İSLAMA XİDMƏT
   
 
  6. İş zamanı
İŞ ZAMANI
Yetkin insanların çoxu gününün əhəmiyyətli bir hissəsini etdiyi iş ilə maraqlanaraq keçirir. Amma Quran əxlaqına uyğun hərəkət edənlər, eyni məslək uğrunda işləsələr belə cahil əxlaqını mənimsəmiş adamlardan mühüm bir məqamda ayrılırlar: Mömin üçün, gün ərzindəki işləri nə qədər təcili və sıx olursa olsun, Rəbbimizə qarşı qulluq vəzifələrini və ibadətlərini yerinə yetirmək hər şeydən daha əhəmiyyətlidir. Allah Quranda bu gerçəyi bu şəkildə xəbər verməkdədir:
 
… Allahın dərgahında olan əyləncədən də, ticarətdən də daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır. (Cümə Surəsi, 11)
 
Mömin bunu dərk edir və heç bir iş onu Allahın adını xatırlamaqdan, ibadətlərini yerinə yetirməkdən saxlaya bilməz; heç bir zaman dinin hər hansı bir hökmünü maddi qazanc üçün göz ardı etməz və təxirə salmaz. Quran əxlaqını yaşayan insanların bu xüsusiyyətinə Rəbbimiz bir ayəsində belə diqqət çəkməkdədir:
 
O kəslər ki, nə ticarət, nə alış - veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan - hala düşəcəyi bir  gündən qorxarlar. (Nur Surəsi, 37)
 
Bu ayədə, ticarətə diqqət çəkilməsinin səbəbi, maddi mənfəətin insanların ən böyük zəifliklərindən biri olmasıdır. Necə ki insanların bir qismi, daha çox pul qazanmaq, daha çox mülk əldə etmək ya da daha çox güc əldə etmək üçün dinin bir çox hökmünü göz ardı edə bilirlər. Məsələn namaz ibadətini və ya dinin bir başqa hökmünü yerinə yetirməz, gözəl əxlaq göstərə bilərkən göstərməzlər.
Cahil insanların həvəslə, səylə işlərinin qarşılığındakı umacaqları isəhamının bildiyi bir neçə məqsəddən ibarətdir: Dünyada yaxşı bir həyat yaşaya bilmək, zəngin ola bilmək, etibar və mövqe əldə edib cəmiyyətdə hörmətli bir yerə gəlmək, yaxşı bir evlilik edib öyünə biləcək uşaqlara sahib olmaq… Bəzi cahil insanların sonsuz axirət həyatından üstün tutduğu şeylər məhz bunlardan ibarətdir. Əlbəttə bütün bunlar Allahın rizasını və axirəti qazanmağın əsas məqsəd kimi seçiləcəyi təqdirdə hər bir insanın sahib ola biləcəyi məşru nemətlərdir. Möminlər də eyni nemətlərə sahib olmaq istəyir, çalışır, pul qazanır, mülk sahibi olurlar. Ancaq onları bəzi cahil insanlarından ayıran xüsusiyyətləri; bütün işlərini Allahın rizası üçün etmələri, qazanclarını Allah yolunda və Allahın tövsiyə etdiyi şəkildə xərcləmələri, hər işdə olduğu kimi ticarətdə də hər vaxt Allahın hökmlərinə diqqətlə uymalarıdır.
Ticarəti İslami hökmlərdən üstün tutmağın "fasiq" (yoldan çıxmış, Allaha üsyan etmiş) bir cəmiyyətin xüsusiyyəti olduğu bir ayədə belə izah edilməkdədir:
 
De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qohumlarınız, qazandığınız mallar, kəsad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah, fasiqləri doğru yola yönəltməzt. (Tövbə Surəsi, 24)
 
Dərin imana sahib olan mömin öz nəfsini bu cür yollardan qoruyur. Allahın möminlərdən istədiyi üstün bir əxlaq var və möminlər hansı işin sahibi  olurlarsa olsunlar bu əxlaqın vacib hökmlərini yerinə yetirirlər. Onlar ticarət edərkən də yenə dürüst, səmimi, fədakar, çalışqan, ədalətli, təvazökardırlar. Bütün diqqətləri Allahın razılığında və Onun halal-haram sərhədlərindədir. Allah möminlərə ticarət edərkən başqalarının haqqlarına təcavüz etməmələrini, ölçünü və tərəzini tam tutmalarını, insanların əşyasını dəyərdən salmamalarını əmr etmişdir. (Hud Surəsi, 85)
Allah ticarət edərkən dürüst olmağın, insanlara haqsızlıq etməməyin və belə gözəl bir əxlaq göstərərək Allahı razı etməyin əhəmiyyətini bəzi ayələrdə bu şəkildə bildirməkdədir:
 
Ölçəndə ölçüdə düz olun, düzgün tərəzi ilə çəkin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır! (İsra Surəsi, 35)
 
Tərəzini düz tutun, çəkini əksiltməyin! (Rəhman Surəsi, 9)
 
Allah, Quranda ticarətin və alverin necə edilməsi lazım olduğunu insanlara açıqlamışdır. İlk olaraq ifadə etmək lazımdır ki Allah "… Halbuki Allah, alış – verişi halal, sələm almağı (faizi) isə haram etmişdir..." (Bəqərə Surəsi, 275) ayəsi ilə faizi, sələmçiliyi qəti olaraq qadağan etmişdir. Allahın bildirdiyi digər bir cəhət isə, alış – verişin aparılma və borcların alınıb verilmə şəklidir. Allah ticarət zamanı lazım olanda istifadə etmək üçün və ya unudulması ehtimalına qarşı borcların yazılmasını, alış - veriş zamanı isə buna ehtiyac olarsa, şahidlərin tutulmasını əmr etmişdir. (Bəqərə Surəsi, 282)
Möminlərin iş həyatında əhəmiyyət verdikləri digər bir tətbiq, qərar qəbul etmək, yeni bir işə başlamaq, əksiklikləri aradan qaldırmaq kimi işlər haqqında digər insanların da fikirlərindən istifadə etməkdir. Allah Quranda bunu, iman edənlərin bir xüsusiyyəti olaraq bildirir.
Quran hər sahədə olduğu kimi işdə, ticarətdə və alış - verişdə də insanların həyatına ən gözəli, ən doğrunu və ən asan olanı gətirir. Allah bu şəkildə insana stressdən və böhrandan uzaqlaşaraq Ona təslim olmağın, tədbir görməyin, başqaları ilə məsləhətləşərək qərar qəbul etməyin rahatlığı içində sağlam, rahat bir şəraitdə işləyə bilməsi üçün yol göstərir.
Ayrıca ağıllı bir mömin iş həyatında çox geniş düşünür, həm qısa, həm uzun vədəli, həm də çox mərhələli planlar edir, başladığı işin sonrakı mərhələlərini, hansı tətbiqin özünə uzun vədəli bir müvəffəqiyyət qazandıracağını, mümkün olan digər alternativ variantları mütləq hesablayır. Və faydalı gördüyü üçün etdiyi bir işin bir sonrakı mərhələdə zərər gətirməməsi üçün hər cür tədbiri, Allahın Quranda işarə etdiyi həll üsulları əsasında görür. Bir iş üzərindəykən, içindən davamlı Allaha dua edir, etdiyi işi asanlaşdırmasını Rəbbimizdən istəyir, Allah diləmədikcə heç bir işdə müvəffəqiyyətli ola bilməyəcəyini düşünür. Etdiyi işin Allahın məmnuniyyətini qazanmağa bir yol olmasını ümid edir.
İçində olduğumuz çağda keçmişdəki insanların xəyal belə edə bilməyəcəkləri yeni görüşlər və elmi inkişaflar meydana gəlməkdədir. Bu bənzərsiz imkanlar üçün də şükr etmək, Quran əxlaqının bir gərəyidir. Məsələn bu gün elm, texnologiya, nəqliyyat, ünsiyyət və iş həyatındakı inkişaflar çox irəli mərhələlərə çatmışdır. Kompüter və internet texnologiyaları sayəsində dünyanın dörd bir tərəfindəki insanlar saniyələr içində bir-birləriylə danışa bilməkdə, məlumatlarını paylaşa bilməkdə və ünsiyyət qura bilməkdədir. Əlbəttə bunlar dərin dərin düşünülməsi lazım olan nemətlərdir. Çünki Allahın Quranda bizlərə nümunə göstərdiyi peyğəmbərlər, öz içlərində daim Allaha yönələn, bir iş üzərindəykən həmişə Allahı düşünən və şükr edən kəslərdir. Allah Səba Surəsində bu şəkildə bildirir:
 
Onun üçün nə istəsə - uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzərçanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. “Siz Ey Davud ailəsi! Şükranlıqla itaət edin!" Bəndələrimdən şükr edəni azdır! (Səba Surəsi, 13)
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?