İSLAMA XİDMƏT
   
 
  8. İdman edərkən
İDMAN EDƏRKƏN
 
İman gətirənlər bədənlərinin dünya həyatında qısa bir müddət ərzində faydalanmaları üçün verildiyini və bu əmanətə ən gözəl şəkildə baxmaqla məsuliyyət daşıdıqlarını bilir, sağlamlıqlarına diqqət yetirirlər. Bu səbəblə gündəlik fəaliyyətləri arasında idman və ya məşq etməyə mütləq zaman ayırar, bu mövzuda ciddi bir səy göstərirlər. Çünki idman bədənin güclənməsinə, müqavimət qazanmasına, nizamlı və sağlam bir şəkildə işinə köməkçi olacaq, bu isə mömin insanın Allah rizası üçün daha çox çalışmasına və xeyirli işlər görməsinə imkan yaradır.
İnsan bədənində gedən maddələr mübadiləsi sabit deyil, hərəkətli bir quruluşa uyğun şəkildə yaradılmışdır. Hal-hazırda idmanın vücudun müdafiə, qan dövranı, tənəffüs və həzm sistemlərini gücləndirməsi, bədəni mikroblara və xəstəliklərə qarşı daha müqavimətli hala gətirdiyi, hormonal sistemin, ürəyin və damar sisteminin nizamlı şəkildə işləməsini təmin etməsi, əzələləri və oynaq daha da gücləndirməsi, kondisyanı artırdığı, bədənə dinclik qazandırdığı, qandakı şəkərin tarazlığının qorunmasına, "pis xolesterol"un enməsinə və "yaxşı xolesterol"un yüksəlməsinə köməkçi olması və daha xeyli çox faydarının olması məlumdur.
İman edənlərin bu mövzudakı səylərinin digər bir səbəbi isə, fiziki gücün Allahın Quranda diqqət çəkdiyi bir xüsusiyyət olmasıdır. Məsələn, Allahın özü ilə danışaraq insanlar arasından seçdiyi (Ə'raf Surəsi, 144) Hz. Musanın, güclü bir fiziki quruluşa malik olması onun barəsində olan ayələrdən də başa düşülür. Bundan başqa, bir qövmə hökmdar kimi göndərilən Talutun güclü bir fiziki quruluşa sahib olması bir ayədə belə xəbər verilməkdədir:
 
Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi." Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var - dövlət verilmədiyi halda, o necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. O dedi: "Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah genişdir, biləndir!" (Bəqərə Surəsi, 247)
 
Bunlarla bərabər, möminlərin idman etməyə diqqət göstərməsinin bir səbəbi daha vardır: Quran əxlaqını təbliğ edən bir insanın bədən cəhətdən güclü və gözəl bir görünüşə sahib olması məsələsi bunun qarşı tərəfdə oyadacağı təəssürat baxımından da çox əhəmiyyətlidir. İnsanın xarici görünüşündəki heybətli və estetik görkəm təbliğatın hələ əvvəlində digər insanlarda müsbət təəssürat oyadacaqdır.
 Bu səbəblə möminlər hər vaxt güclü və sağlam bir görünüşə sahib olmaq və sahib olduqları bu görkəmi qorumaq üçün səy göstərirlər. Bu mövzuda tənbəllik, umsuqluq və ya üşügənlik etməzlər.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?