İSLAMA XİDMƏT
   
 
  6. İslamla yeni tanış olanların suallarına Qurandan cavablar - 3

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

                                                              
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 6      (01. 06. 2008)
 
 
İSLAMLA YENİ TANIŞ OLANLARIN SUALLARINA QURANDAN CAVABLAR
 
DİNƏƏMƏL ETMƏK İSTƏYİRƏM, LAKİN ÖZÜMDƏ BU GÜCÜ TAPA BİLMİRƏM”
 DEYƏNLƏRƏ CAVAB
“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir kitab vardır. Onlara zülm olunmaz. Lakin (kafirlərin) qəlbləri bundan xəbərsizdir. Onların bundan başqa ayrı işləri də vardır ki, elə onları edərlər.” (“Muminun” surəsi, ayə 62 – 63)
 
 
 “DİNƏƏMƏL ETMƏK İSTƏYİRƏM, LAKİN ÖZÜMDƏ BU GÜCÜ TAPA BİLMİRƏM”
 DEYƏNLƏRƏ CAVAB
Yuxarıdakı bu cümlə tez – tez rast gəlinən bir səmimiyyətsizliyin ifadəsidir. Bunu deyən insan da əslində bilir ki, həqiqəti deyil, öz xudbin istək və ehtiraslarının yaratdığı bəhanəni irəli sürür. Çünki din insanların gücünün çatmadığı bir həyat tərzi deyil. Allah insanları Ona itaət etmələri üçün yaratmışdır. Insanın ümdə vəzifəsi də budur və varlığı da bunu tələb edir. Quranda insanın Allaha qul olmaqdan ötrü yaradıldığı belə bildirilir:
“Mən cinləri və isanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat” surəsi, ayə 56)
“Mən dinə əməl etmək gücünə qadir deyiləm” demək yalnız qeyri – səmimi bir səbəbdir. Çünki Allah insanı yalnız onun gücünün yetdiyi qədər çətiliyə salır. Bu mövzu ilə bağlı olan ayələr belədir:
“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir kitab vardır. Onlara zülm olunmaz. Lakin (kafirlərin) qəlbləri bundan xəbərsizdir. Onların bundan başqa ayrı işləri də vardır ki, elə onları edərlər.” (“Muminun” surəsi, ayə 62 – 63)
“İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – Cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (“Əraf” surəsi, ayə 42)
Bunun əksinə olaraq insan İslam əxlaqına əməl etməkdə çətinlik çəkirsə, bunun səbəbi xalq arasında yayılmış və xurafata qarışmış ənənəvi din anlayışının təməlini təşkil edən xurafatların və mənasız qaydaların heç biri gerçək İslamda yoxdur. İslam “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O, (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi.” (“Həcc” surəsi, ayə 78) ayəsində vurğulandığı kimi, iman gətirən bir insan “heç bir məşəqqət” çəkmir. Dinin insana fiziki baxımdan çətinlik yaradacaq yönü də yoxdur. Bütün ibadətlər son dərəcə asandır. Dinin insanı sıxıntıya salacaq xüsusiyyəti də yoxdur. Əksinə, İslam azadlıq verən, mühafizəkar və fanatizm kimi sıxıntılardan xilas edən bir dindir.
Peyğəmbərin xüsusiyyətlərindən biri “onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər)” (“Əraf” surəsi, ayə 157)
Başqa sözlə, insanın “mən dinə əməl edə bilmərəm, o güca qadir deyiləm” deməsi mənasızdır. Buna baxmayaraq yenə eyni məntiqi irəli sürən varsa da bu, yalnız bu cür izah oluna bilər: Bu, insanın süni davranışla və özünü xudbin vərdişlərini təmin edə bilmək məqsədilə Quran əxlaqından qaçması üçün bəhanə axtarmaqdır. Quranda “qəlbində xəstəlik olan” insanların bəzi çətin məqamlarında özlərini vəziyyətdən çıxarmaq üçün möminlərə qarşı belə bəhanələr irəli sürməsinə nəzər yetirilir. “Mənim müsəlman olmağımı Allah istəməmiş, məni də belə yaratmışdır” kimi məntiqə bənzər saxtakarlıqlara yol verənlərin vəziyyəti Quranda belə izah edilir:
“Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik.” Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (“Ənam” surəsi, ayə 148)
Belə yollara əl atan qeyri – səmimi, ikiüzlü insanların ən böyük səhvi də onların Allahı və möminləri aldada biləcəklərini zənn etmələridir. Halbuki nə “O, ürəklərdə olanı da bilən” (“Fatir” surəsi, ayə 38) Allahı, nə də Onun dərgahından “haqla nahaqqı ayırd edən nur və dərrakə” (“Ənfal” surəsi, ayə 29) verilən möminləri aldada bilərlər.
  
 
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Qurandan cavablar” adlı əsərindən götürülərək hazırlanmışdır.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?