İSLAMA XİDMƏT
   
 
  Quran əxlaqına görə müsəlmanın 24 - saatı
Qurani - Kərim, bir insanın ömürü boyunca ehtiyac duya biləcəyi bütün mövzulara cavab verən, həyatının hər sahəsinə aydınlıq gətirən, hər problemə ən mükəmməl şəkildə və ən ağıllı həlləri təqdim edən İlahi bir kitabdır. Bəqərə Surəsinin 2 ayəsində xəbər verildiyi kimi, "Heç bir şəkk - şübhə oyatmayan, müttəqilərə doğru yol göstərən kitabdır". Rəbbimizin Quranda hər mövzuya şərh gətirdiyi isə, bəzi ayələrdə belə ifadə olunmaqdadır:
 
... (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir! (Yusuf Surəsi, 111)
 
... Biz Quranı sənə hər şeyi izah etmək üçün, Müsəlmanlara da bir hidayət, mərhəmət vəmüjdə olaraq nazil etdik! (Nəhl Surəsi, 89)
 
İman edən bir insan bütün həyatını Quran ayələrinə görə nizamlar. Nizamlı olaraq oxuduğu və düşündüyü ayələri gündəlik həyatında tətbiq etməyə cəhd göstərər. Səhər oyandığı andan gecə təkrar yuxuya getdiyi ana qədər etdiyi hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə diqqət göstərər. Bu üstün əxlaqın möminin bütün həyatına olan hakimiyyətini Allah Quranda belə bildirər:
 
De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ən'am Surəsi, 162)
 
Ancaq kimi insanlar dinin, yalnız müəyyən vaxtlar və ibadətlərlə məhdud olduğunu zənn edər; həyatı "ibadət zamanları və digər zamanlar" şəklində iki hissəyə ayırarlar. Allahı və axirəti, yalnız namaz qılacaqları, oruc tutacaqları, sədəqə verəcəkləri ya da həccə gedəcəkləri zaman xatırlayarlar. Günün və ilin digər zamanlarında isə dünya işlərinin qarışıqlığına qapılıb sərf edərlər. Dünya həyatı onlar üçün "dərdlərlə dolu bir qaç-qov"dur. Belə insanların Quran əxlaqından tamamilə uzaq, özlərinə xas həyat məqsədləri, əxlaq anlayışları, dünya görüşləri və dəyər mühakimələri vardır. Quran əxlaqının gerçəkdə nə anlama gəldiyindən xəbərləri belə yoxdur.
Quran əxlaqını özünə qanun əldə edən bir adam isə, əlbəttə bu anlayış içindəki insanlardan çox fərqli bir həyat sürdürər. Allahın yaratdığı qədərə tabe olduğunu unutmadan, Ona təslim olub güvənərək yaşar. Heç bir zaman çətinlik, narahatlıq, qorxu, ümidsizlik, çətinlik hiss etməz, bir çətinlik qarşısında həyacana qapılmaz. Qarşılaşdığı hər hadisəyə mütləq Allahın tövsiyə etdiyi və bəyəndiyi şəkildə cavab verər. Hər sözü, hər qərarı, hər rəftarı Quran əxlaqını yaşadığının bir göstəricisidir. Küçədə yeriyərkən, yemək yeyərkən, məktəbə gedərkən, dərsə hazırlaşarkən, iş yerində işləyərkən, idman edərkən, söhbət edərkən, ticari bir işi izləyərkən, televiziya seyr edərkən, musiqi dinlərkən də Quran əxlaqını yaşamaqla məsul olduğunun şüurundadır. Ona tapşırılan işlərlə işlərlə ən diqqətli və ən dəqiq şəkildə maraqlanarkən, eyni zamanda Allahın razı olacağı şəkildə hərəkət etməyə cəhd göstərər, əsla Quran əxlaqına uyğun olmayan bir davranışda olmaz.
Din əxlaqının yaşanması, Quranda bildirilən öyüd və hökmlərin həyatın hər sahəsində tətbiq olunmasıyla mümkün olar. İnsanı dünyada və axirətdə ən gözəl və ən xeyirli nəticəyə çatdıracaq tək yol da budur. Quran əxlaqına sarıldığı təqdirdə insanın ən gözəl həyat formasını əldə edəcəyini Rəbbimiz bir ayədə belə xəbər vermişdir:
 
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik... (Nəhl Surəsi, 97)
 
Quran əxlaqını yaşamaq Allahın diləməsiylə insana, geniş bir dünyagörüşü, üstün bir ağıl, doğrunu yanlışdan ayırd etmə qabiliyyəti və hadisələri dərinliklərinə qədər düşünmək gücü qazandırar. Bu xüsusiyyətlərə sahib olmaq isə, həyatın hər anında insana əhəmiyyətli bir üstünlük və rahatlıq verir. Allaha təslim olan və din əxlaqını yaşayan bir insanın bütün rəftarları, hərəkətləri, oturması, qalxması, yeriməsi, hadisələrə münasibəti, şərhləri, izahatları və çətinliklər qarşısında çıxardığı həllər digər insanlarınkından tamamilə fərqli olar.
Bu əsərdə, insanların dərhal hər gün etdikləri və qarşılaşdıqları hadisələr, Quran əxlaqına uyğun bir həyat sürən Müsəlmanların dünyagörüşüylə araşdırılacaq. Möminlərin müxtəlif gündəlik hadisələr və vəziyyətlərdə necə davranmaları lazım olduğu ələ alınacaq. Məqsəd, inananların Quran əxlaqı sayəsində yaşadıqları gözəl həyatı gözlər önünə sərmək; bütün insanları, üstün bir həyat təqdim edən Quran əxlaqına dəvət etməkdir. Heç şübhəsiz, dünyada çətinlik, narahatlıq, qəmdən və kədərdən uzaq, Cənnət bənzəri, dinclik dolu mühitlərdə yaşamaq, yalnız Quran əxlaqını günün hər saatında, həyatın hər anında yaşamaqla mümkün olar.

"Quran əxlaqına görə müsəlmanın 24 saatı" adlı linkin səhifə mövzuları Harun Yəhya - nın "Müsəlmanın 24 saatı" adlı əsərindən çıxarılmışdır.
ALLAHU ƏKBƏR
 
Reklam
 
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
GERÇƏYİ DÜŞÜNDÜNÜZMÜ?