kiçik təfərrüatlarıdır. Ancaq insanların bir çoxu Rəbbimizin gündəlik həyatda bizlərin əmrinə verdiyi bu gözəlliklər üzərində lazımınca düşünməzlər. Hər birini vərdişlə qiymətləndirir, nə qədər qiymətli olduqlarının fərqinə varmazlar.
Halbuki hamısı bir-birindən ləziz yemək və içkilər insan bədəninə fərqli faydalar verən xüsusiyyətlərə malikdir və hamısının yaradılışında böyük möcüzələr vardır. Məsələn bal, bir neçə qramlıq bir bədənə sahib arılar tərəfindən sanki möcüzəvi bir şəkildə çıxarılar. (Detallı məlumat üçün baxın. Harun Yəhya, Balarısı Möcüzəsi) Bal istər tərkibində olan vitamin və minerallara, istərsə də istehsal xüsusiyyətlərinə görə insanlar üçün bir şəfa mənbəyidir. Rəbbimiz balın bu xüsusiyyətini və arıya bal hazırlamağı ilham etdiyini Quranda belə bildirir:
 
Rəbbin balarısına belə vəhy etdi: Dağlarda, ağaclarda və insanların qurduğu çardaqlarda özünə evlər tik; Sonra bütün meyvələrn yeRəbbinin sənə göstərdiyi yolla rahat get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır! (Nəhl Surəsi, 68-69)
 
Balın meydana gəlməsini düşünən bir mömin, ondakı yaradılış möcüzəsini fərq edir; balın ana vəsaitini təmin edən çiçəklərin və meyvə tumurcuqlarının, nektarı bala çevirən arıların və bal kimi bənzərsiz bir qidanın təsadüfən var ola bilməyəcəyini dərhal anlar. Bütün bunlar isə onun Allaha olan yaxınlığını artırar.
Ayrıca kiçik bir təmizlənin Rəbbimizə olan qatqısız itaəti də bir iman həqiqətidir. Mömin, ağılı və şüuru olmadığı halda qüsursuz bir intizamla heç dayanmadan işlə/çalışan balarısının etdiyi qüsursuz işləri Allahın ilhamıyla reallaşdırdığını düşünüb anlar.
Allah, insana faydalanması üçün təqdim etdiyi ət, süd, pendir, kərə yağı, yumurta kimi hayvan mənşəli qidanların bir nemət olaraq əhəmiyyətini isə Mu'minun Surəsində belə bildirməkdədir:
 
Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz! (Mu'minun Surəsi, 21)
 
Bu ayədə insanların heyvanlardan təmin etdikləri faydalar bildirilərkən "qarınlarında olandan" bəhs edilməkdədir. Məsələn, bir inəyin qarınında yediyi qidalar, içdiyi su damarlarında gəzən qan, iç orqanları və həzm edilən qidanlardan artıq qalanlar olur. Bu qədər qarışıq maddənin içindən dümağ bir rəngdə, tərtəmiz və gözəl qoxulu, insana faydalı bir mayenin, yəni südün çıxması isə həqiqətən böyük bir möcüzədir. Üstəlik içində tullantı sayılan maddələrin də olduğu bir yerdə olmasına baxmayaraq süd, ən sağlam şərtlər altında hazırlanır.
Allahın üstün elminin bir başqa göstəricisi isə, ağ rəngdə olan südün xammalı yalnız yaşıl ot olmasıdır. Ancaq süd verən heyvanlar vücudlarında Allahın  yaratdığı mükəmməl sistemlərlə qatı və yaşıl bir maddədən duru və ağ bir maddə əmələ gətirirlər. Rəbbimiz südün yaranmasını, Quranda belə bildirir:
 
Şübhəsiz ki, davarda (sağlam heyvanlarda) da sizin üçün ibrət vardır.Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Nəhl Surəsi, 66)
 
Bilindiyi kimi süd, insanın ehtiyac duyduğu bir çox maddəni ehtiva edən çox zəngin bir qidandır; həm uşaqların həm də yetkinlərin bəslənməsində həyati bir rol oynayır.
Heyvanlardan əldə etdiyimiz, özü kiçik, ancaq bəsləyici dəyəri yüksək bir qida da yumurtadır. Zülal, vitamin və mineral anbarı olan yumurtanın meydana gəlməsi bir başqa möcüzədir. Heç bir şüura sahib olmayan toyuq, öz ehtiyacı olmamasına baxmayaraq hər gün yumurta çıxarmaqda və çıxardığı yumurtanı mükəmməl bir qabla qoruma altına almaqdadır. Yumurtanın qabığının, içindəki mayenin ətrafında necə mükəmməl bir şəkildə meydana gəldiyi ya da bir qapağı olmadığı halda mayenin qabığın içinə necə yerləşdirildiyini düşünmək, iman sahibi bir insanın Allahın yaratma sənətinə duyduğu heyranlığı artırır.
Yenə naharların imtina edilməz içkilərindən olan çay, bir bitkidən əldə edilir. Bu bitkinin yarpaqları müəyyən əməliyyatlardan keçirildikdən sonra, gözəl qoxulu və insanın yuxusunu qaçıran xüsusiyyətə sahib bir içki halına çevrilər. Çay da daxil olmaq üzrə, eyni torpaqdan çıxan minlərlə növ bitki, onları yaradan Allahın sonsuz güc, elm və mərhəmətini nümayiş etdirir. Rəbbimizin Ən'am Surəsinin, 141. ayəsində ifadə etdiyi kimi; "Yer üzündə sərilmiş və sərilməmiş  bağ -bağaltı, dadları müxtəlif xurmanı və taxıllı, bir-birinə bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur…"
 
Bunu da qeyd etmək lazımdır ki, Allah yaratdığı sonsuz nemətlərdən insanlara dilədiyi qədər ruzi verir. Allah insanları dünya həyatında zənginliklə və kasıblıqla sınamaqda, bu sınaqlar qarşısında gözəl əxlaq göstərənlərdən məmnun olmaqda, onların sonsuz cənnət nemətlərinə qovuşacaqlarını Quranda bildirməkdədir. Məsələn, bəzi insanların nahar masaları müxtəlif yeməklərlə doluykən, bəzisinə yalnız bir neçə növlə ruzi verilir. Ancaq mömin, imkanları nə olursa olsun, hər vaxt Allahın məmnun olacağı şəkildə davranır və Ona bütün səmimiyyətiylə şükr edir. Zənginsə, bundan ötəri lovğalanmır, təkəbbür göstərmir. Əgər kasıbsa, bundan ötəri azacıq da olsa kədərlənmir və bunun çətinliyini yaşamır.
Mömin, Allahın onu sınaqdan keçirdiyini və dünya həyatındakı hər şeyin keçici olduğunun fərqindədir. Necə ki Quranda Allah, insanları xeyrlə və şərlə (pisliklə) sınayacağını, "... Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" (Ənbiya Surəsi, 35) ayəsiylə bildirir. Bu səbəblə Quran əxlaqını yaşayan bir insan ona verilən nemətlərin deyil, nemətlərin müqabilində davranışının Allah qatında bir əvəzinin olduğunu bilir. Mömin, imkanları məhdud olsa da səmimiliklə Allaha şükr edir. Allah Quranda, səmimiyyətlə şükr edənlərə nemətlərini artıracağını bildirmiş, nankorluq edənlərə isə əzabının şiddətli olduğunu xatırlatmışdır:
 
Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdir: "Əgər şükr etsəniz sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!" (İbrahim Surəsi, 7)
 
Ətrafındakı qüsursuz yaradılış dəlilləri üzərində düşünən adam, yeməklərdəki hikmətlərin yanında, bunları asan bir şəkildə yeyə bilməsi üçün yaradılmış olan ağızının quruluşundakı və funksiyalarındakı hikmətləri də görür. Belə ki, insanın yemək yeyə bilməsi üçün dodaqları, dişləri, dili, çənə sümüyü, tüpürcək vəziləri, milyardlarla hüceyrəsi qüsursuz bir harmoniya şəklində fəaliyyət göstərir. Burada elə mükəmməl bir təşkilat söz mövzusudur ki, bir çox əməliyyat bir anda heç bir axsaqlıq olmadan edilə bilir. Dişlər yeməyi qoparıb parçalarkən, dil heç dayanmadan onu, dişlərin arasına təkrar - təkrar çeynənməsi üçün daşıyır. Çənə sümüyü sahib olduğu güclü əzələlərlə dişlərin qidanı çeynəməsinə kömək edir və dil ilə ahəngdar bir şəkildə hərəkət edir. Dodaqlar isə yeməyin çölə çıxmaması üçün qapı rolunu oynayır.
Ayrıca bu orqanların hər birini əmələ gətirən parçaların öz içərisində də qüsursuz bir işbirliyi vardır. Məsələn dişlərin hər biri, yerləşdiyi yerə və quruluşuna görə qoparma, çeynəmə kimi vəzifələri yerinə yetirməlidir. Bütün dişlər yerlərinə və vəzifələrinə uyğun və nizamlı bir şəkildə sıralanmış, hamısı qarşısındakı dişlə ortaq bir şəkildə fəaliyyət göstərə biləcəkləri qədər uzanmış və sabit bir boyda qalmışlar.
Əlbəttə, bu orqanlar ağla və şüura sahib deyillər öz aralarında ortaq qərara gəlib işbirliyi qurmasından söhbət belə gedə bilməz. Yuxarıda qısaca bəhs edilən xüsusi və üstün tənzimlənmə təsadüflər nəticəsində də əmələ gələ bilməz. Çünki hər parça müəyyən bir məqsəd istiqamətində, tam olması lazım olduğu kimi planlanmışdır. Şübhəsiz bu möhtəşəm dizayn, "Hər şeyi yaratmış və onu tətbiq etmiş" (Furqan Surəsi, 2) olan Rəbbimizə aiddir. Allah, bunların hamısını insanın rahat və zövq alacaq şəkildə yemək yeməsini təmin edəcək şəkildə yaratmışdır.
Möminin ağılından keçirdiyi bir başqa əhəmiyyətli mövzu da, mətbəxdəki yeməklərin qoxularını və dadlarını heç bir çətinlik çəkmədən qəbul etməsidir. Bu, sahib olduğu mükəmməl sistemlər sayəsində mümkün olmaqdadır. Qoxu və dadbilmə duyğuları bir ömür boyu dayanıb dincəlmədən və heç bir xəta etmədən onun adından fəaliyyət göstərir. Üstəlik bunlar üçün hər hansı bir əvəz ödəməmiş; belə bir bacarığı əldə etmək üçün heç bir təhsil almamış, xüsusi bir səy göstərməmişdir. (Detallı məlumat üçün baxın. Harun Yəhya, Qoxu və Dad Möcüzəsi)
İnsan əgər dadbilmə sistemiylə təchiz edilmiş olmasaydı, növ - növ yeməklərin, şirinlərin, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, tortların, çörıklərin, meyvələrin, içkilərin, cemlərin, dondurmaların, şirniyyatların heç bir mənası qalmayacaqdı. Bundan başqa, bunlar ləzzətli olmaya, dadsız, yavan, naxoş, mədə bulandırıcı və ya narahat edici ola bilərdi. Heç şübhəsiz dadlar və dadbilmə sistemi insan üçün xüsusi olaraq yaradılmışdır. Vərdişin gətirdiyi bir laqeydliklə bu gerçəyi göz ardı etmək böyük bir xəta olar. Allah gözəl və təmiz qidanları insanlar üçün yaratdığını Quranda belə bildirir:
 
Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allhdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Mömin Surəsi, 64)
 
Şübhəsiz, düşünən və ağıllı insanlar üçün hər dad, Allahı lazımı kimi təqdir etməyə, Onu minnətlə xatırlamağa, Onu ucaltmağa və Ona şükr etməyə bir səbəbdir. Ləziz yemək və içkilərin bütününün Allahdan olduğunu bilən mömin də hər süfrəyə oturuşunda bunlar üzərində düşünür və Rəbbimizə şükr edir. Allah Quranda belə bildirir:
 
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz, orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Hələ də şükr etməzlər? (Yasin Surəsi, 33-35)
 
Məgər Bizim Öz Əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların mənfəətləri və içəcəkləri də var. Hələ də şükr etməzlərmi? (Yasin Surəsi, 71-73)
 
Bəzi insanlar isə həyatları boyunca mükəmməl bir şəkildə ehtiyaclarını qarşılayan, fərqli qoxulara və dadlara sahib ləzzətli qidaları istifadə etmələrinə baxmayaraq, son dərəcə əhəmiyyətli olan bəzi həqiqətlər barədə heç düşünmürlər. Bu bənzərsiz nemətləri Allahın onlar üçün xüsusi olaraq yaratdığını və onlara bəxş etdiyini, bunlar üçün Allaha şükr etməyin vacib olduğunu dərk etmirlər. Halbuki bu, çox yanlış bir davranışdır. İnsanlar axirətdə Allaha qarşı şükr edici olub olmadıqları mövzusunda sorğuya çəkiləcəklərini unutmamalıdırlar.
Burada üzərində dayanılması lazım olan bir nöqtə də budur: Mömin, bədəninin ona Allahın bir əmanəti olduğunu, bu bənzərsiz nemətə ən yaxşı şəkildə baxmaqla məsul olduğunu və bunun üçün sağlam bəslənməsi lazım olduğunu anlayır. Saleh əməllər edə bilməsi üçün sağlam olması, bunun üçün də lazımi və nizamlı şəkildə qidalanmağın lazım olduğunu bilir. Bədənindəki 100 trilyon hüceyrənin inkişafı, yenilənməsi və nizamlı çalışması üçün bütün qidanlardan ehtiyacını qarşılayacaq qədər istifadə etməsinin zəruri olduğunu bilir. Buna görə, istər naharda istərsə gün boyu təmiz, sağlam və təbii qidalar istifadə edir, nə qədər cazibədar və ya ləzzətli görünsə də zərərli qidanlardan çəkinir. Bu mövzuda tənbəllik və biganəlik də etmir. Məsələn orqanlarının fəaliyyətinin, vücudunu zəhərli maddələrdən təmizlənməsinin, bitkinliyinin, yorğunluğun aradan qaldırılmasının suya bağlı olduğunu bilir və gün ərzində qaydasınca su içməyə diqqət yetirir. Peyğəmbərimiz (s) də suyun əhəmiyyətinə bir neçə dəfə diqqət çəkmişdir.
Məsələn bir səfəri əsnasında, bir yerdə dayanmış və yanındakılardan su istəmişdir. Əlini və üzünü yuduqdan sonra, sudan içmiş və yanındakı səhabələrinə də "Siz də üzünüzə, boynunuza bir az su tökün" demişdir. (Tam Mətini Səhih-i Buxari, Konyalı Məmməd Vehbi, 4. cild, Üçdal Nəşriyyat, İstanbul 1993, s. 64-65) Peyğəmbərimiz (s) su içdikdən sonra belə dua etmişdir:
"Rəhməti ilə suyu dadlı olaraq yaradan, acı və duzlu yaratmayan Allaha həmd olsun." (Huccetü'l İslam İmam Gazali, İhyau Ulum'id-din, 2. cild, Huzur Nəşriyyat, İstanbul 1998, s. 16)
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?