İSLAMA XİDMƏT
   
 
  5. Ömər və Pinqvin
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)
 
 
ÖMƏR VƏ PİNQVİN
 
Ömər, axşam yatmadan əvvəl atasıyla bir sənədli film izləmişdi. Bir çox canlının çətin şərtlərdə necə həyatlarını davam etdirdiklərini görmüş və çox çaşmışdı. Yatağına yatdığında da izlədiyi sənədli filmi düşündü. Özünü o canlılarla eyni mühitdə xəyal etdi və birdən özünü qarlarla əhatələnmiş bir yerdə tapdı. Dənizdə böyük buz parçaları üzürdü. Ətrafda gəzməyə başladı.
PİNQVİN:Xoş gəldin Ömər.
ÖMƏR: Sən də kimsən?
PİNQVİN: Mən bir pinqvinəm.
Səsin sahibi sanki üzərinə bir smokin geymiş kimi dayanan bir canlı idi. Ömər onu dərhal xatırladı. Axşam izlədiyi sənədli filmdə pinqvinlərləəlaqədar bir hissə də vardı.
ÖMƏR: Bəli sizin həyatınızı televiziyada seyr etmişdim. Bura olduqca soyuq, siz heç üşümürsünüzmü?
PİNQVİN: Bura Cənub Qütbü və burada istiliyin -88 dərəcəyə qədər düşdüyü dondurucu soyuqlar olar. Bu mühit bir çox canlı üçün öldürücü ola bilər. Halbuki biz heç bir çətinliklə qarşılaşmadan həyatımızı davam etdirə bilirik. Bu da ancaq Allahın bizə verdiyi müxtəlif xüsusiyyətlər sayəsində mümkün olmaqdadır.
Dərimizin altındakı qalın yağ təbəqəsi sayəsində soyuqdan digər canlılar qədər təsirlənmirik. Ayrıca qış gəldiyi zaman dəniz kənarından daha cənuba doğru gedərik.
ÖMƏR:Demək birlikdə köç edirsiniz, başqa bilmədiyim nə kimi xüsusiyyətləriniz var? Məsələn izlədiyim sənədli filmdə balalarınız yumurtadan çıxana qədər yumurtalara çox diqqətlə baxdığınızdan danışılmışdı. Mənə bir az izah edə bilərsənmi?
PİNQVİN: Təbii. Məsələn bir çox canlının əksinə pinqvinlərdə kişi kürtə yatar. Həm də bu vəzifəni təxminən -30 dərəcədə, 65 gün heç qıpırdamadan yerinə yetirərlər. Bu sırada ana pinqvin də doğulacaq bala üçün uzaqlarda yemək axtarar. Bala doğulduqdan sonra da ilk ayı ana və atasının ayaqları arasında keçirər. Çünki səhvən 2 dəqiqə belə buradan çıxması donaraq ölməsinə səbəb olar.
ÖMƏR: Yəni olduqca diqqətli davranmanız lazımdır.
PİNQVİN: Hər canlıya necə davranmasını Allah öyrətmişdir. Biz də Allahın bizə ilham etdiyi şəkildə hərəkət edərik.
ÖMƏR: Rəbbimiz hər canlının nə vaxt harada yerləşəcəyini, yeməyini necətapacağını öyrətmiş. Siz pinqvinlərin həyatı da buna çox gözəl bir nümunə.
PİNQVİN: Başqa canlılarda da fərqli nümunələr tapa bilərsən. Ailəm məni gözləyir, artıq getməm lazımdır.
Ömər birdən bir zəng səsi eşitdi. Səhər olmuşdu və saatı çalırdı. Kiçik səyahətinin gözəl bir yuxu olduğunu anladı.
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?