İSLAMA XİDMƏT
   
 
  7. Alış - veriş edərkən
ALIŞ - VERİŞ EDƏRKƏN
 
Hal-hazırda bir çox insan üçün alış - veriş əhəmiyyətli bir məşğuliyyətdir. Məsələn bəzi insanlar, yoldaşları arasında öyünə biləcəkləri paltarlar əldə etmək məqsədiylə saatlarla, hətta günlərlə mağazaları gəzə bilir, həyatlarında yalnız bir neçə dəfə geyəcəkləri geyimlərə böyük pullar xərcləyə bilir, qarderobları tamamilə dolu olmasına baxmayaraq doymaq bilməyən bir həvəslə yeni paltarlar satın ala bilirlər. Belələri üçün alış - veriş, ehtiyaclarını ödəyəcək bir vasitə olmaqdan da öncə həyatlarında mühüm bir yer tutan bir məqsəd halına çevrilmişdir. Alış - veriş edərkən adətən özlərini itirərək çox vaxt aldıqlarına sonradan peşman olacaqları əşyanı satın almaq da bəzi cahil insanlara xasdır.
Əlbəttə hər insan üçün alış - veriş lazımlı və hətta zövqlü bir işdir. Ancaq burada xətalı olan nöqtə, insanların bu işləri axirəti tamamilə unudaraq, dünyaya istiqamətli bir ehtiras içində etmələridir. Və bütün həyatlarını, düşüncələrini, planlarını bu işlər üzərinə qurmaları və özlərini yaradan Allahı razı etmənin yollarını axtarmaq yerinə, alış - veriş kimi gündəlik həyatın kiçik məşğuliyyətləri ilə qane olmağa çalışmalarıdır.
Quran əxlaqını yaşayan bir insan hər mühitdə olduğu kimi alış - verişdə də Rəbbimizin yaratdığı gözəllikləri və hadisələrdəki hikmətləri görməyə çalışır. Onun üçün alış - veriş ehtiraslı bir əyləndirilmə deyil, ehtiyac duyduğu şeyləri təmin etmə fürsətidir. Alış - veriş onu, Allaha olan qulluq vəzifəsini yerinə yetirməkdən qətiliklə uzaqlaşdıra bilməz. Allah Quranda möminlərə belə əmr etmişdir:
 
Səhər - axşam Rəbbinin rizasını dinləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar. Fani dünyanın bər - bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf Surəsi, 28)
 
Hər hansı bir şey satın almaq üçün bazara çıxan mömin bu gerçəkləri ağılından çıxarmaz. Allah qulları üçün növ - növ yeməklər, geyəcəklər və daha bir çox nemətlər yaratmışdır. Ancaq bəzi ölkələrdə işsizlik, səfalət və ya qarşıdurmalar səbəbi ilə insanlar qida tapa bilmirlər. Nemətlərin bol olduğu ölkələrdə yaşamalarına baxmayaraq bu nemətləri ala bilməyənlər də var. Bunların hamısı Allahın nəzarətindədir və Allahın insanlara istədiyi qədər ruzi verməsində müxtəlif hikmətlər var. Allah Quranda buna belə işarə etməkdədir:
 
Məgər onlar hələ də bilmirlərmi ki, həqiqətən Allah istədiyinin ruzisini artırar, azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır. (Zumər Surəsi, 52)
 
Allah, insanlar üçün fərqli imtahan şəraitləri yaradır. Ancaq mömin, içində olduğu vəziyyət nə olursa olsun, özünə verilənlərə heç dayanmadan şükr edir. Sınanıldığının və bu vəziyyətin keçici olduğunun fərqindədir. Bu səbəblə hər an Allahın razı olacağı şəkildə davranır. Sahib olduğu nemətlər üçün Allaha olan şükrünü qəlbi ilə, dili ilə, hərəkətləri ilə ifadə edir. Özünə verilənləri xeyirli işlər üçün xərcləyir. Əgər Allah ruzisini azldarsa, bu vəziyyət qarşısında da gözəl bir səbr göstərir və yenə səmimiyyətlə Allaha şükr edir. Yoxsulluqla sınandığını bilir və Allahdan özünə səbr verməsi üçün dua edir. Mömin hər bir şəraitdə Allahdan razı olur və Allahın da ondan razı olması üçün çalışır.
Cahil cəmiyyətin adət - ənənələrini, təcrübəsini və dəyərlərini mənimsəyənlər isə ən kiçik bir sıxıntı ilə qarşılaşdıqları zaman dərhal nankorlaşarlar. Bu davranışı Allah Quranda belə qınamaqdadır:
 
İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!" - deyər. Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı!" söyləyər. (Fecr Surəsi, 15-16)
 
Yer üzərindəki saysız neməti yaradan Allahdır. Ancaq, bunu fərq edə bilməyən insanlar aldıqları yemək və geyəcəklərin əslində Allahın icazəsi və diləməsi ilə onlara çatdığını unudurlar. Allaha şükr etməz, daima öz eqoist istək və arzularının təsiri altında hərəkət edirlər. Alış - verişdə düşündükləri tək şey, hansı paltarla yoldaşlarına daha çox "fors" verə biləcəkləri məsələsidir. Beyinlərini tez - tez məşğul edən məsələlər ilin modasının, ən çox bəyənilən paltarın, rəngin hansı olduğu ya da ən keyfiyyətli, ən gözəl, ən son model geyimlərin harada satıldığıdır. Tez - tez digər insanların sahib olduqlarını düşünür ya da danışarlar. Onlara, sahib olduqlarından ötəri qibtə edirlər. Yoxsulluğa dözüm edə bilməzlər. Mal və mülk sahibi olmaq üçün böyük səy göstərirlər. Onlara verilən ruzini, digər insanlara verilənlərlə müqayisə edir, onlara haqsızlıq edildiyini düşünərək səbr göstərməz və şükr etməzlər. Sahib olduqları ila kifayətlənməyib daim daha çoxunu istəyən bu insanların bu nankor rəftarlarını Allah Quranda, "Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti şükr etməz" (Nəml Surəsi, 73) ayəsiylə bizlərə bildirməkdədir.
Quran əxlaqını yaşayan və ətrafındakı nemətlərin Allahın bir nemət və ikramı olduğunu bilən mömin isə, gərəksiz yerə pul və zaman xərcləməməyə diqqət göstərir. Alış - veriş edərkən israf etməkdən səylə qaçır. Allahın "… Yeyin - için, lakin israf etməyin. Çünki Allah, israf edənləri sevməz." (Ə'raf Surəsi, 31) ayəsində bildirdiyi kimi davranır. İsraf edərək pulu göyə sovuranları Allahın Quranda "şeytanın qardaşları" kimi təsvir etdiyini də əsla unutmur. (İsra Surəsi, 27)
Alış - veriş və ya pul xərclərkən israf etməmək kimi xəsis davranmamaq da Quran əxlaqının bir vacib şərtidir. Bu davranışa Allah Furqan Surəsinin 67 - ci ayəsində "Onlar xərclədikcə, nə israfçılıq edər, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar." şəklində bildirir. Nəticə olaraq, bu ayədə möminlərin alış - verişdəki davranışı hikmətli bir şəkildə izah olunmuşdur.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?