İSLAMA XİDMƏT
   
 
  5. Bilgi - 5

HÜCEYRƏLƏR BİR-BİRLƏRİNİ NECƏ TANIYA BİLİR?

 

Hamımız lisey ya da universitet illərində insanın meydana gəlməsi ilə əlaqədar məlumatlar öyrənmişik. Buna görə ilk başlarda bir ət parçası halındakı embriyo zaman içində şəkillənməkdə, hüceyrələrin bir hissəsi qolları, bir hissəsi iç orqanları, bir hissəsi isə gözləri meydana gətirmək üzrə ayrılmaqdadır. Hər hüceyrə gedəcəyi yeri, hansı orqanı meydana gətirəcəyini, nə qədər çoxalacağını, nə vaxt dayanacağını bilməkdədir. Lakin aşağıdakı qaynağda izah edilənlər, bizə embriyonun şəkillənməsi sırasındakı bir başqa heyranlıq oyandırıcı məlumatı verməkdədir:

Bir embriyonun müxtəlif orqanlarına aid hüceyrələri -mühitdəki kalsium miqdarını azaldaraq- ayırsaq, daha sonra müxtəlif orqanlara aid bu hüceyrələri əlverişli bir mühitdə yaxşıca qarışdırsaq, bu hüceyrələr təkrar bir-birləri ilə təmas etdiklərində eyni orqana aid hüceyrələr bir-birlərini TANIYARLAR və hər orqana aid hüceyrələr ayrı kümeler (çoxluqlar) təşkil edərlər. (Prof. Dr. Ahmet Noyan,  Yaşamda ve Hekimlikte Fizyoloji, Meteksan Yayınları, Ankara, 1998, 10.baskı, s.40)

Yəni hüceyrələri əvvəlcə bir-birindən ayırıb, sonra təkrar birləşdisək, eyni orqanı meydana gətirəcək olan hüceyrələr bir-birlərini tanıyacaq, təkrar birləşəcəklər.

Yaxşı nə beynə, nə sinir sisteminə, nə də gözə, qulağa sahib olmayan bu hüceyrələr bir-birlərini necə tanımaqdadırlar? Müxtəlif molekulların bir yerə gəlməsi ilə ibarət olan bu ağıl, şüur sahibi olmayan varlıqlar digər hüceyrələr arasından öz növündən olan hüceyrəni necə seçə bilməkdədir? Daha sonradan birlik olub bir orqanı meydana gətirəcəklərini haradan bilməkdədirlər? Şüursuz molekulların sərgilədikləri böyük şüurun qaynağı nədir?…

 

Bu şüurun qaynağı bütün kainatı yoxdan var edən, aləmlərin Rəbbi olan  Allahdır.

 

"Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgır Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!" ("Fussilət" surəsi, ayə 53)

 

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?