İSLAMA XİDMƏT
   
 
  7. Hz. İsa necə tanınacaq? 2
MƏQALƏ: 7
 
HARUN YAHYA
 
HZ. İSA NECƏ TANINACAQ?  (2)
(HZ. İSANIN FƏALİYYƏTLƏRİ)
 
Yazımızın keçən ay nəşr etdiyimiz ilk hissəsində, yer üzünə ikinci dəfə gələcək olan Hz. İsanın tanınmasına səbəb olacaq fiziki və mənəvi xüsusiyyətlərini, Peyğəmbər Əfəndimizin (s) hədisləri və İslam alimlərinin fikirləri istiqamətində araşdırmışdıq. Bu ayki ikinci hissədə isə, yenə Hz. İsanın gəldiyində tanınmasına səbəb olacaq əlamətlərindən bir başqasını, icraatlarını araşdıracağıq.
İçində yaşadığımız axır zaman, bütün iman sahibləri üçün çox müqəddəs və müjdəli bir dövrdür. Çünki, Rəbbimizin ayələrində və Peyğəmbər Əfəndimizin (s) hədislərində iki min il aradan sonra, axır zamanda Hz. İsanın yenidən dünyaya göndəriləcəyi müjdələnilmişdir. Hz. İsanın yer üzünə ikinci dəfə gəlişində tanınmasını təmin edəcək ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə icraatları olacaq. Hz. İsa, heç bir şəkildə təqlid edilməsi mümkün olmayan bu icraatlarını yerinə yetirərək, Allahın icazəsiylə Hz. Mehdi ilə birgə dünyada Altınçağın yaşanmağa başlanmasına səbəb olacaq.
Hz. İsa, doğumuyla və göstərdiyi möcüzələri ilə müqəddəs bir peyğəmbərdir. Allah, Hz. İsa üçün xüsusi bir qədər təyin etmiş və bu qədər istiqamətində, inkar edənlərin Hz. İsanı öldürmək üçün qurduqları tələlərini pozmuşdur. İnkar edənlər, Quranda açıqca bildirildiyi üzrə, Hz. İsanı öldürə bilməmişlər, ancaq onlara bu vəziyyətin bir bənzəri göstərilmişdir. ("Nisa" surəsi, ayə 157) Allah Hz. İsanı, bilinən bioloji mənada canını almadan Öz Dərgahına yüksəltmişdir və Hz. İsa ikinci dəfə yer üzünə gələcəkdir. Ancaq Hz. İsa ikinci gəlişi əsnasında, aşağıda da açıqlayacağımız kimi, əvvəllər çox az sayda adam tərəfindən tanınacaq və camaatı olduqca az adamdan meydana gələcək.
 
Hz. İsa İlk Gəldiyi Zamanlarda Çox Az sayda Adam Tərəfindən Tanına biləcək
İstər Xristian istərsə Müsəlman çevrələrdə Hz. İsanın ikinci dəfə gəlişi ilə əlaqədar sahib olunan bəzi səhv qənaətlər, mənfi fəaliyyətlər və propaqanda üsulları nəticəsində, yer üzünə döndüyü ilk illərdə Hz. İsanı tanıya biləcək insanların sayı çox az olacaqdır. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi, axır zamanda reallaşacaq olan bu vəziyyəti belə xəbər vermişdir:
"Həzrət-i İsa Əleyhissalam gəldiyi vaxt, hər kəs onun həqiqi İsa olduğunu bilmək lazım deyildir. Onun mukarreb və havassı (dərin imanlı yaxın tələbələri), nur-u iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bedahet dərəcəsində (birdən-birə və açıqca) hər kəs onu tanımayacaqdır." (Məktubat, s. 60)
Bədiüzzaman bir başqa sözündə isə Hz. İsanın cəmiyyətin böyük qismi tərəfindən tanına bilməyəcəyini belə açıqlamışdır:
"Hətta Həzrət-i İsa Əleyhissalamın nüzulu (enişi) dahi və özü İsa Əleyhissalam olduğu, nur-u imanın (iman işığının) diqqəti ilə bilinir, hər kəs bilə bilməz." (Şüalar, s. 487)
Bədiüzzamanın bu sözünə görə, Hz. İsa yer üzünə ilk gəldiyi zaman, Hz. İsa olduğu bilinməyəcək, ancaq daha sonra fərqinə varılacaq. Tələbələri də onu ancaq imanın nuru ilə tanıya biləcəklər. Bir başqa deyişlə cəmiyyətin ümümisi açıqca onun Hz. İsa olduğunu bilməyəcək. Hətta tam tərsinə, insanların böyük əksəriyyəti Dəccalın cəmiyyət üzərində tətbiq edəcəyi müxtəlif mənfi təlqin və propaqanda üsulları nəticəsində, ona düşmən olacaq və onu təsirsiz hala gətirə bilmək üçün mübarizə aparacaqlar.
 
Hz. İsanın Camaatının Sayı Çox Az Olacaq
Quranda, Hz. İsanın yer üzünə ilk gəlişində özünə tabe olanların sayının olduqca az olduğuna işarə edilmişdir. Rəvayətlərdə də xəbər verildiyinə görə, Hz. İsaya yalnız az sayıda həvariləri iman etmiş və xalqdan da bu mübarək peyğəmbərə dəstək verən çox kimsə olmamışdır. Bu vəziyyət Quranda belə xəbər verilmişdir:
"Ey iman gətirənlər! Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda mənim köməkçilərim kimdir?" - demiş, həvarilər də: "Allahın köməkçiləri bizik!" - deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar." ("Səff"surəsi, ayə 14)
Yer üzünə ikinci dəfə gəlişində də, ilk zamanlarda Hz. İsaya inanıb, onu dəstəkləyənlərin sayı yenə çox az olacaq. Bədiüzzaman bu vəziyyəti belə xəbər vermişdir:
"... 'Dəccalın fövqəladə böyük və minarədən daha yüksək bir əzəmət-i heykəldə və Həzrət-i İsa Əleyhissalam ona nisbətən çox kiçik olduğunu' göstərir. Bunun bir tevili bu olmaq gərəkdir ki: İsa Əleyhissalamı nur-u iman (imanın işığı) ilə tanıyan və tabe' olan camaat-ı ruhaniyə-i mücahidinin (ruhani mücahidlər camaatının) kəmiyyəti (sayı), Dəccalın məktəb tərəfindən və əsgər tərəfindən elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir (məqsədindədir)." (Şüalar, s. 495)
Yenə bir başqa sözündə Bədiüzzaman belə söyləməkdədir:
"Həzrət-i İsa (ə.s.) Dəccal ilə mübarizəsi zamanında, on ərşin yuxarıya atlayıb sonra qılıncı onun dizinə yetişdirə bilir dərəcəsində, bədən tərəfindən o dərəcə Dəccalın heykəli Həzrət-i İsadan böyükdür, deyə tərcüməsində rəvayət var. Demək Dəccal, Həzrət-i İsa Əleyhissalamdan on, bəlkə iyirmi misli yüksək qamətli (boylu) olmaq lazım gəlir...
Birinci Cəhət: Din-i İsevinin həqiqisini (Xristianlığın gerçəyini) əsas tutan İsevi ruhanilərin camaatı və onlara qarşı dinsizliyi tervice (qəbul etdirib etibarlı etməyə) başlayan camaat tecessüm etsələr (maddələşib cisim halına gəlsələr), bir minarə yüksəkliyində bir insanın yanında bir uşaq qədər də ola bilməz." (Kastamonu Lahikası, s. 75)
Bədiüzzaman, bu sözlərində Dəccalın əlində tutacağı maddi və mənəvi güc kimi, ətrafındakı insanların sayının da həddən artıq çox olacağını, Hz. İsanın camaatının isə Dəccalınkına nisbətən çox az sayda adamdan meydana gələcəyini ifadə etmişdir.
Hz. İsanın cəmiyyətin böyük bir qismi tərəfindən tanına bilməməsində, Dəccalın əlində tutduğu bu geniş kütlə və imkanlarla icra edəcəyi mənfi propaqandanın böyük təsiri olacaq. (Ən doğrusunu Allah bilir).
 
Hz. Mehdinin Ortaya Çıxışı Hz. İsanın Gəlişinin Xəbərçisi Olacaq
Hz. İsanın ikinci dəfə gəlişinin xəbərçisi olacaq əhəmiyyətli hadisələrdən biri də, axır zamanın digər müqəddəs şəxsi olan Hz. Mehdinin zühuru olacaq. Bədiüzzamanın əsərlərində vurğuladığı üzrə Hz. Mehdi zühur etdiyində vəzifələrini üç ayrı mərhələdə yerinə yetirəcək. Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi, Allahın izni ilə Hz. Mehdinin vəzifələrini yerinə yetirdiyi üçüncü mərhələdə reallaşacaq. Bu dövrdə Hz. Mehdi Peyğəmbərimizin (s) xəlifəsi yəni İslam aləminin mənəvi lideri sifəti ilə dünya səviyyəsindəki bütün Müsəlmanlar arasında İslam Birliyini təmin etmiş olacaq və lider mövqeyində olacaq. Hz. İsa gəldiyində, Hz. Mehdinin bu vəziyyətində bir dəyişiklik olmayacaq, Hz. İsa da Hz. Mehdiyə köməkçi olacaq. Bu gerçək bir hədisdə belə xəbər verilmişdir:
"İmamları saleh bir insan olan Mehdi olduğu halda, Beytul Müqəddəsə sığınarlar. Orada imamları özlərinə səhər namazını etdirmək üçün önə keçdiyi bir sırada, bir də baxarlar ki, Məryəm oğulu İsa səhər vaxtında enmişdir. Mehdi, Hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa onun çiyinlərinə əlini qoyar və ona deyər ki, "Keç önə namazı qıldır. Çünki qamət (fərz namazı etmək üçün oxunan azan; namaza başlama işarəsi) sənin üçün gətirilmişdir."... (Ebu Rafi'den rivayet edilmiştir; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, s. 495-496)
 
HZ. İSANIN TANINMASINA SƏBƏB OLACAQ İCRAATLARI
Daha əvvəl də ifadə etdiyimiz kimi, Quran ayələrində Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi müxtəlif əlamətlərlə bizlərə müjdələnilməkdədir. Peyğəmbər Əfəndimizin (s) də "...Vallah şübhəsiz və şübhəsiz Məryəm oğulu İsa enəcək, həm ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək..." (Sahih-i Müslim bi Şerhin-Nevevi, cilt 2, s.192) hədisində olduğu kimi bir çox hədisdə və İslam alimlərinin şərhlərində, Hz. İsanın gəldiyində edəcəyi icraatlar və o dövrün xüsusiyyətləri müxtəlif nümunələrlə izah edilməkdədir. Onun tanınmasına səbəb olacaq bu əlamətləri bu şəkildə maddələyə bilərik :
1. Hz. İsa Yeni Bir Din Gətirməyəcək, İslamiyyətə Tabe Olacaq
Xristianlar da eynilə Müsəlmanlar kimi, Hz. İsanın yenidən yer üzünə gəlişini gözləməkdədirlər. Ancaq Hz. İsa gəldiyində, Xristianlar arasındakı bəzi azğın inanışları və təhrif edilmiş batil tətbiqləri ortadan qaldırdıqdan sonra, bütün insanları Quranda bildirilən gerçək din əxlaqına dəvət edəcək. Onun dövründə İsevilik, gerçək din olan İslamiyyət ilə birləşəcək, mənəvi olaraq Xristianlıq İslamiyyətə dönəcək.
Xristianlara öz peyğəmbərlərinin üçlük (teslis) inancının azğınlığını, Allahdan başqa Allah olmadığını, kimsənin bir başqasının günahını yüklənməsinin mümkün olmadığını, haqq kitabın Quran-ı Kərim olduğunu izah etməsi Xristian dünyası üzərində böyük bir təsir meydana gətirəcək. Hz. İsa ilə birlikdə insanlar kütlələr halında şirkdən və azğın inanışlardan xilas olacaq, Allahın izni ilə axın - axın İslam əxlaqına yönələcəklər.
Peyğəmbərimizin (s) mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:
"(Hz. İsa) Qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər."(Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 92)
"Hz. İsa Ümməti Muhəmmədə peyğəmbər olaraq deyil; Şəriət-ı Muhammediyyeyi (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir, deməkdədir." (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 68)
"Onunla (Hz. İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalar qırmızı rəngdədir. Sarıya boyalı iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damlayacaktır. İnsanlarla İslam üçün mübarizə edəcək. Mesihu'd-Deccal'i yox edəcəkdir, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlardır." (Buhari, Müslim, Ebu Davud ve Tırmizi, Büyük Hadis Külliyatı, Rudani, 5.cilt, s.380)
Bədiüzzaman Səid Nursi də, ateizm və materializm kimi dinsiz ideologiyaların hakim olduğu bir dövrdə Hz. İsanın yenidən dünyaya dönəcəyini müjdələməkdədir. Bədiüzzamanın aşağıdakı sözlərində xəbər verdiyi kimi, Hz. İsa yer üzünə ikinci dəfə gəlişində Quranla hökm edəcək, Qurana tabe olacaq. Xristianlıq ilə Müsəlmanlıq birləşərək dinsizlik axınına qarşı Quran əxlaqı ilə üstün gələcəklərdir. Risalə-i Nurda bu mövzuyla əlaqədar aktarılanlar belədir:
"Axır zamanda Həzrət-i İsa (as) gələcək, Şəriət-ı Muhəmmədiyə (ASM) ilə əməl edəcək tərcüməsindəki hədisin sirri budur ki: Axır zamanda fəlsəfə-i tabiiyenin (təbiət fəlsəfəsi) verdiyi cərəyan-ı küfrüyə (inkarçı hərəkət) və inkar-ı üluhiyyətə (Allahı inkara) qarşı İsevilik dini tasaffi edərək (təmizlənərək) və hurafattan tecerrüd edib (xürafələrdən təmizlənib) İslamiyyətə inqilab edəcəyi (keçəcəyi) bir sırada, necə ki İsevilik şəxs-ı mənəvisi, vəhy-i səmavi qılıncı ilə o müdhiş dinsizliyin şəxs-ı mənəvisini yox edər, elə də Həzrət-i İsa (as), İsevilik şəxs-ı mənəvisini təmsil edərək, dinsizliyin şəxs-ı mənəvisini təmsil edən Dəccalı yox edər.. yəni inkar-ı üluhiyyət fikirini yox edəcək." (Məktubat, s. 6)
"...İsevilik dini tasaffi edərək (təmizlənərək) və hurafattan tecerrüd (xürafələrdən təmizlənib) edib İslamiyyətə inqilab edəcəyi (İslamiyyəti qəbul edəcəyi)..." Bədiüzzaman bu hikmətli şərhində Hz. İsanın İslam əxlaqının gərəklərinə görə hərəkət edəcəyi yönündəki hədisi təfsir etməkdədir. Hz. İsanın mübarizəsi, müxtəlif xürafələr və ənənələrlə özündən uzaqlaşan Xristianlığın özünə dönməsi ilə başlayacaq. Hz. İsa Xristianlığı bütün batil xürafələrdən təmizləyəcək və haqq din olan İslam əxlaqını əsas alacaqdır.
 
2. Hz. İsa, Hz. Mehdi İlə Birlikdə İslam Əxlaqını Bütün Dünyaya Hakim Edəcək
Hz. İsa gəldiyində Hz. Mehdi ilə birlikdə, yaşadıqları bütün çətinliklərə, saylarının çox az olmasına, özlərinə köməkçi olunmamasına və hətta onlara qarşı mənfi fəaliyyətlər icra edilməsinə baxmayaraq, Allahın izni ilə gerçək İslam əxlaqını bütün dünyaya hakim edəcək. Dünya, bu mübarək şəxslər gəlmədən əvvəl necə zülm və haqsızlıqla dolu idisə, onlar gəldikdən sonra, Rəbbimizin izni ilə, ədalət, barış, təhlükəsizlik və bərəkətlə dolacaq. Hz. İsanın ikinci dəfə gəlişi ilə İslam əxlaqının hakim olacağı bir hədisdə belə bildirilmişdir:
"İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din müçtehid (yol göstərən) olacaq... Allahdan başqa heç bir kimsəyə və heç bir şeyə ibadət edilməyəcək..". (Ruhu'l Meani, 7/60)
 "Canım, Qüdrət əlində olan Allaha and içərəm ki Məryəm oğulunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O gəlincə xaçı qıracaq, donuzu öldürəcək, cizyeyi qaldıracaq, mal o dərəcə çoxalacaq ki kimsə onu qəbul etməyəcək." (Sünen-i Tirmizi, Fiten. 2233, İbn-i Mace, Fiten 33, Müslüm Fiten 23)
 
İman edənlər Dəccalın Fitnəsindən Hz. İsa və Hz. Mehdi Səbəbi ilə Qorunacaqlar
"Yalançı, hiyləgər, zehinlərdə və könüllərdə yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi yaldızlayıp gerçək üzünü gizləyən, hər yeri gəzən pis və uğursuz adam" kimi mənalara gələn Dəccal anlayışı, axır zamanda ortaya çıxacağı bildirilən, hər cür pisliyin və fitnənin qaynağı və nümayəndəsi olan adam olaraq tərif edilir.
Peyğəmbərimizin (s) hədislərində Dəccalın xüsusiyyətləri detallı olaraq xəbər verilmişdir. Buna görə, Dəccal insanları doğru yoldan azdıracaq, yaxşını pis, pisi yaxşı göstərəcək, özünə uyanları sözdə nemətlərlə aldadarkən, özünə uymayanlara isə təzyiq tətbiq edib güc tətbiq edəcək, yer üzündə qarışıqlıq çıxaracaq, qarşıdurmanı qızışdıracaq, din əxlaqına qarşı olacaq və insanları din əxlaqından uzaqlaşdırmaq üçün fəaliyyət göstərəcək. Dəccalın yer üzündə olduğu dövr, səmimi olaraq iman edənlərin xeyli çox çətinlik və çətinliklə qarşılaşacaqları, insanların böyük əksəriyyətinin din əxlaqından uzaqlaşdıqları bir dövr olacaq.
Ancaq Hz. İsanın gəlişi və Hz. Mehdinin zühuru ilə bütün bu çətinlik və qarışıqlıqlarla dolu dövr sona çatacaq. Çünki hədislərdə, Dəccalın fitnəsinin ancaq bu iki müqəddəs şəxsin fəaliyyətləri ilə ortadan qaldırılacağı, Dəccalın Hz. İsanı gördüyündə "duzun suda əriməsi kimi" yox olacağı müjdələnilmişdir. Hz. İsanın Dəccalı ortadan qaldıracağını bildirən hədislərdən biri belədir:
"Allahın düşməni (Dəccal) onu gördüyündə duzun suda əriməsi kimi əriyəcək. Onu buraxsa da özbaşına həlak olana qədər əriyəcəksə də, Allah Dəccalı, Hz. İsanın əli ilə yox edəcəkdir..." (Müslim, Fiten: 9, No. 2897, 4/2221)
Peyğəmbərimizin (s) bir başqa hədisində Hz. İsanın Dəccalın fitnəsini Hz. Mehdi ilə birlikdə yox edəcəyi isə belə bildirilmişdir:
"Mehdi, İsa ilə birgə çıxacaq, Fələstin torpaqlarında "Babı Lüd"də Dəccalı yox edəcək, Mehdinin Dəccalı yox etməsinə kömək edəcəkdir." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 105; Mehdi ve Deccal, Şaban Döğen, s. 127)
 
Səhabələrin və Sonrakı Nəsilin Hz. İsanın Gəlişi ilə Əlaqədar Şərhləri
Səhabələr, Peyğəmbərimizin (s) yanında olma şərəfinə çatmış, şəxsən bu mübarək insan tərəfindən İslam əxlaqı ila yetişdirilmiş çox qiymətli möminlərdir. Səhabələrin Hz. İsa ilə əlaqədar ayələr haqqında etdikləri şərhlər, Hz. Muhəmmədin (s) bu mövzuda onlara öyrətmiş olduğu məlumatlar işığındadır. Səhabələrin bu şərhləri araşdırıldığında, Hz. İsanın ölmədiyinə və yenidən dünyaya gələcəyinə inandıqları görülür.
İbn Zeyd, "Ali İmran" surəsinin 46 - cı ayəsi ilə əlaqədar olaraq, "Hz. İsa beşikdə ikən insanlarla danışdı. Dəccalı yox edəcəyində 'kehl' halında ikən də insanlarla danışacaq." demişdir. (Pezdevi, Ehl-i Sünnet Akaidi, çev. Şerafettin Gölcük, İstanbul, 1998, s. 352;Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
 ‘Kehl' sözcüyü, "otuz ilə əlli yaşları arasında, gənclik dövrəsini bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə" mənasına gəlir. Bu söz İslam alimləri arasında ittifaqla "35 yaş sonrası dövrə işarə edir" şəklində çevrilməkdədir. Bilindiyi üzrə Hz. İsanın gənc bir yaş olan otuz yaşının başlarında Allah Dərgahına alındığı qəbul edilməkdədir. İslam alimləri, Hz. İsanın yaşlılıq dövrünün, təkrar dünyaya gəlişindən sonra olacağını, başqa sözlə bu ayənin, Hz. İsanın nüzuluna (yenidən yer üzünə gəlişinə) dair bir dəlil olduğunu söyləməkdədirlər. (Faslu'l-Makal fi Ref'I İsa Hayyen ve Nüzulihi ve Katlihi'd-Deccal, s. 20)
Abdullah bin Abbas "Nisa" surəsinin 159 cu ayəsi haqqında bunları söyləmişdir; "Bu ayə, Məryəm oğulu İsanın ortaya çıxışına dəlildir... Bütün Əhl-i Kitab Hz. İsanın ölümündən əvvəl ona iman edəcək." (Nesefi, Akaid, İstanbul, 1310/1892, s. 193-194;Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
Muhəmməd bin Əli Əbi Talib (İbnü'l Haneffiye deyə də tanınır), "Nisa" surəsinin 159 - cu ayəsini bu şəkildə açıqlamışdır: "... O qiyamət qopmadan əvvəl enəcək. Bütün Yəhudi və Xristianlar ona iman edəcəklər." (Teftazani, Şerhu'l Akaidi'n Nesefiyye, İstanbul, 1310/1892, s. 193-194;Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
Katade, "Nisa" surəsinin 159 - cu ayəsini belə açıqlamışdır: "Hz. İsa endiyi zaman bütün insanlar ona iman edəcək və o qiyamət günündə də onlara şahid olacaq." (İbnü'l Arabi, Fususu'l Hikem, İstanbul, 1287, s. 63; Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)

Katade, "Zuxruf" surəsinin 61 - ci ayəsini isə, "Hz. İsanın nüzulu, qiyamət üçün bir işarədir" sözləri ilə açıqlamaqdadır. (age)
Əbi Malik əl Gıfari isə "Nisa" surəsinin 159 - cu ayəsini, "Məryəm oğulu İsanın yer üzünə enməsi anında Əhl-i Kitabın hamısı ona iman edəcəklər" deyərək açıqlamışdır. (İbnu Ebi'l İzz, Şerhu'l Akideti-t Tahaviyye, thk. Abdullah b. Abdi'l Muhsin, Beyrut, 1988, II, 402-414; Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
Həsən Basri isə Hz. İsanın Allah Qatında diri olması və yenidən gəlişi ilə əlaqədar olaraq; "Allaha and içərəm ki, Hz. İsa bu anda Allah Qatında diridir, o endiyi zaman hər kəs ona iman edəcək" şərhini vermişdir. Həsən Basri "Nisa" surəsinin 159 - cu ayəsini açıqlayarkən isə belə demişdir: "Allah Hz. İsanı Özünə ref etmişdir (yüksəltmişdir). Qiyamət günündən əvvəl onu bir mövqe sahibi olaraq göndərəcək. Yaxşı və pislərin hamısı ona inanacaqlardır. " (Kari, Dav'ul Meali li Bed'il Emali, İstanbul, 1302, s. 22-23; Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)

Həsən Basrinin "Zuxruf" surəsinin 61 - ci ayəsi ilə əlaqədar etdiyi şərh də bənzər şəkildədir. Ayətin mənasının Hz. İsanın yenidən gəlişi olduğunu söyləməkdədir. "Eşari, Makalat, s. 295; Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
İbn Abbas da mövzuyla əlaqədar olaraq, "Allah, "Zuxruf" surəsinin 61 - ci ayəsində Hz. İsanın qiyamətdən əvvəl ortaya çıxacağına işarə etməkdədir." şərhini etmişdir. (Beyazi, İşaratü'l Meram, s. 67; Sami Baybal, İbrahimi Dinlerde Mesih'in Dönüşü, Yediveren Kitap, Temmuz 2002, s. 238-240)
 
Hz. İsanın Görkəmli Gəlişi üçün Şövqlə, Həyəcanla və Coşğuyla Hazırlıq Etmək
Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək, bütün insanlıq üçün çox böyük bir nemət, Rəbbimizdən çox böyük bir lütfdür. Hz. İsa gəldiyində tərtəmiz və nurlu üzü ilə, hikmətli, ağıllı və məqsədəuyğun danışmaları ila dərhal diqqəti çəkəcək, dünyadakı hər kəs həyatında ilk dəfə ən yüksək insani xüsusiyyətlərə sahib bir şəxs olan mübarək bir peyğəmbər görəcək. Onun doğumu, həyatı, Allah Dərgahına alınışı və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın izni ilə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, hər hərəkət hikmətli, aldığı hər qərar Allahın ilhamı ilə məqsədəuyğun olacaqdır.
Bütün iman edənlər kimi bizim də xahişimiz, Rəbbimizin bizi Hz. İsa ilə qarşılaşma şərəfinə çatdırması və onun gəlişindən əvvəlki bu dövrdə, mübarək qonağımızı qarşılamaq üçün ən gözəl hazırlığı etməmizi bizə nəsib etməsidir.
 
Bədiüzzaman Səid Nursi Müsəlmanları Hz. İsanın Gəlişi ilə Müjdələmişdir
Bədiüzzaman əsərlərində, axır zaman və Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi mövzularına çox geniş yer ayırmışdır.
Səid Nursinin yüzlərlə səhifə ayırdığı bu şərhlərin bəzilərini belə sıralaya bilərik:
Bədiüzzaman, Hz. İsanın səmavatda bədənlə olduğunu və bu halı ila yer üzünə yenidən dönəcəyini bildirmişdir
Hakim-i Zülcelal (hər şeyə müqtədir olan Uca Allah), HƏZRƏT-İ İSA ƏLEYHİSSALAMI, İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü HATİMESİ (gözəl nəticəsi) ÜÇÜN, deyil SƏMA-İ DÜNYADA (göylər aləmində) CƏSƏDİYLƏ (insani bədəni ilə) OLAN VƏ HƏYATDA OLAN HƏZRƏT-İ İSA, bəlkə ALƏM-İ AXİRƏTİN (axirət aləminin) ƏN UZAQ KÜNCÜNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BİR NƏTİCƏ-İ ƏZMƏ (böyük bir nəticə) ÜÇÜN ONA YENİDƏN CƏSƏD GEYDİRİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL... bəlkə Onun hikməti elə iktiza etdiyi üçün (lazım olduğu üçün) VƏD ETMİŞ VƏ VƏD ETDİYİ ÜÇÜN ƏLBƏTTƏ GÖNDƏRƏCƏK. (Məktubat, 56-57)
 
Bədiüzzaman, Hz. İsanın Dəccalı yox edəcəyini bildirmişdir
...HƏZRƏT-İ İSA ƏLEYHİSSALAM, İSEVİLİK ŞƏXS-I MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİYİN ŞƏXS-I MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər... (Məktubat, 6)
QEYD: Bədiüzzaman bu sözündə "HZ. İSAnın XRİSTİANLIĞIN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL ETDİYİNİ" ifadə etməkdədir. Bədiüzzaman, tarix boyunca göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi, Hz. İsanın da onu dəstəkləyən, ona inanan və onu izləyən kəslərdən ibarət olan bir şəxsi mənəvisi olacağını bildirməkdədir. Ancaq Bədiüzzaman "İSEVİLİK ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK" sözləriylə, Allahın adetullahına (Allahın qanununa) uyğun olaraq "HZ. İSANIN DA BU ŞƏXSİ MƏNƏVİNİN BAŞINDA ŞƏXSƏN BİR HİDAYƏT LİDERİ OLARAQ OLACAĞINI" ifadə etməkdədir. Necə ki bir şəxsi mənəvinin bir şəxsi mənəvini təmsil etməsi söz mövzusu deyil. Bir şəxsi mənəvinin meydana gələ bilməsi üçün, onun başında əvvəlcə "BİR ŞƏXSİN" var olması lazımdır. Bədiüzzaman da bu gerçəyi vurğulayaraq Hz. İsanın bir şəxsi mənəvi olmadığını, öz şəxsi mənəvisinin başında olacağını və onlara şəxsən liderlik edəcəyini açıqlamaqdadır.
Bədiüzzaman, Hz. İsanın Hz. Mehdiyə tabe olacağını və onunla birlikdə İslam əxlaqını bütün dünyaya hakim edəcəyini bildirmişdir
Hətta, "HƏZRƏT-İ İSA ƏLEYHİSSALAM GƏLİR, HZ. MEHDİYƏ NAMAZDA İKTİDA EDƏR (uyar), TABE OLAR." deyə rəvayəti BU İTTİFAQA (birləşməyə) VƏ HƏQİQƏT-İ KUR'ANİYE'NİN METBUİYETİNE VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə uyulmasına və tabe olunmasına) İŞARƏ EDƏR. (Şüalar 493)
 
Hz. İsa ilə Əlaqədar Kutub-i Sittedə İştirak edən Bəzi Hədislər
Kutub-ü Sitte, altı məşhur hədis kitabından ibarət olan hədis külliyatının bütününə verilən addır. Bu altı kitabda Peyğəmbər Əfəndimizdən (s) rəvayət edilən hədislərin doğru olduqları, bütün əhl-i sünnə alimləri tərəfindən təsdiq edilmişdir.
Bu səbəblədir ki Kutub-ü Sitte, əhl-i sünnə etiqadına görə Quran-ı Kərimdən sonra gələn ən əhəmiyyətli ikinci qaynaqdır. Kutub-i Sittedə Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi haqqında xeyli çox hədis rəvayət edilmişdir. Bəşəri qaynaqlar içində, yalnız Kutub-i Sittedə iştirak etməsi dahi, bu mövzunun şübhə aparmayan bir gerçək olduğunu ortaya qoymağa kafidir.
Kutub-ü Sittedəki Hz. İsa və axır zamanla əlaqədar hədislərin bəzi nümunələrinə aşağıda yer veririk:
Səhihi Buxari
- …Səid ibnu'l, Müseyyeb, Əbu Hureyreden (ra) belə dediyini eşitmişdir:
Rəsulullah (s) belə buyurdu: "Nəfsim əlində olan Allaha and içərəm ki, şübhəsiz irəlidə Məryəm oğulu İsa sizin içinizə ədalətli bir hakim olaraq enəcək. O zaman o, salibi qıracaq, donuzu öldürəcək, cizye vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç bir kimsə mal qəbul etməyəcək. Nəhayət bir tək səcdə, dünya və dünyadakı hər şeydən daha xeyirli olacaq."
Səhihi Müslim
- 247- (156)..........: Cabiru'bnu Abdillah (ra) belə demişdir:
Peyğəmbərdən (s) eşitdim, buyururdu ki: "Ümmətimdən bir taife qiyamət gününə qədər haqq üzərində mukatele (mübarizə) edərək müzəffər olmaqda davam edəcək." Nəhayət Məryəm oğulu İsa enər və Müsəlmanların əmri ona: Gəl, bizə namaz qıldır, deyər. Bunun üzərinə İsa: Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisiminiz digər bir qisim üzərinə əmrlərsiniz, deyər.
Süneni Tirmizi
- Əbu Hureyreden (ra) rəvayətə görə Rəsulullah (s) belə buyurdu:
"Canım, Qüdrət əlində olan Allaha and içirəm ki Məryəm oğulunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O gəlincə xaçı qıracaq, donuzu öldürəcək, cizyeyi qaldıracaq, mal o dərəcə çoxalacaq ki kimsə onu qəbul etməyəcək."
- Mücemma b. Cariye əl Ensaridən (ra) eşitdim belə deyirdi: "Məryəm oğlu İsa, Dəccalı "Bab-ı Lud" deyilən yerdə yox edəcək."
Süneni İbni Mace
-"... Huzeyfe bin Esid Əbi Serihadan (ra), belə demişdir:
(Bu) on böyük əlamət baş vermədikcə qiyamət qopmayacaq: Günəşin qərb tərəfindən doğulması, Dəccal, Duxan, Dabbe(tü'l-Arz), Ye'cuc ilə Me'cuc, İsa bin Məryəmin (göydən enib meydana) çıxması, biri Şərqdə, biri Qərbdə və biri Ərəb yarımadasında olmaq üzrə üç Hufus (yəni ərzin çökməsi) və Ebyenenin Aden məmləkətinin ən uzaq yerindən çıxıb insanları Məhşər (yerin)e sevkeden elə bir atəş ki insanlar gecələyincə o da onlarla birlikdə gecələr və insanlar günorta vaxtı yatınca o da onlarla birlikdə yatar."
 
Bəzi İslam Alimlərinin HZ. İsa ilə əlaqədar Sözləri
İslam tarixi boyunca müxtəlif dövrlərdə yaşamış İslam alimləri də əsərlərində, Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi mövzusunda geniş şərhlərdə olmuşlar. Bu şərhlərin bir hissəsi bu şəkildədir:
 
İmam-ı Rəbbani
"Bir başqa hədis-i şərifdə isə, Rəsulullah (s) Əfəndimiz belə buyurdu:
"Əshabi Kəhf, Hz. İsanın köməkçiləri olacaqlar." Hz. İsa (as), Hz. Mehdi zamanında yerə enəcək. Hz. Mehdi, Dəccalın yox edilişində Hz. İsaya (as) razılıq edər. Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq. Bunların olması, adətin və münəccimlərin hesabı əleyhinə (ixtilafına səbəb) olacaq." (Məktubat, c. 2, 381. Məktub, s. 1169-1171)
 
Məhəmməd B. Rəsul Al - Hüseyni Əl Berzenci
"Bilindiyi kimi Hz. İsa (as) nazil olacaq və Dəccalı yox edəcək. Burası da bir gerçəkdir ki, Hz. İsa Hz. Mehdidən hakimiyyəti almayacaq, çünki liderlər Qüreyşdəndir. Madam insanlar arasında bu ikisi mövcud olacaq, elə isə Hz. İsa (as) onun Əmri deyil də Vəziri olacaqdır. Bu səbəblədir ki Hz. Mehdinin arxasında namaz qılacaq və ona tabe olacaq." (Qiyamət Əlamətləri, s. 185)
 
Şeyh Mansur Ali Nasıf
"Daha sonra da Dəccal ortaya çıxacaq, Hz. İsa enəcək və Dəccalı yox edəcək və ya Hz. İsa ilə Hz. Mehdi birlikdə köməkləşərək Dəccalı yox edəcəklər."
Hz. Mehdi ilə əlaqədar hədisləri səhabənin öndə gələnlərindən və xeyirlilərindən bir qrup rəvayət etmişlər. Yenə muhaddislerin böyüklərindən Əbu Davud, Tirmizi, İbni Mace, Taberani, Əbu Yala, Bezzaz, İmam Əhməd b. Hanbel, Hakim (rd. hum ecmain) həzrətləri tahric etmişlərdir."(Ahmet Faruk, "Ka'be Baskını ve Mehdilik", Vahdet Yayınevi, s. 21)
 
Kadızade
"…Xeyli çox fəthlər və qənimətlərlə, bütün Müsəlmanları zəngin etsə lazımdır. Hz. İsa ilə cem olsa və Hz. İsa, Dəccalı yox etsə və zımmilerden cizyeyi qaldırıb və İslama girənlərin imanlarını qəbul etsə lazımdır."(Kadızade, "Amentü Şerhi" (Sdş. M. Rahmi) s.358)
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?