İSLAMA XİDMƏT
   
 
  5. Yolda gedərkən
YOLDA GEDƏRKƏN

Səhər yeməyini yeyən və hazırlıqlarını tamamlayan insanları iş yerlərində, məktəblərində və ya fərqli mühitlərdə müxtəlif işlər gözləyir. İnsanların bir çoxunun axşam olmadan əvvəl etmələri lazım olan müəyyən işlər vardır. Allah Quranda bu vəziyyəti, "… gündüz sənin uzun - uzadı davam edən işlərin vardır." (Müzzemmil Surəsi, 7)"... gündüzü də həyat yaradan Odur." (Furqan Surəsi, 47) şəklində bildirməkdədir.
Mömin önündəki hər günü, Allahın məmnuniyyətini, sevgisini və cənnətini qazanmaq və xeyirli işlər etmək üçün yeni bir fürsət olaraq görər. İşləri nə qədər sıx olursa olsun, Allahın razılığını qazanmağı bir an belə olsun unutmur. "… Ey Rəbbim! Mənə mənim özümə və ata - anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətində saleh bəndələrinin zümrəsinə daxil et!" (Nəml Surəsi, 19) ayəsində bildirilən Hz. Süleymanın duasını özünə nümunə götürər və gün içində edə biləcəyi şeyləri Rəbbimizin ona ilham etməsini diləyir.
İşinə və ya məktəbinə getmək üzrə evindən çölə çıxan hər kəs, əslində düşünməsi lazım olan xeyli çox varlıq və hadisələrlə qarşı-qarşıya qalar. İnsanın gördüyü hər şey Allahın elmi daxilində və Onun izni ilə meydana gəlmişdir, mütləq müəyyən bir səbəbi vardır. Bu həqiqəti ağılından çıxarmayan mömin, başını yuxarıya qaldırdığında səmanın mükəmməl bir şəkildə yaradılmış olduğunu görər. "Göyü qorunub saxlanılan bir tavan etdik..." (Ənbiya Surəsi, 32) ayəsinin təcəllisiylə qarşılaşdığını anlayır.
Göy üzünün "qorunmuş tavan" olma xüsusiyyəti, sahib olduğu atmosferdən qaynaqlanır. Yer kürəsini əhatə edən atmosfer, canlılığın davamı üçün son dərəcə həyati funksiyaları yerinə yetirir. Atmosfer, kosmosdan gələn və canlılar üçün zərərli olan süaları filtrdən keçirir. Dünyaya doğru yaxınlaşan irili xırdalı xeyli çox meteoriti əridərək, Yerə və canlılara zərər verməsinə mane olur, Yeri kosmosun təxminən mənfi 270 dərəcəlik dondurucu soyuğundan qoruyur. İnsanların bir çoxu bunu lazımınca qiymətləndirməsələr də Allah həyat üçün ideal bir mühit yaratmış və onları göy üzündən gələcək təhlükələrə qarşı qorumuşdur.
Allah, göyü müşahidə edən bir möminin, uyğun və qüsursuz yaradılış dəlillərini qısa müddətdə anlayacağını Quranda belə bildirməkdədir:
 
Yeddi göyü qat - qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk Surəsi, 3-4)
 
Allah göylərin və yerin yaradılışında, imani bir dərinliklə baxanlar üçün dəlillər olduğunu Quranda belə xəbər verir:
 
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən yetişdirdiyimizi görmürlərmi?! Dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd - nəsihət olsun deyə etdik. (Qaf Surəsi, 6-8)
 
Baxışlarını göy üzündən yerə çevirən mömin başqa bir yaradılış dəlili ilə qarşılaşır. Üzərində arxayın yeridiyi yerin altı, magma deyilən bir "alov təbəqəsi" ilə örtülüdür. Üstəlik yer qabığı son dərəcə incədir. Yəni bu alov insanın haradasa elə ayaqlarının altındadır. Belə ki yer üzü qabığının bütün yerə nisbətən qalınlığı bir alma qabığının bütün almaya nisbətən qalınlığına bənzədilə bilər. Bu gerçəkləri ağlından keçirən mömin, dünyanın və dünya üzərindəki bütün canlıların Allahın diləməsiylə, Onun yaratdığı qüsursuz bir tarazlıq sayəsində yaşadıqlarını və təhlükəsizlik içində varlıqlarını davam etdirdiklərini bir dəfə daha anlayır.
Hikmət gözüylə baxan möminlər ətraflarındakı gözəllikləri və yaradılış möcüzələrini dərhal fərq edirlər. Məsələn, havada böyük bir zərifliklə süzülən quşlar, meyvə satanın vitrinini bəzəyən göz oxşayan rənglərə sahib meyvələr, şirniyyat mağazasından yayılan təsir edici qoxular, Allahın nemətləri olduğu üçün bir möminə, digər insanların qavraya bilməyəcəyi mənalar ifadə edir.
Küçədə yeriyərkən önünə çıxan saysız detaldakı "dəlillər" üzərində düşünən mömin, digər tərəfdən davranışlarına da diqqət yetirir. Məsələn şişirtmə və riyakarlıqdan uzaq bir şəkildə yeriyir. Çünki Allah "Yeriyişində müvazinət gözlə..." (Loğman Surəsi, 19) ayəsiylə, təvazökar bir yeriyiş şəklinin doğru olduğunu xəbər verir. Təvazökar olan insan Allahın əmrinə uyaraq, bütün rəftarlarında olduğu kimi yeriyişində də orta bir yol tutmaqla Allah qatında da, möminlərin gözündə də mötəbər bir mərtəbəyə gəlir.
Möminlər insanı yaradanın və ona bütün xüsusiyyətlərini verənin Allah olduğunu bilirlər. Ancaq, Quran əxlaqından uzaq yaşayan insanlar bu gerçəyi göz ardı edər və sahib olduqları xüsusiyyətlərin özlərinə aid olduğunu fikirləşirlər. Gözəlliklərini, zənginliklərini, məlumatlı və ya müvəffəqiyyətli olmalarını özlərinə aid edən bu insanlar, lovğalanır və təkəbbür göstərirlər. Təkəbbürləri səbəbiylə insanları əzmək və onlara üstünlüklərini göstərmək istəyirlər. Bu düşüncələri sözlərinə və bütün davranışlarına əks olunduğu kimi yeriyişlərində də əks olunur. Halbuki hər insan Allahın üstün elm və qüdrəti qarşısında acizdir, həyatının hər anında Allaha möhtacdır. Allah bu gerçəyin şüurunda olmayan insanları Quran ayələriylə xəbərdar etməkdə, təkəbbür göstərməyi Quranda belə qadağan etməkdədir:
 
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa – lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman Surəsi, 18)
 
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də yüksəlib dağlara çata bilərsən. (İsra Surəsi, 37)
 
Quran əxlaqını yaşayan bir insan hər vaxt acizliyinin, Allahın diləməsiylə yaşadığının, sahib olduğu hər şeyi özünə verənin kainatın tək sahibi olan Allah olduğunun şüurundadır. Hər vaxt bu şüurla yaşadığı üçün də ətrafındakı hər hadisəni Qurana görə qiymətləndirir.
İnsanın gün ərzində yeriyərək çox yol qət edə bilməyəcəyi açıqdır. Yerimək, qısa məsafələr üçün asan bir əməliyyat və Allahın insana bəxş etdiyi böyük bir nemətdir. Ancaq, insanın uzun bir məsafəni yeriməyə gücü çatmaz; müəyyən bir müddət sonra bədəni yorular və daha çox yeriməsinə imkan verməz. Qullarının bu acizliyini bilən Allah, asan bir şəkildə mənzilbaşına çatmaq üçün onları aparacaq heyvanlar və minik vasitələri yaratmışdır. Allahın qullarına qarşı mərhəmətinin və şəfqətinin göstəricisi olan bu böyük lütfünün xəbər verildiyi Quran ayələrindən bəziləri belədir:
 
Onlar sizin yüklərinizi, özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı, hələ sizin bilmədiyiniz neçə - neçə şeylər də yaradacaqdır. (Nəhl Surəsi, 7-8)
 
... Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı. (Zuxruf Surəsi, 12)
 
Məgər Allahın yerdə olanları, dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir! (Həcc Surəsi, 65)
 
Allah dəmir və polad kimi mədənlər və müxtəlif imkanlar yaratmış, insanlara bunları istifadə edərək müxtəlif vasitələr etmələrini ilham etmişdir. İnsanlar da Allahın diləməsiylə avtomobil, avtobus, qatar, gəmi, təyyarə kimi nəqliyyat vasitələri etmişlər. Beləcə Rəbbimiz insanların güc çatdıra bilməyəcəkləri səfərləri onlara asanlaşdırmışdır. Özlərinə bəxş edilən bu nemətlər qarşısında insanlara düşən isə, bir vasitəyə mindiklərində Allahı xatırlamaları, Onun adını ucaltmaları və Ona şükr etmələridir. Bu vəziyyəti Allah Quranda belə bildirməkdədir:
 
Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pak və müqəddəsdir!Bizim onlara gücümüz çatmazdı.” (Zuxruf Surəsi, 13)
 
Bu günki nəqliyyat, keçmişlə müqayisə edilməyəcək qədər sürətli, konfortlu və rahat bir hal almışdır. Quran əxlaqını yaşayan bir insan üçün bunlar üzərində düşünmək, həm Allaha yaxınlaşmaq həm də nemətlər üçün səmimi bir şəkildə Ona şükr etmək üçün əhəmiyyətli yollardan biridir.
Mömin bir vasitə içində səyahət edərkən də yenə Allahı düşünür. Yandakı vasitəni istifadə edən adam, avtomobilin rəngi, modeli, ətrafdakı digər vasitələr və insanlar, onların hərəkətləri, öndəki vasitənin arxa şüşəsindəki bir yazı, yol boyunca sıralanmış binalar, binaların şəkilləri, şüşələri, tablolar, tablolardakı yazılar, bunların hamısı Allahın müəyyən ölçüdə yaratdığı detallardır. Allah bu gerçəyi insanlara "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq" (Qəmər Surəsi, 49) ayəsiylə xəbər verir.
Allah yalnız bir insan üçün deyil, yer üzündəki milyardlarla insan üçün hər an qarşılaşacaqları hər şeyi yaratmaqdadır. Quran əxlaqını yaşayan bir insan üçün bunları düşünmək, Allahın hər an yanında olduğunu, hər hərəkətini və davranışını gördüyünü bilərək hərəkət etməsinə səbəb olur. Gün boyunca bu gerçəyin şüurunda olduğundan, nə pozulan yol hərəkətinin, nə önünə birdən çıxan bir vasitə, nə bir çətinlik, nə də başına gələn hər hansı bir çətinlik möminin Allaha olan təslimiyyətli davranışlarını dəyişdirməz.
Bəzi insanlar isə çatışmazlıq kimi görünən kiçik bir hadisəyə belə səbr edə bilmir, hətta bəzən özlərini itirir, ləyaqətsiz rəftarlar göstərirlər. Yol hərəkətinin pozulması və ya diqqətsiz bir sürücü dərhal əsəbiləşib deyinmələrinə, qışqırıb çağırmalarına səbə ola bilər. Pozulan yol hərəkətində gözləməyə səbr edə bilmir, buna etiraz əlaməti olaraq dayanmadan siqnal verməyə başlayır, bununla digər insanları da narahat edirlər. Bu kimi belə mənfi davranışlarının səbəbi isə, hər şeyin Allahın nəzarətində olmasını tamamilə unutmalarıdır.
Quran əxlaqına arxa çevirən bir insan üçün nəqliyyat bir nemət deyil bir külfət, bir bəla halına gəlir. Məsələn yolda gedərkən, çuxurlar, yol hərəkətinin pozulmasına səbəb olanlar, ani yağan güclü bir yağış və daha xeyli çox problemlər ilə bütün gün ağılını məşğul edir. Bu boş düşüncələrin isə özünə nə dünya həyatında nə də axirətdə heç bir faydası yoxdur. Bir çox insanlar iddia edirlər ki, onların dərindən düşünməsinə mane olan səbəb yer üzərində mübarizə aparmaq məcburiyyətində olmalarıdır. Onlar yemək, sığınma, sağlamlıq kimi ehtiyaclarını təmin etməyə vaxt ayırdığı üçün Allahın varlığı və yaradılış dəlilləri üzərində düşünməyə vaxt ayıra bilmədiklərini söyləyirlər. Halbuki bu iddialar əsl həqiqətdən yayınmaqdan, mətləbdən sadəcə olaraq qaçmaqdan başqa bir şey deyil. İnsanın məsuliyyətləri və içində olduğu mövqe ilə, düşünməsinin heç bir əlaqəsi yoxdur. Çünki Allahın razı olması üçün yaradılış dəlillərini, qədəri, axirəti, ölümü, dünyada Rəbbimizin verdiyi nemətləri düşünən insan, yanında Allahın köməyini tapacaq. Görəcək ki özü üçün problem olan xeyli çox mövzu bir – birinin ardınca asanca həll edilməkdə, düşünməyə rahatlıqla çox vaxt ayıra bilməkdədir.
Mömin bir gün boyunca qarşılaşdığı hər mühiti yaradanın Allah olduğunu heç bir zaman unutmaz. Bunların yaradılış məqsədi isə, gözəl bir şəkildə səbr etmək ya da məsələn, əgər imkanı varsa yolda tıxacın yaranmasına səbəb olan səbəbi ortadan qaldırmağa çalışmaqdır. Fərdi bir səylə həll edilməyəcək bir problem varsa bu vəziyyətdə ediləcək tək şey səbrlə gözləməkdir. Bəzi insanlar kimi əsəbiləşmək, qışqırmaq, müzakirə etmək, insanın həm özünə həm də başqalarına zərər verə biləcək mənasız və səhv davranışlardır.
İnsanların səbr göstərmə mövzusunda sınandıqlarını anlamaları üçün çox böyük ağrılar, böyük faciəli hadisələr gözləmələri səhvdir; çünki Allah insanı gün boyunca böyük kiçik bir çox hadisələ sınayır. Bu şəkildə gün içindəki yol hərəkətinin pozulması, bir yerə gecikmə kimi çətinlik verici hadisələr, kiçik qəzalarla da insanlar sınanırlar. Ancaq bu vəziyyət qarşısında Quran əxlaqını yaşayan insanlar, içlərində ən kiçik bir çətinlik belə duymadan, şikayət etmədən səbr edirlər. Necə ki Allah Quranda, möminlərin xüsusiyyətlərindən birinin də çətinliklərə səbr etmələri olduğunu bildirməkdədir:
 
O kəslər ki, Allahın adı çəkiləndə qəlbləri titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən sərf edərlər. (Həcc Surəsi, 35)
 
Yol hərəkətindəmeydana gələ biləcək qəzalar qarşısında da mömin təmkinli və təvəkküllüdür. Belə bir vəziyyətdə, yaşadığı hadisəni yaradanın Allah olduğunu bilərək ağıllı hərəkət edir. Hadisə yerindəki yaralıları qurtarmağa, kömək çağırmağa və qazanın verdiyi zərərin artmasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə çalışır. Dünya həyatının hər anında Allahın razı olduğu gözəl davranışlarda olmaqla məsuliyyət daşıdığını bilir.
Allah insanın yaradılış məqsədini və ona verilən bu məsuliyyəti Mülk Surəsində belə bildirməkdədir:
 
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk Surəsi, 2)
 
Dünya həyatının hər anını Quran əxlaqı istiqamətində yaşayan mömin, səfəri əsnasında boş və mənasız düşüncələrin zehnini məşğul etməsinə icazə verməz, diqqətini üzərində dərin - dərin düşünə biləcəyi hadisə və varlıqlara yönəldir. Məsələn, Quran əxlaqından uzaq yaşayan insanlar səmada uçan quşlara baxdıqlarında bunu sıravi bir hadisə hesab edirlər. Halbuki mömin üçün, quşların heç bir yerə bağlı olmadıqları halda həssas qanadları ilə hava boşluğunda müxtəlif manevrlər etmələri və boşluqda sanki asılı qalmaları, uçuşlar, sıçrayışlar və manevrlər etməyə ən uyğun şəkildə hazırlanmış qanadları, bəslənməyə ən uyğun şəkildə yaradılmış dimdik strukturları, uçma texnikaları, xüsusi skelet, tənəffüs, həzm və digər sistemləri, tüklərinin kompleks və aerodinamik quruluşu, yuva etmə texnikaları, duyğu orqanları, ovlanma və bəslənmə üsulları, davranışları, artıma və müxtəlif funksiyalar əsnasında çıxardıqları səslər, quşlardakı dizayn möcüzəsi sistemlər, Allahın varlığının, üstün elm və qüdrətinin dəlillərindəndir. Allah Quranda, "Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır…" (Mülk Surəsi, 19) ayəsi ilə bu gerçəyə diqqət çəkməkdədir. Möminlər də yolda irəliləyərkən ətraflarındakı bu kimi iman həqiqətlərini izləyər və Allahın sonsuz qüdrətinə hər an şahidlik edirlər.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?