İSLAMA XİDMƏT
   
 
  7. Hər şeydə bir xeyr vardır
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)
 
 
HƏR ŞEYDƏ BİR XEYR VARDIR
Əli, ibtidai məktəbdə oxuyan çox müvəffəqiyyətli bir şagird idi. Müəllimi və yoldaşları tərəfindən çox sevilirdi. Hər vaxt nizamlı idi. Ana, atasına və böyüklərinə qarşı hörmətli bir uşaq idi. Ancaq Əli, yaşadığı hadisələr qarşısında çox çox həyəcanlanır, olmayan şeylər üçün narahatlıqlanırdı. Məsələn məktəbdə imtahan olacaqları zaman dərsinə çalışmış olmasına baxmayaraq içində qorxu hiss edir, "ya pis qeyd etsəm?" deyə düşünərək özünü üzürdü. Çox vaxt bu narahatlığı üzündən diqqəti dağılır, hətta bildiyi bir suala səhv cavab verdiyi də olurdu. Əli edə bilmədiyi bir şey olduğunda və ya olmasını istədiyi bir şey olmadığında dərhal hüznə və ümidsizliyə qapılır, niyə edə bilmədiyini, səbəb olmadığını düşünərək öz özünə qızırdı.
Əli o gün məktəbdən evə döndüyündə çox sevincli və hər zamanki kimi həyəcanlı idi. Anası mətbəxdə yemək hazırlayırdı. Əli məktəbdə olanları dərhal anasına izah etməyə başladı:
Əli: Anacan, həftə sonunda məktəbimizin təşkil etdiyi pikniğe gedəcəyik. Orada gözəl yeməklər yemək, top oynayacaq, yeriyiş edəcək, mahnılar söyləyib oyunlar oynayacağıq. Nə gözəl deyilmi?
Ana: Bəli Əliciyim, həqiqətən çox gözəl bir xəbərmiş. Haydı indi əllərini yu və tapşırıqlarını etməyə başla baxaq.
Əli anasının sözünü dinlədi. Əlini üzünü yudu, önlüyünü çıxardı və tapşırıqlarını etməyə başladı. Ancaq həyəcanı hələ keçməmişdi. Gəzintidə nə qədər çox əylənəcəklərini düşünürdü. Bir an ağlına bir şey gəldi. İçindən "Ya həftə sonu gəlmədən xəstələnsəm? O zaman pikniğe gedə bilməm. Yoldaşlarım oyunlar oynayarlarkən mən evdə xəstə yatağımda yatmaq məcburiyyətində qalaram" deyə düşündü. Bir an içini bir sıxıntı bürüdü. Bütün sevinci qaçmışdı. Tapşırıqlarını edərkən bir tərəfdən də bunu düşünməyə başladı.
Axşam yeməyi vaxtı gəldiyindəƏlinin atası da evə gəlmişdi. Anası Əlini yeməyə çağırdı. Hamı birlikdə süfrəyə oturdular. Əli, ağlına gələn pis düşüncə səbəbiylə çox səssiz və kefsiz idi. Ondakı bu dəyişiklik anasını çox çaşdırdı. Əlinin bu durğun halı atasının da diqqətini çəkmişdi. Hər vaxt olduğu kimi söhbət etməyə başladılar.
Ata: Əliciyim bu gün məktəbdə nələr etdin izah et baxaq?
Əli: Yeni məlumatlar öyrəndik atacan. Riyaziyyat dərsində taxtaya qalxdım vəəllimin soruşduğu problemi doğru olaraq həll etdim.
Ana: Bu gün məktəbdə aldığın gözəl xəbəri atana da söyləməyəcəksənmi Əli?
Əli: Həftə sonu pikniğe gedəcəyik.
Ata: Nə qədər gözəl bir xəbər bu Əli, amma sən bu xəbərə çox sevinməmisən yəqin?
Ana: Əslində məktəbdən gəldiyində çox sevincli idin, niyə kədərli görünürsən?
Əli: Bəli çox sevincliydim amma ağılıma gələn bir düşüncə üzündən canım sıxıldı.
Ata: Niyə canın sıxıldı Əli?
Əli: Ya həftə sonuna qədər xəstələnər də pikniğe gidemezsem, o zaman çox kədərlənərəm.
Ana: Əliciyim bu anda belə bir şey yox və daha sonra olub ola bilməyəcəyini də indidən bilmərik. Ya olsa deyə olmayan bir şeyə kədərlənməyin doğrumu?
Ata: Bax Əli. Şeytan ağılına belə pis düşüncələr gətirərək, olmayan şeylərlə içinin sıxılmasına səbəb olar. Buna vəsvəsə etmək deyilir. İnsanın ağlına gələn bütün pis düşüncələr, ürəyində hiss etdiyi çətinliklər, şeytanın insanlara pıçıldadığı vəsvəsələrdir. Belə bir vəziyyətdə nə etməmiz lazım olduğunu uca Allah Quranda bizə belə bildirmişdir:
 
"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə dərhal Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!" (Ə'raf Surəsi, 200)
 
Ana: Əliciyim sən də ağlına belə pis düşüncələr gəldiyində dərhal Allaha sığın və Ona dua et.
Ata: Həyatımızda başımıza gələn hər hadisə Allahın qədərimizdəəvvəldən təyin etmiş olduğu hadisələrdir. Allah bizim üçün hər hadisədəən xeyirlisini diləmişdir. Əgər sən pikniğe gedə bilməzsənsə mütləq bu daha xeyirlidir. Bəzi insanlar hər şeydə bir xeyr olduğunu unudub, başlarına gələn bir hadisə qarşısında hüznə qapılarlar. Halbuki Allah o adamı bəlkə də daha pis bir hadisədən qorumuşdur. Ancaq belə düşünmədikləri üçün hər vaxt hüzn və çətinlik içində yaşayarlar.
Əli: Bəli çox yaxşı anladım. Bundan sonra ağılıma gələn pis düşüncələrdən dərhal Allaha sığınacağam və mənə hər şeyin ən xeyirlisini verdiyi üçün Allaha şükr edəcəyəm.
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?