İSLAMA XİDMƏT
   
 
  8. Bilgi - 8
HÜCEYRƏLƏRİNİZDƏKİ HƏYAT ENERJİSİ:
ATP MOLEKULU
 
Qidanlardan əldə edilən enerji, hüceyrənin həyatını davam etdirməsi üçün lazım olan əməliyyatları etmədə doğrudan istifadə edilə bilməz. Bu enerji əvvəl ATP (Adenozintrifosfat) adlı xüsusi bir molekulun içində qablaşdırılır. Sonra da hüceyrənin içində reallaşan bütün istehsallarda və daşıma əməliyyatlarında istifadə edilir.
İstirahət halındakı bir insanın gündə ortalama 45 kg ATP molekuluna ehtiyacı vardır. Ancaq nə maraqlıdır ki, günün hər hansı bir anında baxıldığında bədəndəki ATP miqdarı 1 qramı keçməz. Bunun səbəbi ATP molekulunun depolanmaması, anlıq olaraq istifadəyə xüsusi paketlər halında hazırlanmasıdır. Ancaq unudulmamalıdır ki hüceyrədəki həyat bu enerjiyə bağlıdır. Buna görə ATP əmələ gəlməsi çox sürətli reallaşmalıdır. Necə ki, hər saniyə bədəninizdəki təxminən 100 trilyon hüceyrənin hər birində, 10 milyon ATP molekulu heç dayanmadan çıxarılır.
Yaxşı bu sürət necə təmin edilir?
Hüceyrə içində enerjiyə ehtiyac olduğu zaman, ATP, bünyəsindəki 3 fosfat molekulundan sonda olanı qoparır, yəni enerji paketinin qapağını açar. Sonuncu fosfatın buraxılması ilə sərbəst qalan enerji hüceyrə içindəki əməliyyatların asanca edilməsini təmin edər. Və bu əməliyyat hər an heyrətamiz bir sürətlə, heç bir axsama olmadan davam edər.
Şübhəsiz yalnız atomlardan ibarət olan bir molekulun, hüceyrə içindəki əməliyyatlar üçün ehtiyac duyulan enerji miqdarını təsbit etməsi və ona uyğun istehsal etməsi mümkün deyil. Bu istehsalın ardıcıl bir şəkildə reallaşa bilməsi üçün ən uyğun qablaşdırma sisteminə sahib olması da təsadüflərin əsəri ola bilməz. Hüceyrəni də, hüceyrə içindəki hər molekulun hərəkətini və istehsalını da yaradan Allah, ATP molekulunu da ən mükəmməl şəkli ilə canlıların xidmətinə vermişdir.
 
 
 
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?