İSLAMA XİDMƏT
   
 
  8. Əhməd və Şən ördək
“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”  (“Zumər” surəsi, ayə 18)
 
 
ƏHMƏD VƏ ŞƏN ÖRDƏK
Əhməd həftə sonu ailəsiylə birlikdə babasını ziyarətə gəlmişdi. Axşam yeməyinə qədər babası, Əhmədi hər zamanki kimi parka apardı. Orada Əhmədi bir sürpriz gözləyirdi. Parka gəldiklərindəƏhməd hovuzda üzən ördəkləri görüncə çox sevindi. Babası da Əhmədin ördəkləri çox sevdiyini bildiyi üçün yanında ördəklərin yeyə biləcəyi yeməklər gətirmişdi. Onları Əhmədə verdi və oradakı bir banka oturdu. Əhməd dərhal ördəklərin yanına qaçdı.
Əhməd: Salam mənim adım Əhməd. Sizə yemək gətirdim.
Ördək: SalamƏhməd, çox təşəkkür edərik.
Əhməd: Maraqlanıram, görəsən sizə burada yemək verməsəydilər ya da insanların olmadığı başqa bir yerdə yaşayır olsaydınız necə bəslənərdiniz?
Ördək: Biz ördəklər təbiətdəki həyatımızda sudan çox çıxmarıq. Qidanlarımızı sudan təmin edərik.
Əhməd: Amma mən ördəklərin üzdüyü sularda da yeməyə heç bir şey görə bilmirəm.
Ördək: Bizlər qidanlarımızı sudan müxtəlif şəkillərdə götürərik. Bəzi növlərimiz üzərkən dibə dalmadan böcəklər və bitkilərlə bəslənərik. Bəzi növlərimiz tez-tez başımızı və gövdəmizin ön qisimini suya basdıraraq quyruğumuz kalkık bir şəkildə qidanı axtararıq. Bəzi növlərimizsə tamamilə suya dalaraq qidanlarımızın bütününü suyun altında axtararıq.
Əhməd: Yaxşı bəs niyə davamlı suda dayanırsınız? Niyə quruda da gəzmirsiniz?
Ördək: Çünki ayaq barmaqlarımızın arasındakı pərdələr suya dalmamıza və sürətli üzməmizə köməkçi olar amma quruda yeriməmizi çətinləşdirər.
Əhməd: Mən dənizə girdiyim zaman suyun üstündə qalmaq üçün davamlı hərəkət etmək məcburiyyətində qalıram. Buna görə suyun üstündə rahatca qala bilmək üçün dənizə simitlə girirəm. Sizlər necə bu qədər uzun müddət suyun üstündə qala bilirsiniz?
Ördək: Dənizə simitlə girdiyin zaman necə hərəkət etmədən suyun üstündə qala bilirsənsə, bizim də bədənimizin içində daşıdığımız hava suyun üstündə qala bilməmizi təmin edir.
Əhməd: Amma mən üzərimdə simit varkən suyun içinəbata bilmirəm. Yaxşı siz necəbata bilirsiniz?
Ördək: Bizim bədənimizdə kiçik şarlara bənzəyən hava kisəcikləri var. Bu kisəciklər hava ilə dolduğunda suyun üstündə qala bilirik. Suyun içinəbatmaq istədiyimizdə isə hava kisəciklərindəki havanı çölə nasosla vururuq. Bədənimizin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə bata bilirik.
Əhməd: Həm suyun üstündə qala bilir, həm suya bata bilir, həm də çox gözəl üzə bilirsiniz.
Ördək: Ayaq barmaqlarımızın arasındakı pərdələr sayəsində üzə bilirik. Ayaqlarımızı suyun içində irəli geri hərəkət etdirdiyimizdə bu pərdələr yaxşıca gənişləyir və suyu daha qüvvətli itələməmizi təmin edir.
Əhməd: Eynilə yazın böyüklərin dənizə girərkən daha rahat və sürətli üzmək üçün ayaqlarına taxdıqları palitralar kimi.
Ördək: Bəli Əhməd. Əgər sizlərin ayaqları elə olsaydı heç rahat yeriyə bilməzdiniz. Amma biz su quşları olduğumuz üçün ayaqlarımızın bu şəkli sayəsində çox rahat üzə bilir, bəslənə bilirik.
Əhməd: Bütün ördəklər bir-birinə çox bənzəyir amma aranızda nə kimi fərqlər var?
Ördək: Bizlər bir-birimizə çox bənzəyirik amma ördək növləri arasında fərqliliklər var təbii. Kişi ördəklər, dişi ördəklərdən daha parlaq tüklərə sahibdirlər. Yuvasında kuluçkaya yatmış dişilər üçün bu əhəmiyyətli bir qorumadır. Çünki nəfəs rəngləri sayəsində düşmənləri onları görmədiyi üçün dişilər yuvalarında daha təhlükəsizlikdə olarlar. Dişi ördəklərin, olduqları yerə uyğun nəfəs rəngləri onları yaxın məsafədən belə görə bilməyi olduqca çətinləşdirər.
Əhməd: Yaxşı yuvalarına bir düşmən yaxınlaşsa o zaman nə olar?
Ördək: Kişi ördəklər yuvadakı dişilərini qorumaq üçün parlaq rəngli tüklərini istifadə edərək düşmənlərin diqqətini üzərinə çəkərlər. Bir düşmən yuvanın yaxınına gəldiyində kişi dərhal havalanaraq çox çox səs-küy salar və düşməni yuvadan uzaqlaşdırmaq üçün əlindən gələn bütün səyi sərf edər.
Tam o sırada Əhməd suda üzən ördək balalarını gördü. Kiçikkən belə balaların suda üzə bilmələrinə çox çaşdı və dərhal soruşdu:
Əhməd:Bu kiçik balalarınız necə bu qədər qısa zamanda üzməyi öyrənə bilirlər?
Ördək: Balalar yumurtadan çıxdıqdan bir neçə saat sonra suya qaçıb üzməyə və öz başlarına bəslənməyə başlarlar.
Əhməd özünü doğulduqdan bir neçə saat sonra suya buraxsaydılar nə olardı deyə düşündü. Təbii ki üzə bilməz, su udub boğulardı. Uca Allahın ördəkləri suda yaşamaları, üzə bilmələri, bəslənə bilmələri üçün qüsursuz bir şəkildə yaratdığını düşündü. O sırada babası da oturduğu bankdan qalxmış, Əhmədin yanına gəlmişdi.
Əhməd: Babacığım ördəklər nə qədər gözəl üzürlər, elə deyilmi? Həm də çox sevimlidilər.
Baba: Bəli Əhmədciyim. Tək bir xüsusiyyətləri belə bizə Allahın hər varlığı nə qədər qüsursuz bir şəkildə yaratdığını göstərir. Ördəklərin eyni zamanda uça bildiklərini də bilirdinmi? Ördəklər uçarkən vəhşi heyvanlara yem olmamaq üçün dayanmadan yön dəyişdirərlər.
Əhməd: Ördəklər bunun üçün yön dəyişdirmələri lazım olduğunu haradan bilirlər babacan?
Baba: Təbii ki bu, Allahın digər canlılara verdiyi xüsusiyyətlər kimi, sevimli ördəklərə özlərini qorumaları üçün vermiş olduğu bir xüsusiyyətdir. Allah dilədiyini yaradar. Bununla əlaqədar Qurandakı ayətlərdən biri belədir:
 
"Allah hər heyvanı bir sudan yaratmışdır Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Nur Surəsi, 45)
 
Haydı artıq yemək vaxtı yaxşıca yaxınlaşdı yavaş yavaş evə dönsek yaxşı olar.
Əhməd: Yaxşı babacan mən də sənə yolda ördəklər haqqında öyrəndiklərimi izah edəcəyəm.
Baba: Eləmi? Haradan öyrəndin baxaq sən bu məlumatları?
Əhməd sudakı ördəklərə göz qırpdı və onlarla vidalaşdı:
Əhməd: Xudahafiz sevimli ördəklər!
Əhməd ördəklərdən ayrılarkən babasının əlindən tutdu, birlikdə həm evə doğru yeridilər həm də Allahın hər şeyi ən mükəmməl şəkildə yaratdığını danışaraq Allaha şükr etdilər.
  
Bu yazılar dünyaca tanınmış olan Böyük İslam Alimi Harun Yəhya – nın “Çocuklar sizin için” adlı əsərinin 1 – ci cildindən götürülmüşdür.
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?