İSLAMA XİDMƏT
   
 
  7. Hz. Əlinin (ə) Axır zamanla əlaqəli kəlamlarından bir dəstə

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)

 
 

HZ. ƏLİNİN (Ə) AXIRZAMANLA ƏLAQƏLİ

KƏLAMLARINDAN BİR DƏSTƏ

 

“Bu ordumuzda elə adamlar var ki, hələ atalarının belində, analarının rəhmindədirlər. Zaman burundan gələn qan laxtası kimi onları bayıra atacaq, iman onlarla qüvvətlənəcək.”

 

AXIRZAMANLA ƏLAQƏLİ

1. Bir zaman gələcək ki, insanlara Qurandan yalnız əsər və yazı, İslamdan da ad qalacaqdır. O zaman məscidlər ancaq tikilişinə görə abad olacaq; o zaman məscidlərdə oturanlar, onları tikənlər, yer üzünün ən pis adamları olacaq; onlardan fitnə zahir olacaq, onlara günah və xəta rast gələcək. Kim o fitnəyə uymamaq istəsə onu məcburi cəlb edərlər. Nöqsan sifətlərdən münəzzəh olan Allah buyurur ki: “Zatıma and olsun ki, Mən o qövmə elə bir fitnə göndərərəm ki, dərrakəli adamlar belə çaşıb qalar və o fitnəyə uyar.” Biz Allahın bağışlamasını, qəflətlə ayağımızı bağlamamasını diləyirik.

2. Elə bir zaman gələcək ki, əsil mömindən başqa heç kəs ağır əzablardan qurtara bilməyəcək. Möminlər doğru yolun işıqlarıdır, qaranlıq yollarda, şübhəli yerlərdə hidayət əlamətləridir. Onlar xalq içində çox söz söyləyib, pozuculuq etməzlər, digər bəndələrin eyiblərini faş etməzlər. Allah belə möminlərə rəhmət qapılarını açar.

3. Bilin ki, Məndən sonra elə bir zaman gələcək ki, o vaxt haqdan gizli, örtülü bir şey olmayacaq. Batildən aydın bir şey bulunmayacaq. Allaha və Rəsuluna qarşı yalan söyləmək daha çox olacaq. Həmin vaxt Quranı nə qədər çox oxusalar da o ucuz bir mətah kimi qalacaq. Şəhərlərdə yaxşılıq inkar ediləcək, pisliyin qiyməti artacaq. Quranı bilənlər onun hökmlərinə əməl etməyəcək, onu əzbərləyənlər isə əmrlərini unudacaqlar. O gün Quran və ona inananlar iki qovulmuş sürgünə  bənzəyəcəklər. Fəqət heç bir kəs onlara yer verməyəcək, bu şəxslər camaat arasında özlərini yalqız hiss edəcəklər. Belə bir cəmiyyətdə insanların əksəriyyəti özlərini imam kimi aparacaqlar. Onların nəzərində Kitabın yalnız adı qalacaq, mənasını isə bilməyəcəklər.

4. Atam, anam onlara fəda olsun. Onların adları göy üzündə, özləri yer üzündədir. Bir zaman gələcək ki, işləriniz tərsinə dönəcək, aranızdakı bağlar qırılacaq, öz içərinizdən ləyaqətsiz adamlar gəlib sizə hökm edəcəklər. Bunlar o zaman baş verəcək ki, Allahın verdiyi nemətlərə şükr etmək əvəzinə, bu nemətlərdən məst olacaqsınız. Çətinliyə düşməsəniz, Allahı yadınıza salmayacaqsınız. Məcburiyyət olmadan yalan danışacaqsınız. Bu dərd, bu bəla çox uzun sürəcək. Bundan qurtulmaq ümidiniz qırılacaq.

5. Amma o azğınlıq bayrağı qalxarkən yer üzünə batil hakim kəsilər; cəhalət minik atlarına minər; azğınlıq böyüdükcə böyüyər; həqiqətə çağıran azalar; zaman canavar kimi hücum çəkər; susan və yatmış erkək dəvəyə bənzəyən batil səslənməyə başlar; insanlar pislik yolunda qardaş olarlar; bir – birlərindən dini uzaqlaşdırmağa başlarlar; yalanı sevər, gerçəyə düşmən kəsilərlər. İş bu yerə çatanda oğul ataya dərd olar; yağmur istiliyi artırar; pislər artdıqca artar; yaxşılar azaldıqca azalar.

Bu zamanlarda yaşayanlar qurd kəsilərlər, buyruq sahibləri canavara dönərlər, orta hallıları yeyici olarlar, yoxsullar isə ölüb gedərlər. Doğruluq əlyetməz olar; yalan çoxaldıqca çoxalar; sevginin dillərdə yalnız adı qalar; insanlar qəlbən bir – birlərinə qarşı durarlar; pislik eləmək adətə çevrilər; namus və təmizlik təəccüblü bir hala düşər; İslam tərsinə geyilən bir paltara dönər.

6. Bu ordumuzda elə adamlar var ki, hələ atalarının belində, analarının rəhmindədirlər. Zaman burundan gələn qan laxtası kimi onları bayıra atacaq, iman onlarla qüvvətlənəcək.

7. Toxumu yarıb bitirənə, bədəni xəlq edənə and olsun, elə bir qövm gələcək ki, əvvəllər Muhəmməd (s)  Quranın tənzili üçün mübarizə aparırdısa, o qövm də əksinə yozulması üçün başınıza vuracaq və bu sizə Rəhmanın hökmüdür, Axırzamanda olacaq.

8. Bilin ki, sabah bilmədiyiniz, ummadığınız hadisələr olacaq; o sabah da çox uzaq deyil, tez gələcək. Buyruq sahibi onların pislik edənlərini sorğuya çəkəcək. Yer öz bətnində nə varsa çölə atacaq, altınını, gümüşünü, mədənini Ona verəcək. O da ədalət necə olur, ədalətlə hökm etmək necədir, sizə göstərəcək; Kitabın, sünnətlərin ölmüş hökmlərini dirildəcək.

9. Allahım, yer üzü Allah üçün dəlil və höccət olan, Onun adına Qaim bulunan birisindən xali qalmaz; O elmi və dini hazır saxlayar; amma meydanda olar, bilinər, tanınar, yaxud hikmətə əsaslanıb qorxaraq görünər, gizlənər. Allahın höccətlərinin, Allahın aydın dəlillərinin batil olmaması üçün hökm budur, belədir. Amma bu nə vaxtadək davam edəcək? And olsun Allaha ki, onların sayı azdır. Allah dərgahında dərəcələri lap böyükdür. Allah dəlillərini onlara göndərincəyə, öz bənzərlərinin könüllərinə verincəyədək onlarla qoruyar. Allah onların bəsirət gözünü açar, biliyi onlara verər; onlar da yəqin ruhu ilə qüvvətlənərlər; çətin işləri asan görərlər; cahillərin qaçdıqları, xoş saymadıqlarışeylər xoş görünər onlara; ruhən ucalar ucası olan yəqinlik məqamlarında olduqları halda cismən dünya əhlindəən hesab olunarlar, onlarla görüşüb danışarlar. Allahın yer üzündə yaratdığı xəlifələr bunlardır. Bunlardır xalqı dinə çağıranlar. Ah, ah, necə də onları görməyin həsrətindəyəm. Ey Kumeyl, istəyirsən artıq qayıt, get.

 

 

Bu yazılar Hz. Əli ibni Əbu Talibin (ə) “Nəhcul – Bəlağə” adlı əsərindən götürülərək hazırlanmışdır.

“Nəhcul – Bəlağə”, “Nafta – Press” nəşriyyatı, Bakı – 2003

                                                                         

ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?