İSLAMA XİDMƏT
   
 
  5. İslamla yeni tanış olanların suallarına Qurandan cavablar - 2

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

                                                                          
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 5      (18. 05. 2008)
 
 
İSLAMLA YENİ TANIŞ OLANLARIN SUALLARINA QURANDAN CAVABLAR
 
“HAMI SƏHVDİR, ELƏ TƏKCƏ İNANANLAR DOĞRUDUR” - DEYƏNLƏRƏ CAVAB
                                                     
“Onlara: “Allahın göndərdiyinə tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzəyirlər. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər.” (“Bəqərə” surəsi, ayə 170 – 171)
 
 
 “HAMI SƏHVDİR, ELƏ TƏKCƏ İNANANLAR DOĞRUDUR” 
DEYƏNLƏRƏ CAVAB
Çox güman ki, bu sualı verən insan dünyada bir – birindən çox fərqlənən ideologiyalar, çox fərqli dünya görüşləri və həyat tərzləri olduğunu düşünür və möminlərin tutduğu yolun da minlərlə belə fərqli yoldan biri olduğunu zənn edir. Belə halda nə üçün bütün digər idealogiya və sistemləri bir kənara atıb möminlərin yolu ilə getməli olduğunu dərk etmir. Halbuki bu nöqteyi – nəzər çox böyük bir səhvdir.
Əsasən bunu demək lazımdır ki, möminlərin tutduğu yoldan savayı bütün sistemlər, ideologiyalar, ictimai rejimlər, fəlsəfələr və ya həyat tərzləri insan toplumları tərəfindən yaradılmışdır. Bu ideologiya və sistemlərə tabe olanlar isə onları yetişdirmiş insan və ya cəmiyyətlərin həqiqəti dərk edə bilmə qabiliyyətinə malik olduğuna inanırlar. Buna Karl Marksın bütün dünyanın sirlərini həll etdiyinə və ya ən azı həllinə yardım edəcək yolu açmış bir “dahi” olduğuna, Marksın yolu ilə gedərək həqiqəti dərk edə biləcəyinə inanan marksisti misal göstərmək olar. Tarix boyunca cəmiyyətin meydana gətirdiyi adətlərə əməl etməklə həqiqəti dərk etməyin ən doğru yolunu tapdıqlarını düşünənlər də haqqında danışılan cəmiyyətin, daha doğrusu, atalarının bir “yolgöstərən” ola biləcək ağıl, bilik və mühakimə gücünə malik olduqlarını zənn edirlər. Hər hansı sistem və ideologiyaya baxsanız orada mütləq bir varlığın (Bu, insanın özü də ola bilər) yolgöstərən kimi qəbul edildiyini görərsiniz. Lakin bu sözdə “yolgöstərən”lərin heç biri insanı həqiqətə çatdıracaq qabiliyyətə malik deyil. Çünki bu yolgöstərənlər bir insandır və onların fikirləri də nəticədə yenə insan ağlıdır. Və insan ağlı son dərəcə yetərsiz, son dərəcə yanlış, son dərəcə zəif və məhdud bir yol göstərir. Insan kainatda mövcud olan bilginin milyardda birinə də çata bilməz. Məsələn, tarixin lap əvvəlindən bu yana insanları ən çox məşğul edən bir məsələni – ölümdən sonra nə olacağı məsələsini Allahın Quranda bildirdiyi gerçəkləri oxumadan çözə biləcək bir ağıl sahibi yoxdur. Kainatdakı sonsuz biliklər haqqında nə qədər dərk etməyə çalışsanız da heç bir nəticə əldə olunmayacaq. O halda Allahın diləməsindən savayı insan ağlının həqiqəti dərk edə biləcəyini düşünmək tamamilə yanlış bir fərziyyə və “gümandır”. Beləki, Quranda da bu mövzu tez – tez vurğulanır və bütün dinə qarşı çıxanların ortaq bir xüsusiyyət olaraq “gümana inandıqları” bildirilir:
Əgər sən yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (“Ənam” surəsi, ayə 116)
Buna misal olaraq həyatın yalnız bu dünyada olduğunu və ölümün ayrılıqda yaradılmayıb maddi münasibətlərin təsadüfi bir nəticəsi olduğunu irəli sürən materialstlər tamamilə buna inanır, belə güman edirlər. (Ölümün son olduğunu iddia edənlərin heç biri ölümdən sonrakı həyatı hələ görməmişdir.) Quranda bu tip insanların vəziyyəti aşağıdakı kimi vurğulanır:
“Belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik! Bizi öldürən ancaq dəhrdir.” Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar!” (“Casiyə” surəsi, ayə 24)
Cahil toplumun başqa üzvləri isə atalarının onlara miras qoyduğu adətlərə kor – koranə tabe olur, bu adətləri “yolgöstərən” olaraq qəbul edirlər. Bu adətlər daha çox ağızdan eşidilən məlumatlar, adətlər, hamılıqla qazanılmış vərdişlər, kor – koranə yerinə yetirilən qaydalar, şüurlara yeridilmiş təlqinlərdən ibarətdir. Bu sistemdə ağıl və məntiqdən çox vaxt, bəzən isə hətta əsla istifadə edilmir. Belə bir cəmiyyətdə hakim olan psixologiya “kütlə psixologiyası”dır. Belə cahil cəmiyyətin əksəriyyətinin tabe olduğu həyat və anlayış tərzi də budur. Quranda Allahın qoyduğu hökmlərə baxmayaraq kor – korana atalarının yolu ilə gedənlərə nəzər salınır və onların “kar, lal və kor” olduqları və düşünmək qabiliyyətindən məhrum olduqları bildirilir:
“Onlara: “Allahın göndərdiyinə tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzəyirlər. Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər.” (“Bəqərə” surəsi, ayə 170 – 171)
Atalarının yolu ilə getmək də eynilə ideoloqlara tabe olmaq kimidir və insanı həqiqətə doğru aparmaz. Allahdan gələn bir kitab olmadan təkidlə atalarına tabe olanların yollarını azması Quranda belə bildirilir:
“Yoxsa onlara bundan əvvəl bir kitab vermişik və onlar ona istinad edirlər?! Xeyir. Onlar: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getdik!” – deyirlər. Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz – nemətində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – deyirlər. Belə dedi: “Əgər siz atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?! Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” – deyə cavab verdilər.” (“Zuxruf” surəsi, ayə 21 – 24)
Başqa sözlə, ağıllı insan nə Karl Marksın, nə başqa ideoloqun, nə atalarının, nə də “yer üzündə olanların əksəriyyəti”nin ağlına etibar edə bilməz. Onun etibar edə biləcəyi yeganə yol göstərən yalnız bütün kainat haqqındakı biliklərə və bundan daha artığına malik olan Sonsuz Ağıl, Sonsuz Güc sahibi olan Allahdır. Belə ki, Allahın Quranda sadalanan sifətlərindən biri də “Rəbb”dir. Rəbb “yol göstərən, tərbiyələndirən, hökm qoyan” mənasına gəlir. Allahdan savayı mövcud olan varlıqları yolgöstərən kimi qəbul etmək isə onları Rəbb qəbul etmək, onları ilahiləşdirmək deməkdir. Aciz varlıqları Allaha “şərik qoşmaq” kimi qələmə verilən bu davranış tam bir əxlaqsızlıqdır. Belə halda olan insanlar Quranda belə təsvir olunur:
“Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər bir milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!” (“Həcc” surəsi, ayə 73)
Ayədə də bildirildiyi kimi, yol göstərməsi istənilən də, onu yolgöstərən olaraq qəbul edən də gücsüz, aciz bir insandır. Başqa bir ayədə eyni vəziyyət belə açıqlanır:
“Bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar qəbul etdilər. (O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütər üçün hazır əsgərlərdir.” (“Yasin” surəsi, ayə 74 – 75)
Şübhəsiz ki, belə bir məntiq, yəni “güman”a əsaslanan bir sistem tamamilə yalan, batil və boş bir sistemdir. Bunun əksinə olaraq itaət edilməyə, Rəbb olaraq tanınmağa layiq olan isə yalnız Allahdır:
“De: “Şərikləriniz içərisində haqq yola yönəldə bilən bir kimsə varmı?” De: Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?” (“Yunus” surəsi, ayə 35)
Elə bütün bu izahatlardan sonra mövzunun başlığı olan suala – “hamı səhv, yalnız möminlər doğrudur” sualına cavab verə bilərik: Allaha iman gətirməyən, Allahın varlığını bildiyi halda Onun Sonsuz Qüdrətini təqdir edə bilməyən, Ona tam bağlı olmayan hər kəs tamamilə səhv yoldadır. Yalnız Allahdan qorxan və yalnız Onun rizasını axtaranların yolu doğrudur! Çünki yalnız möminlər həqiqi olaraq Allah tərəfindən göndərilən bir “yolgöstərən”ə, yəni Qurana inanırlar. Buna görə Quran Yer üzündə yeganə yol göstərəndir.
Ayələrdə bu həqiqət belə izah edilir:
“Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (“İsra” surəsi, ayə 9)
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran onda nazil edilmişdir...” (“Bəqərə” surəsi, ayə 185)
Şübhəsiz ki, bütün bunları deməklə möminlərin xətasız insanlar olması da nəzərdə tutulmur. Əksinə, hər bir insan mütləq səhv edir. Lakin möminlərin bağlı olduğu “yolgöstərən”də, yəni Quranda qətiyyən xəta, səhv, nöqsan, ziddiyyət yoxdur. Möminlərin xətası yalnız Qurana tabe olmaqda yol verdikləri nöqsanlardır. Lakin onlar da bu xətalarında inad etməz və səhvlərini həmin anda düzəldərlər.
 
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Qurandan cavablar” adlı əsərindən götürülərək hazırlanmışdır.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?