İSLAMA XİDMƏT
   
 
  7. Quranın bəzi sirləri - 1
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
                                                                          
 
DÜŞÜNƏN İNSANLAR ÜÇÜN BURAXILIŞ – 7      (01. 06. 2008)
 
QURANIN BƏZİ SİRLƏ
 
ALLAH HƏR İNSANIN DUASINI QƏBUL EDƏR
 
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.”
(“Bəqərə” surəsi, ayə 186)
 
 
ALLAH HƏR İNSANIN DUASINI QƏBUL EDƏR
Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istəyərkən onların dualarını qəbul edəcəyini bildirir. Bu məsələ ilə bağlı olan ayələrdən biri belədir:
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (“Bəqərə” surəsi, ayə 186)
Allah ayəsində də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın diləyini, ürəyindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüurlarında daşıdıqlarını da bilir. Beləliklə, Allah Ona üz tutub dua edən, Ondan istəyi olan hər kəsi duyur və bilir. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın mərhəmətinin, rəhmətinin və sonsuz gücünün göstəricisidir.
Bu həqiqətə iman gətirən hər bir insan Allahdan hər şey istəyə bilər və Allahın duasını qəbul etməsini uma bilər.
Məsələn, amansız kimi görünən xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə əl atacaqdır. Ancaq şəfanı verənin Allah olduğunu bilərək, sağalması üçün Allaha dua edər. Və ya içində bir növ qorxu ya da həyacan duyan bir insan Allahdan ürəyinə rahatlıq verməsi və onu bütün qorxulardan qurtarması üçün dua edər. Işində qarşısına çətinliklər çıxan bir insan Allahın işlərini asanlaşdırmasını, çətinliklərini həll etməsi üçün Allaha üz tuta bilər. Insan bunlar kimi saymaqla qurtarmayacaq qədər çox mövzuda Allahdan nə isə istəyə bilər.
Ancaq bir yerdə vurğulanması lazım olan  və Quranda bildirilən bir sirr də vardır. Allah “İnsan xeyir – dua etdiyi kimi, bəd – dua da edər. İnsan tələskəndir.” (“İsra” surəsi, ayə 11) ayəsində də bildirildiyi kimi, insanın hər duası özü üçün xeyirli olmaya bilər. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan çox – çox böyük bir mülk və var – dövlət istər. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də var – dövlət uşaqlarının azğınlaşıb lovğalanmalarına səbəb olacaqdır. Allah bu insanın duasını eşidər və duasına ən xeyirli şəkildə əvəz verər. Yəni Allah o insanı eşidər, amma duasında onun üçün bir xeyir görməsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox mühüm bir sirdir.
Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları qəbul olmayınca, Allahın onları eşitmədiyini zənn edirlər. Bu, çox yanlış və avam bir inancdır. Çünki Allah insana şah damarından daha yaxındır. (“Qaf” surəsi, ayə 16). O insanın hər danışmasından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatanda da Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilər. Bunların hamısını yaradan Allahdır. Beləliklə, insan hər dəfə Allaha dua edəndə duasının Allah tərəfindən bir ibadət olaraq qəbul edildiyini bilməsi və duasına onun üçün ən yaxşı zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman gətirməlidir.
Dua hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə yetişmə imkanı verilmişdir. Allah
“De: ”Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir – qiymətiniz olar?”” (“Furqan” surəsi, ayə 77) ayəsi ilə duanın insanlar üçün əhəmiyyətini bildirməkdədir.
 
ALLAH SIXINTI VƏ EHTİYAC İÇİNDƏ OLANIN
DUASINI QƏBUL EDƏR
Dua edilən zamanlar insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunu ən aydın olaraq anlaşıldığı andır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də ona Allahdan başqa heç bir gücün köməyinin olmayacağının fərqinə varar.
Allahın Quranda bildirdiyi məqbul dua “yalvara – yalvara” olan duadır:
“Rəbbinizə yalvara – yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” surəsi, ayə 55)
Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:
“Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?” (“Nəml” surəsi, ayə 62)
 
ALLAH DÜNYANI İSTƏYƏNLƏRƏ DÜNYANI VERƏR,
ANCAQ, ONLAR AXİRƏTDƏ BÖYÜK İTKİ İÇİNDƏ OLARLAR
Allahdan lazımı şəkildə qorxub çəkinməyən, axirətə də düzgün bir biliklə iman gətirməyən insanların istəkləri sadəcə dünyaya aid olar. Onlar zənginliyi, mülki, etibarı ancaq bu dünyadakı həyatları üçün istərlər. Allah, sadəcə dünya üçün nə isə istəyənlərin axirətdə bir qazancları olmayacaqlarını bildirir. Möminlər isə həm dünya həyatları, həm də axirətləri üçün Allaha dua edərlər. Çünki axirətin dünya həyatı qədər dəqiq və yaxın bir həyat olduğuna iman gətirərlər. Allah bunu Quranda belə bildirir:
“... İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver.” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!” – deyirlər. Belə şəxsləri qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq – hesab çəkəndir!” (“Bəqərə” surəsi, ayə 200 – 202)
Möminlər də dualarında Allahdan sağlıq, zənginlik, elm və gözəllik istərlər. Ancaq onların hər dualarında Allahın məmnunluğu və dinə uyğun bir niyyət vardır. Məsələn, zənginliyi Allah yolunda sərf etmək üçün istərlər.
Sadəcə dünya həyatını istəyən, axirəti düşünməyənlərə də Allah dünyada istədiklərini verər, ancaq onlara axirətdə əzab dolu bir həyat vardır. Dünya həyatında sahib olduqları hər bir neməti axirətdə tapa bilməzlər. Allah bu mühüm məlumatı Quranda bu ayələri ilə insanlara bildirməkdədir:
“Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.” (“Şura” surəsi, ayə 20)
“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!” (“İsra” surəsi, ayə 18)
 
  
 
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Quranın bəzi sirləri” adlı əsərindən götürülərək hazırlanmışdır.
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?